TANZANİYA
Həyata baxışımız, onu yaşayışımız və ondan aldığımız ləzzət, ona verdiyimiz dəyərə bağlıdır. Həyatdan nə anlayırıqsa ancaq o qədərini yaşayırıq, o halda həyatdan nə anlayırıq və ya nə anlamalıyıq? Bu suala hər kəsin verəcəyi cavab fərqli ola bilər.
Elə buna görədir ki, hər zaman min bir səy, ehtiras, qaçaqaç içində olan insanlarla doludur bu dünya. Yaradılış məqsədini anlayıb, qısa ömürünü ona görə şəkilləndirən insanlar nə xoşbəxtdirlər.
Həyatı fərqli yaşayır, fərqli yollardan və qapılardan keçirik. Mənim həyatımdakı yollar da həmişə uzaqlara, hətta düşüncələrimdən də uzağa gedir. Mənim üçün çox mənalı və dərin dostluqlarla keçən Azərbaycandakı dörd ildən sonra -indi 2010-cu ildən bu yana- Darüssalam şəhərində həyatımız davam edir.
Bu yola bir az həyəcan, bir az da hürkəkliklə başladım. Rəbbim təsəlli edərcəsinə içəri çəkdi məni və sanki deyirdi ki, etibarla gir bu qapıdan və bu qapıdan keçməyinə vəsilə olan həyat yoldaşını salehə bir xanım kimi dəstəklə, Həzrət Xədicənin Rəsulullahı (s.ə.s.) dəstəklədiyi kimi sən də yoldaşının arxasında ol, daim qucaq aç onun mübarizəsinə.
Rəbbimin böyük ikramıdır ki, bura gəldikdə heç bir çətinliklə qarşılaşmadım. Gəlməzdən öncə başımda bir çox sual olmasına baxmayaraq, burada bənzərsiz həyat təcrübələri, çaşdırıcı insan mənzərələri, tam fərqli səslər, rənglər və qoxular məni tam fərqli bir üfüqə daşıdı. Qara bədənli olmaları, dillərimizin fərqli olması məni soyutmadı, əksinə həyəcanımı daha da artırdı.
Çünki köləliyin, müstəmləkəçiliyin, irqçiliyin və yoxsulluğun ağrısıyla sovrulan insanları gördükcə içim parçalanır. Kiçik bir kömək hətta ağ bir insanın göstərdiyi yaxınlıq və təbəssüm onları nə qədər xoşbəxt edir, bilə- bilməzsiniz.
Darüssalam, salamatlıq diyarı. İnsanın içinə hüzur verən bu ad eyni zamanda cənnət adlarından biridir. Bu adla xatırlanmasının səbəbi İslamın gəldiyi, xalqa hüzur və salamatlıq gətirən bir diyar olmasındandır.
Hind okeanının sahilində qurulmuş köhnə bir şəhər- Darüssalam Tanzaniyanın ən böyük, ən canlı şəhəri.
Bir çox insan buranı Tanzaniyanın paytaxtı olaraq bilsə də əsl paytaxtı Dodomadır. Ölkənin tam ortasanda yerləşən Dodoma paytaxtlıq statusunu 1996-cı ildə qazanmışdır. Bu tarixə qədər Darüssalam ölkəyə paytaxtlıq etmişdir. Bu səbəbdən də bir sıra rəsmi binalar burada yerləşir.
Darüssalam sürətlə inkişaf edən bir şəhərdir. Səkkizinci əsrdə Ərəblər Tanzaniyaya gələrək İslamiyyəti yaymışlar. Ərəb tacirlər, xüsusilə Zanzibar adasına yerləşmiş və buradan ticarət yolları qurmuşlar. Ərəblər və yerlilər arasında reallaşan evliliklərlə, özlərinə xas dilləriylə birlikdə yeni bir cəmiyyət ortaya çıxmışdır.
Dilləri bütün Şərqi Afrikada danışılan Svahilidir. Svahili, sahil sözündən götürülmüş və sahil xalqlarının dili deməkdir.
