ALMA


           Tarixi çox qədim olan bu meyvə haqqında 10larla film çəkilib. Əlbəttə ki, ona həsr olunmuş nağılları, şeirləri, mahnıları saymaqla qurtarmaq olmaz. Alma 80-ə yaxın rəsmi gerbdə əks olunub. Ümumiyyətlə, heraldikada (gerblər və onların tarixinin təsviri) alma rəmzi geniş yayılıb. 
     Dünyada almanın 8000-ə  yaxın növü var. Təkcə ABŞda 2500 növü yetişdirilir. Vaşinqton ştatında yetişdirilən almalar yalnız əllə yığılır.
      Azərbaycanda almanın üç yüzə qədər müxtəlif növü və çeşidi vardır. Bunlardan altmışı sənaye üçün əhəmiyyətlidir. Alma yay (iyul, avqust), payız (sentyabr, oktyabr), qış (noyabrdan fevral ayına qədər) fəslində yetişir. Almanın tərkibində 5-24 %-ə qədər şəkər, 1,3 %-ə yaxın üzvü turşular (alma, limon, kəhraba), pektin və aşı maddələri, B və C vitaminləri, karotin, mineral maddələrdən isə kalium, natrium və dəmir duzları vardır. Almada olan dəmir duzu böyük müalicəvi əhəmiyyətə malikdir. Almanın tərkibindəki şəkərin əsas hissəsini qlükoza və fruktoza təşkil edir ki, onlar da ürək- damar sistemi üçün çox faydalıdır. Orta ölçülü almada təxminən 80 kalori var. Almada yağ, natrium və xolesterin yoxdur.
      Almanı qabığı ilə yemək lazımdır. Çünki xolesterini azaldan pektin maddəsi ən çox almanın qabığında olur. Gündə 2-3 alma və 2 yerkökü yemək xolesterini 10% azaldır. Alma yüksək təzyiqi aşağı salır, bağırsaqlardakı parazitlərin tökülməsinə səbəb olur. Qəbizlik qalın bağırsaq xərçənginin ən önəmli səbəblərindəndir. Alma tərkibindəki antioksidanlar sayəsində bu problemin də qarşısını alır. Bədəndən toksinlərin təmizlənməsinə kömək edir. Alma qurusu insanı sakitləşdirir. Tərkibindəki C vitamini immuniteti gücləndirir. Damar sərtləşməsinin qarşısını alır.
      Fiziki idmandan əvvəl və sonra alma yemək lazımdır. Alma həm çəkini azaldır, həm də yorğunluğu aradan qaldırır. Alma şirəsi ilə yuyulan dəri çox təravətli olur.
     Almadan hazırlanan müxtəlif konserv məhsullarının da ürək zəifliyinə, qanazlığına, xroniki mədə-bağırsaq xəstəliklərinə, eləcə də vitamin azlığına çox yaxşı müalicəvi təsiri olur.

Qozlu alma
Alma- 4 ədəd
Qoz ləpəsi- 120qram
Bal- 80 qram
Kişmiş- 100 qram

     Almanın özəyini çıxarıb ortasını ovun. Çıxarılmış ləti azca su ilə yumşalana qədər qızdırın. Sonra ələkdən keçirin. Alınmış kütləyə doğranmış qoz, kişmiş və bal əlavə edin. İçliyi içi ovulmuş almalara doldurub tavaya yığın. Tavaya azca su əlavə edib, elektrik sobasında bişirin. Qozlu alma hazırdır.

Turşuya qoyulmuş alma Alma- 600qram
Su 10 litr
Duz 10 qram
Marinad üçün 250 qram su, qənd 100qram, 6%l sirkə-5 ml, mixək,  darçın-zövqə görə

     Yuyulmuş almaları dilimlərə bölün və qaralmasın deyə 10 dəqiqə duzlu suda saxlayın (10 litr suya 10 qram duz). Sonra kəfkirlə almaları sudan yığıb 2-3 dəqiqəlik qaynayan suya tökün. Daha sonra tez bir zamanda alma dilimlərini soyuq suda soyudun. Bütün bunlardan sonra dilimləri şüşə bankalara yığıb üzərinə isti marinadı (Marinadı hazırlamaq üçün 1 litr həcmində olan bankaya  250 ml su, 100 qram qənd, 5 ml 6% li sirkə, mixək və darçın əlavə edib qaynadın)  əlavə edin. Qapaqları bağlayandan sonra 30 dəqiqə sterilizə edin. Qış tədarükünüz hazırdır.

Almalı-albalılı cem

Albalı 1kq
Alma 1 kq
Şəkər tozu 1 kq

      Almaları qabığını təmizləmədən dilimləyib cem bişirəcəyiniz qazana töküb yumşalana qədər qaynadın. Həll bişmiş almaları ələkdən keçirin. Alınan püreni 0.5 kq şəkər tozu ilə qarışdırıb, tam həll olana qədər qaynadın.               
     Albalıları da çəyirdəklərindən təmizləyib üzərinə yerdə qalan şəkər tozunu səpin. Albalı şirə buraxandan sonra onu qaynayan alma püresinin üzərinə əlavə edib ehmalca qarışdıraraq hazır olana qədər qaynadın. Hazır cemi isti halda bankalara töküb 95-200dərəcə temperaturda 20 dəqiqə ərzində pasterizə edin. Bu cemdən həm səhər süfrənizdə, həm də müxtəlif şirniyyatların hazırlanmasında istifadə edə bilərsiniz. Göydən üç alma düşdü. Üçü də sizin. Çünki, gündə 3 alma istehlakının yüzdə 10 nisbətində pis xolesterol düşməsinə səbəb olarkən, yaxşı xolesterol nisbətini də artırdığı müəyyən olunmuşdur. 20-ci əsrin ortalarında Amerikalı bir qız almadan nə qədər qabıq çıxdığını bilmək üçün onu zədələmədən soymuş və 55 metr uzunluğunda qabıq almışdır. Almadakı toxumların sayı ağacın sağlamlığından asılıdır. Rəsmi olaraq qeydə alınan ən böyük almanın çəkisi 1,5 kq-dır.