Bizim Ailə


Google
Dost linklər
irfandergisi.com

Bu səhifədə qaldığınız vaxt











Ana Səhifə
Əvvəlki Sayılar
Abunə
Ünvan
Zamanın fövqündə: dünənin, bu günün və sabahın QADINI


         Allah yaratdığı varlıqlar içərisində insana, insanlardan da qadına xüsusi haqlar verərək onu ucaltmışdır. Cahiliyyət dövründə qadın hüquqları tapdalanırdısa, artıq İslamiyyət dövründə qadın öz haqqını aldı, İslam ona əvvəllər sahib olmadığı müstəsna hüquqlar verdi. Qadın haqqında Qurani-Kərimdə müstəqil surə endi.
         Allah təalanın qadınlara bu qədər dəyər verdiyinə rəğmən, bunlara riayət edilib-edilmədiyini öyrənmək üçün tarixə nəzər salaraq cavab vermək olar. Eyni zamanda həyatda müşahidə etdiyimiz və qarşılaşdığımız örnəklərlə onların haqlarının tapdanıb-tapdanmaması haqqında fikir söyləmək olar.Çünki həyat bir dünya səhnəsidir. Bu səhnədə həm əzazil və qəddar insan obrazı, həm də humanist, ədalətli tiplər yer alır.
         Keçmiş zamanlara baxdığımız zaman şahid oluruq ki, İslamın qadına verdiyi haqların heç biri tətbiq edilməmişdir. Qadın doğulduğu gündən özünü dərk edənə qədər evdə hörmət edilməyən, oxudulmayan, bunun üçün də korafəhim, aciz qalaraq atalarının, ərlərinin əlində oyuncağa çevrilmişlər. Heç bir hüququndan istifadə edə bilməmişlər. Əvvəlcə ata evində dustaq, daha sonra da ondan heç bir fərqi olmayan ər evində də eyni müqəddəratı yaşayırdı. İslamdan qabaq cahiliyyət dönəmində də vəziyyət bu şəkildə idi.Qadınlara sərt davranılır, onların hər hansı bir mövzuda fikirləri bir qırağa, istəkləri belə nəzərə alınmırdı. Ciddiyyəti və sərtliyi ilə tanınan Hz.Ömərə aid bir əhvalat buna gözəl nümunədir. Sad b. Əbi Vaqqas buyurur ki, “Ömər bir gün Rəsulullah (s.ə.s.)in yanına girmək üçün izn istədi.O vaxt Hz.Peyğəmbərin yanında Qureyşin qadınlarından ibarət bir qrup var idi. Onlar səslərini yüksəldərək danışır, bir neçə məsələ haqqında sual verirdilər. Ömərin səsini eşidəndə səslərini alçaldıb üst-başlarını səliqəyə saldılar. İçəri girən Ömər Rəsulullahın güldüyünü görüb, bunun səbəbini soruşdu. Rəsulullah (s.a.s.): “Bunlara baxıb çaşdım, yanımda oturub sual verirdilər, sənin səsini eşidən kimi tez özlərini qaydaya salmağa başladılar”,- dedi. Hz.Ömər: “Ya Rəsulullah, sən onların qorxub çəkinmələrinə daha layiqsən”,- dedi və onlara dönüb: “Ey özü-özlərinin düşmənləri! Rəsulullahdan çəkinməyib məndən çəkinirsinizmi?”- dedi. Onlar: “Bəli, sən Rəsulullaha nisbətən çox sərt və qatı qəlblisən”,- dedilər. Buna qarşılıq Rəsulullah (s.a.s.) belə buyurdu: “Nəfsimi əlində tutan Allaha and olsun ki, şeytan bir vadidə səninlə qarşılaşmış olsa, əlindən başqa vadiyə qaçar, sənin gözünə görünməzdi”.