Tanzaniyada bir çox qəbilədən ibarət olan yerli afrikalılarla yanaşı çox sayda Ərəb, Hindli, Pakistanlı, Avropalı yaşayır. Buna baxmayaraq, çox təsirli qrupun olduğu (çoxsaylı xalqların) ölkədə xoş münasibətlərin gözəl bir şəkildə yaşandığı, sülhsevər bir cəmiyyətdir.
Əhalisinin orta hesabla üçdə biri müsəlmandır. Dini üstünlük Xristian seqmentin əlindədir. Xristian missionerlərin köməyi ilə açılmış məktəblər, kitabxanalar, sağlamlıq mərkəzləri, xəstəxanalar, dövlətə aid bu cür təşkilatların sayına nisbətən çox yüksəkdir.
Xristianların ictimai xidmətlərinin təsiri ilə ölkədə yerli xristian əhalisi getdikcə çoxalır. Digər tərəfdə müsəlmanların təhsil və dini fəaliyyətləri icra etmə və inkişaf etdirmə imkanları kasıblıq səbəbiylə yox sayılacaq qədər azdır. Gəzərkən yol kənarında üç dənə kilsə varsa, ancaq bir dənə məscid görə bilərik.
Müsəlman məktəbləri və məscidləri baxımsız və qaynaqdan yoxsuldur. Məlumdur ki, Avropa ölkələrində kilsə camaatı getdikcə azalır və camaatın kilsəyə olan bağlılığı zəifləyir. Afrikada isə kilsələr çox gənc və sayca çox qabarıq canlı bir camaata sahibdır. Bazar ayinləri sonrası kilsələrdən dağılan camaata baxmaqla nə qədər izdiham olduğunu anlamaq üçün kafi olur.
Onlar batil olan inancları uğruna bu qədər çox çalışarkən, biz haqq olan dinimizi izah etmək uğruna nə qədər əzm etməliyik...
Su həyatdır. Bunu burada daha çox anlayır və su çətinliyi yaşanmayan yerlərdəki su israfını düşünüb kədərlənirəm. Krandan axan suyu heç düşünmədən istifadə edirik burada, lakin evin içində su kranı olmayan, daşıma üsulu ilə hər işini görən və krandan axan suyun dünyanın ən böyük lüksü olduğunu düşünən insanlar var. Biz də sudan istifadə etdikdə israf etməsək bəlkə də başqa bir insanın su ilə bağlı çətinliyinin qarşısını ala bilərik.
Afrikada bir vedrə su üçün kilometrlərlə yol gedib, doldura bildiyi su vedrəsini başı üzərində kürəyinə bağladığı körpəsiylə birlikdə nə çətinliklə daşıyan qadınları gördükcə insanın təəssüflənməməsi mümkün deyil.
Duşda su isti olana qədər boş yerə axıb gedən, xalça yuyarkən kub metrlərlə israf olan sular və daha nə qədərilə Afrikalı qardaşlarımızın qul haqqına təcavüz etmirikmi?
Bu yaxınlarda getdiyimiz sahil kənarında şahidi olduğum bir hadisə. Bir ana üç-dörd yaşlarındakı uşağını elə oradaca soyundurub, əvvəlcə yerdən qum götürərək uşağın bədəninə sürtdü, daha sonra onu dənizə salıb çıxartdı və uşaq yuyunmuş oldu. Evində imkanı olmadığı üçün dəniz suyu duzlu olmasına baxmayaraq, orada uşağını yudu. Yağış yağarkən çöldə yağışın altında duş qəbul edən uşaqları çox görürük.
Biz də məsuluq, buradakı insanları görərkən Allah qatında necə hesab verəcəyimizi daha çox düşünürük. Dərilərinin rəngi qara da olsa ürəkləri tərtəmizdir. Onların diliylə:
Mungu Amesaidia, inşallah (Allah köməyiniz olsun)
Ey Allahım, səndən isməti, anlayışı, hidayəti və sənin əməldən və təqvadan sevdiyin şeylərə müvəffəq olmaq istəyirəm, öz adıma, sevimli yoldaşım və ailəm adına və ümməti Məhəmməd adına...
