Səbir, qənaət, comərtlik, təvazökarlıq, fədakarlıq, cəsarət kimi bəzi gözəl xislətlər vardır ki, hər insan onlara sahib olub, onları öz həyatında yaşamaq istər. Çünki bunlar və bunlara bənzər gözəl vəsflər, insana həqiqətən "insan" olma xüsusiyyəti qazandırır.
"Gözəl əxlaq adı altında toplanan bu gözəl vəsiflərin ən gözəl nümunələrini Hz. Peyğəmbər (s.ə.s)-in həyatında görmək mümkündür. Onun əxlaqı o qədər ucadır ki, Allahu Təala "Allahın Rəsulunda sizin üçün gözəl bir örnək vardır" (Əhzab,21) buyuraraq, möminlərin, həyatlarının bütün yönlərində onu örnək almaları tövsiyə və əmr edilir. Çünki onun əxlaqı bizlər üçün ən gözəl örnək, onun yaşayışı, sözləri və hərəkətləri ən mükəmməl modeldir.
Onun əxlaqı, Allahın öydüyü və Quranın öyrətdiyi təmiz əxlaqdır. Uca Allah, İslamı insanlığın imdadına göndərib Quranı endirərkən, İlahi prinsiplərin tətbiqini, həyatıyla göstərəcək bir insan olaraq Hz. Peyğəmbər (s.ə.s)-i seçmişdir.
Hz. Peyğəmbərin həyat və əxlaqında, hər iş sahibi və hər səviyyədən olan insan üçün, örnək alınacaq yönlər vardır.
Insan olaraq onun həyatından alacağımız saysız fəzilət və gözəlliklə bərabər, öz iş sahəmizi və toplumdakı yerimizlə əlaqədar yüzlərlə dərsi ala bilərik. Çünki, Hz.Peyğəmbərin həyatı hər yönü ilə hər birimizə örnəkdir.
Bu örnəkləri belə sıralaya bilərik: zəngin bir insan, hicrətdən bir neçə il sonra bütün Ərəbistana hakim olub, çox böyük sərvətlərə sahib olan və hər birini ehtiyac sahiblərinə paylayan Peyğəmbərimizi özünə örnək ala bilər.
Sahibsiz, çarəsiz və kimsəsiz insanlar; Məkkə həyatı boyunca ağıla gəlməyən işgəncə və əzablara məruz qalıb, üstəlik bütün yaxınları tərəfindən yalnız buraxılan, amma heç bir şəkildə məqsədindən və inancından geri durmayan bir Peyğəmbəri özünə rəhbər götürə bilər.
Bir tələbə; Allah tərəfindən Quran ayələrini vəhiy yolu ilə endirən Hz. Cəbrail qarşısında oturub Qurani-Kərimi öyrənən Peyğəmbərimizi hayatına örnək ala bilər.
Vətən sevər bir komandir; Bədir və Hüneyn döyüşlərində düsməni məğlub edib, az saylı mücahidləri ilə bərabər çox saylı düsmən qarşısında böyük zəfərlər qazanan, Məkkənin fəthi zamanı möhtəşəm ordusuyla şəhərə daxil olarkən, təvazökar halından, başını dəvəsinin səmərinə qədər əyən təvazö sahibi bir Peyğəmbəri örnək ala bilər.
Əkin-biçin sahibi bir insan; fətihlərin sonunda Xeybər, Bəni Nadir və Fədək topraqlarına sahib olduqdan sonra o əraziləri islah edib, ən yaxşı şəkildə səmər alacaq kimsələri iş başına gətirən, bir ovuc torpağı olmayan Səhabilərinə əraziləri paylaşdıran zəkalı və adil bir Peyğəmbərdən örnək ala bilər.
Bir tacir; xanımı Hz. Xədicənin ticarətini islədən, ticarətdə alıb, satarkən doğruluqdan və dürüstlükdən ayrılmayan, Suriyaya, Basraya gedən qafilənin başçısı olan Peyğəmbərimizin yaşayışını, ticari əxlaqını rəhbər götürə bilər.
Kiçik yaşda yetim qalmıs bir uşaq; ana rəhmində altı aylıq ikən atasını itirən, altı yaşında anasının ölümünü görən, bütün həyatı anasız, atasız keçən, fəqət daha sonra insanlığın öyündüyü, Allahın ən çox sevdiyi insan, "inci kimi bir yetim" olaraq sayılıb sevilən Sevgili Peyğəmbərimizi örnək ala bilər.
Ağlı başında olan bir gənc; gənclik illəri boyunca iffət, doğruluq, həya, ədəb timsalı olan, əmisi Əbu Talibin qoyunlarını otladaraq həyatını qazanan gənc Muham-mədin (s.ə.s) həyatını özünə rəhbər edə bilər. Çünki, onun iyirmi beş yaşına qədərki həyatı boyunca və daha sonrasında hər hansı bir çirkin hərəkətinə, bir yalanına, hiləsinə rastlanmamışdır.
Xalqa nəsihət edən bir vaiz; mesciddə Səhabəsinə ən gözəl bir dillə yol göstərici həqiqətləri izah edən, tövsiyə etdiklərini şəxsən özü mükəmməl mənada yaşayan, sadəcə bir sözüylə qəbilələrin hidayətinə vəsilə olan mürsid Peyğəmbəri həyatında örnək alar.
Qısaca onu demək mümkündür ki, hər bir insan hansı şərtlərdə olursa olsun, hansı iş və sənətlə məşğul olursa olsun, səhər-axşam, hər zaman və hər yerdə Sevgili Peyğəmbərimizi özü üçün gözəl bir örnək və rəhbər olaraq qəbul edə bilər.
Elə bir rəhbər ki, ona tabe olduğumuz zaman həyatımızın qaranlıqları yox olub, onun nuru sayəsində yolumuz aydınlanar, həyatımız yeni bir düzən və səhmana girər.
Peyğəmbərimizin həyatı, insanların məşğul olduğu və qarşılaşdıqları hər bir ehtiyaca cavab verə biləcək gözəl əxlaqın bütün qaydalarıyla bəzədilmiş nurlu bir zincir kimidir. Ondan gələn işıq qığılcımları üsyan və günah bataqlığında çırpınan, əlacsız insanların qurtuluşa çatmalarına və sahilə çıxmalarına yardımçı olacaq bir dəniz fənəri hökmünə keçər.
|