         Müasir dövrümüzdə qadın haqları haqqında nə demək olar? Hüquqlarını sərbəst şəkildə müdafiə edə bilirlərmi, öz haqlarından istifadə edirlərmi? Yoxsa ifrat sərbəstlik və rahatlıq yollarını azmasına səbəb olur, hüquq və azadlığı başqa cür anlayaraq səhvlərə, xətalara yol verirlər?
         Dünya qloballaşma məngənəsində qıvrandığı bir vaxtda qadınlarımızın arasında onlara verilən haqlardan sui-istifadə edənlər vardır. boşanma haqqım var deyərək, qadın hər mübahisə etdiyi an boşanma yolunu seçir. Təhsil alma haqqım var deyərək, təhsil almaq üçün imanından, inancından keçənlər olur. Kişilərlə eyni haqlara sahibəm deyərək, qadın yaradılışındakı və xilqətindəki incəlik və zərifliyi unudaraq, bəzən hər yerə əl uzadır, aidiyyatı olmayan işlərə can atır, bəzən istismar edilir, azadlığı qəsd edərək özünü köləliyin əsarəti altında hörmətsiz edir. İşləyib pul qazanmaq məqsədi güdən qadın fitrət etibarilə alışmadığı, gücü yetmədiyi çətin iş şərtlərinə boyun əyir. Bəzən ailədə kişinin də evə çörək gətirə bilməməsi, qadının bu işlərə əl atmasına, ağır yükün altına girməsinə səbəb olur.
         Bəzən işləməməyi bəs deyilmiş kimi, evdə də ağır qaydalar altında əzilən qadın, nəticədə, üsyan edir və ailə bağlarının qopmasına səbəb olur. Evinin işini görən, uşaqlarının tərbiyəsi ilə məşğul olan, evin dolanışığını təmin edən qadın, bütün bu ağırlıqdan sonra həyat yoldaşının tənələrinə və əmrlərinə dözə bilmir, səbr kasası daşır.
         İnsanlar bəzən Allah təalanın qoyduğu nizamı unudurlar. Allahın hikmətlərindəndir ki, onları insan olaraq eyni yaratsa da, fiziki cəhətdən fərlidirlər. Hər birinin qabiliyyətinə və təbiətinə uyğun vəzifələri vardır. Bütün xüsusiyyətlərinə, yaxşılıqlarına və çətinliklərinə baxmayaraq analıq vəzifəsi qadına aiddir. Bu vəzifə kişidən daha çox onun zamanını evdə keçirməsini vacib edir.
         Fitrətdəki bu fərqlilik qadın təhsil almamalıdır və ya işləməməlidir kimi səhv nəticələrə gətirmir. Əsri-Səadət dönəmində və zəmanəmizdə qadınlarımızın elmdə əldə etdiyi nəticələr göz önündədir.
         Müasir dövrümüzdə qadınlar öz haqlarını tələb edə bilirlər. Onlara verilən rahatlıqdan, imtiyazlardan, hüquqlarından qanun çərçivəsində istifadə etmə hüququna sahibdirlər. Bir tərəfdən də qeyd etmək istərdim ki, hələ də keçmişin qalıqlarını özündə daşıyanlar qadının haqlarını sui-istima edirlər.
         Yaradılan hər şeyin bu həyatda yaradılış qayəsi, yaradana və çevrəsinə verəcəyi insanlıq borcu vardır. Allah hər birimizi ilk olaraq insan yaratmışdır və biizim insan olaraq vəzifələrimiz, məsuliyyətlərimiz, cavabdeh olduğumuz məsələlər vardır. Həyat yolunda azmamaq, doğruluqdan sapmamaq üçün haqlarımızı, hüquqlarımı yaxşı bilməliyik, bildiklərimizi ətrafımızda olanlarla bölüşdürməliyik, haqlarımızdan sui-istifadə edib başqalarını əzməməliyik. Bizə hüquq və haqlarımızı ən yaxşı öyrədən isə Qurani Kərimdir. .

Copyright 2007 - 2010 ©  Bütün hüquqları qorunur