Asan türk ev paxlavası

3 yumurta

1 su stəkanı süd

1 su stəkanı duru yağ

1 ədəd qabartma tozu

Yarım çay qaşığı sirkə (bir az, az olsun)

Yarım çay qaşığı duz

Qoz və ya fındıq ləpəsi çəkilmiş

200 q. kərə yağı

Qarğıdalı nişasdası

Un

Şərbəti üçün:

4 stəkan çəkər tozu

5 stəkan su

Bir neçə damcı limon suyu

Hazırlanması:

Yumurtanı, südü, duru yağı, sirkəni, qabartma tozunu xəmir yoğuran qaba boşaldırıq və ala bildiyi qədər un əlavə edərək yumuşaq xəmir yoğururuq. Hazırladığımız xəmiri 30 eyni hissəyə bölürük. Bu hissələri  tək-tək  boşqab böyüklükdə açaraq aralarına nişasta səpib 10-10 üst-üstə qoyuruq və üç hissə alırıq.

 Açdığımız xəmirləri 10-10 olaraq list böyüklüyündə təkrar açırıq. List yağlanır bir hissəni  listə yerləşdirib arasına  ləpə səpib üst-üstə qoyuruq. Istədiyiniz formada kəsə bilərsiz. Üzərinə bərabər olmaqla əridilmiş kərə yağını tökün və üstü qızarana kimi bişirin.

Şərbətin hazırlanması:

Suyu və şəkər tozunu qazana töküb 5 dəqiqə qaynatdıqdan sonra içinə bir neçə damcı limon suyu sıxıb 1-2 dəqiqə qaynadıqdan sonra  ocaqdan götürürük. Soyuq paxlavanın üzərinə isdi şərbəti tökürük. Nuş olsun!

Paxlavanın kəsim forması

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Haqqa ilk üsyan

Allah-Təala buyurur: “Məgər insan onu nütfədən yaratdığımızı görmədimi ki, birdən-birə (Rəbbinə) açıq bir

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)