Bizə Verilənin Qədrini Bilirikmi

 

 

Sağlıq Və Onun Şükrü

 

 

Tanzaniya

 

 

 

 

 

 




     Redaktordan
     Uca Yaradan insanlara sonsuz nemətlər bəxş etmişdir. Bunları saymağa çalışsaq ancaq çox cüzi bir hissəsini sadalaya bilərik. Bizə verilən dünyadan tutmuş can sağlığına qədər, ağlımıza gələn ya da gəlməyən nemətlər insanların istifadəsi, yararlanması və yaşaması üçün yaradılmışdır. Amma təəssüflər olsun ki insanlar hər zaman bu nemətlərin qədrini bilib yetərli qədər şükr etmirlər. Məsələn, xəstələnmədən sağlamlığın, acmadan toxluğun, ayrılmadan birlikdəliyin, məhbəsə girmədən azadlığın. Bu siyahını xeyli artırmaq olar. Biz bütün insanlara əlindəkilərin qədrini onları itirmədən bilmələrini xatırlatmaq istərdik. Elə bu məqsədlə bu saykı nömrəmizi “Əlimizdəkilərin qədrini bilək” şüarı ilə hazırladıq.
     Bu sayımızda möhtərəm Osman Nuri Topbaşın “Sağlamlıq və yemək-içməkdə israf”, Elif Güldarın “Ömür dediyin nədir ki?”, Samirə Mahmudovanın “Sağlıq və onun şükrü”, Sevinc Əzimbəylinin “Azadlığa gedən yol imanladır”, Sevinc Aslanovanın “Keçən vaxtdır, yoxsa ömür?”, Betül Karabacaq “Dünyanın bənzərsiz cənnəti Tanzaniya” yazılarını sizlərə təqdim edirik.


      Əziz oxucu!
     Bunlarla yanaşı ənənəvi “Ləzzət dünyası” rubrikasında biri-birindən ləzzətli yəmeklərin hazırlanması qaydası ilə tanış ola bilərsiniz. Əziz xanımlar “Öyrənək” rubrikasında bu dəfə “Böyürtkən” naxışının hazırlanması üsulları izah olunur.
     “Bizim ailə” jurnalında “Yazı yarışması” davam edir. Beləki, hər biriniz öz yazılarınızı, hekayə və şeirlərinizi bizə göndərməklə yarışmaya qatıla bilərsiniz. Ən yaxşı yazılar jurnalda dərc olunacaq və qalibi mükafat gözləyir. Yazılarınızı bizim e-mail adresimizə göndərə bilərsiniz. 
     Jurnalımızla sizi baş-başa qoyub gələn sayımıza qədər Allaha emanət olun deyirik.