İspanaqlı Tort

Tərkibi:

3 yumurta

1 stəkan duru yağ

1 stəkan şəkər tozu

2 stəkan un

1 stəkan blenderdə çəkilmiş çiy ispanaq yarpağı

1 paket qabartma tozu

1 paket vanil

Kremi üçün:

2 stəkan süd

2 xörək qaşığı un

2 xörək qaşığı şəkər tozu

Bundan əlavə:

1 stəkan süd

1 paket krem şanti

Hazırlanması:

İspanaqları yuyub yaxşıca süzün və yarpaqlarını blenderden keçirin. Yumurta və şəkər tozunu  ağaranadək çırpın. Duru yağ, un, qabartma tozu və vanili əlavə edib bir az da çırpın. İspanaqları əlavə edib yaxşıca qarışdırın və yağlanmış qaba töküb, 175 dərəcəyədək qızdırılmış sobada 25-30 dəqiqə bişirin.

Krem üçün olan ərzaqları qarışdırıb, bişirin və soyudun. Krem şantini 1 stəkan soyuq südlə çırpıb, soyumuş olan digər kremlə qarışdırın. Tortun  kənarlarını bıçaqla kəsib qırıntı halına gətirin. (Bu qırıntılar kremi sürtdükdən  sonra tortu bəzəmək üçün istifadə ediləcək)

Tortu iki hissəyə bölün, arasına və üstünə krem sürtün və qırıntılarla bəzəyin.

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)