Noxud - Özü Balacadır, Faydası Böyükdür...

Noxud kiçik olsa da insan sağlamlığının keşiyində duran bitkilərdəndir. Əgər bədəninizdə olan C vitamini ehtiyatını doldurmaq istəyirsinizsə, depressiyanı özünüzdən uzaqlaşdırmaq istəyirsinizsə, qəlbinizi qorumaq istəyirsinizsə yaşıl noxudları yeməkdən qafil olmayın.

 Noxud — Paxlalılar fəsiləsindən olub birillik ot bitkisidir. Noxudun vətəni Şərqi Əfqanıstan və Şimal-Qərbi Hindistan hesab edilir, burada onu bizim eradan əvvəl IV əsrdə becərməyə başlamışlar.

Ən çox zülal, kalsium, sink, maqnezium, dəmir mineralları ehtiva edən taxıllardandır. Xüsusilə ürək damar sağlamlığı problemi yaşayanlar və diyabet xəstələrinin süfrəsindən əskik etməməsi lazımdır.

Daxili qisimləri nişasta ehtiva etdiyi halda xarici hissəsi nişastanın qana qarışmasını yavaşladaraq sağlam bəslənməyə köməkçi olur.

Noxud suyu üzdəki səpgiləri götürür, səsi gözəlləşdirir. Noxud suyu ilə üzü kompres etmək üzü təmizləyir və təravətləndirir. Ağciyərlərə çox faydalıdır. Diş ağrısını, diş ətindəki şişi, qulaq arxasındakı şişi aradan götürür.

Suda bişmiş noxud sarılığa xeyirdir. Dalaq kanalı tutulması zamanı yolları açır. Suda bişmiş noxudu yemək arası yemək çox faydalıdır. Yeməkdən sonra və ya əvvəl yeyilməməlidir. Qara noxud böyrək qumlarının tökülməsinə kömək edir.

Bütün noxud növləri bağırsağı yumşaldır. Noxud qış aylarında qüvvətli dəstəkləyicidir. Soyuqdəymə zamanı noxud şorbası yemək, bədəndəki ağrıları azaldır. Noxud yaşlanmağın qarşısını alır. Onu badamla yesəniz, kökəlməyə səbəb olacaq.

Diqqət: Qara ciyəri xəstə olanlara noxud yemək ziyandır.

Noxud doymamış yağ turşuları ehtiva edir. Xarici qabığı həzm olunmayan lifli qidaları (fitat və tanninlər) ehtiva etdiyi üçün kalsium və dəmir qatılığı aşağıdır.

Yaşıl noxud bədənə enerji verir və bədəni qüvvətləndirir. Əzələlərin inkişafına və yenilənməsinə kömək edir. Qansızlığa faydalıdır. Qan xərçənginə qarşı qoruyucudur. Qaraciyərin işini nizama salır. Xüsusilə təzə yaşıl noxud bağırsaqları işlədərək qəbizliyi aradan qaldırır.

B və E vitaminlərindən çox zəngin olmasına baxmayaraq, B 12 üçün ciddi bir qaynaq deyil.

əbləbi şəklində istehlak edilməlidir. Ətli ya da ətsiz yeməklərdə də istifadə edilə bilər. Bişirərkən otaq istiliyində 8 saat isladılmalıdır. İsti suyla islatsanız bu müddət qısalar. İslatma suyunda şişincə xarici qabıqları ayrıldığı üçün qaz etmə təsirini itirir. Çox yüksək istilikdə uzun müddət bişirsəniz zülal itkiləri olar. Qətiliklə bişirmə suyunu atmayın. B qrupu vitaminlər və mineral itkisinə səbəb olar.

90 qram yaşıl noxud bizim C vitamininə olan gündəlik ehtiyacımızın 50 %-ni ödəyir. C vitamini bədən əzələlərinin böyüməsinə, həm də kollagen əmələ gətirməsi üçün zəruridir. Kollagen əzələlərə, dəriyə lazım olan proteindir. Kollagen olmasa, əzələlərin işi ləngiyər. Bununla yanaşı C vitamini daha çox dəmirin cəzb olunması üçün lazımlıdır. Bədənimiz bu vitamini əmələ gətirə bilmir və saxlaya bilmir. Ona görə də hər gün bu vitamini qəbul etməyimiz şərtdir. Yaşıl noxud da bu vitamini əldə etmək yollarından biridir.

 

Depressiyanı uzaqlaşdırar

Yaşıl noxud xam və bişmiş halda fol turşusu mənbəyidir. Yarım stəkan yaşıl noxud yesək bu vitaminə olan gündəlik ehtiyacımızın 13%-ni ödəmiş olarıq. Fol turşusu bədənə lazım olan maddələrdəndir. Bu turşunun azlığı nəticəsində depressiya yarana bilər. Tədqiqatlar göstərir ki, hər kim fol turşusunu lazımı qədər qəbul edirsə, 50% daha az depressiya təhlükəsi altında olur. Ona görə də depressiyadan uzaq olmaq üçün yaşıl noxud yeyək.

 

Qəlbinizin dostudur

90 qram bişmiş yaşıl noxud bizim fibrlərə olan gündəlik ehtiyacımızın dörddə birini təmin edir. Tədqiqat göstərir ki, o xanımlar ki, fibrlə zəngin yeməklər yeyir, az fibr qəbul edən xanımlardan daha sağlam və daha gümrahdırlar. Qəlb xəstəliklərindən daha uzaq olurlar. Yaşıl noxud qəlb infarktının qarşısını ala bilir.

 

Xərçənglə mübarizə aparır

90 qram yaşıl noxud 25% manqan ehtiyacımızı təmin edir. Yaşıl noxud xərçəng yarada biləcək bakteriyalarla mübarizə aparar.

Çəkini azaldar

Yeməklərlə bərabər salatlarınıza qatacağınız həm mükəmməl bir ləzzət, həm də pəhriz dostu olaraq qiymətləndirilir. Yaşıl noxud az kalorili olmağına baxmayaraq, protein deposudur. Bir fıncan yaşıl noxudun tərkibində 134 kalori vardır. Bu bitki çəkinin azalmasında gözəl yardımçıdır. Əgər arıqlamaq istəyirsinizsə, tərəvəz şorbasını çox yeyin və ora yaşıl noxud atın. Siz uzun müddət toxluq hiss edəcəksiniz. Tövsiyə edirik ki, yeməyinizi yeyən zaman şorba ilə başlayasınız. Bu zaman mədənizin çox hissəsi bu şorba ilə dolduğuna görə başqa yemək yeyə bilməyəcəksiniz.

Noxud şorbası

Tərkibi

300 qr noxud

2 ədəd kök

2 baş soğan

2 ədəd kartof

Bibər

 Bir az keşniş

duz

Hazırlanması:

300 qr noxudu 3 saat isladırıq. İsladandan sonra yaxşı-yaxşı yuyuruq.

Sonra noxudu qazana tökürük. Soğanı, kartofu, kökü, keşnişi təmizləyırık və hamısını noxud olan qazana tökürük. Qazanın içinə su əlavə edirik. Vam atəşdə hamısı bişəndən sonra qazandakıları blenderdan keçiririk. qazanı sobaya qoyuruq.  Keçirəndən sonra qazana tökürük və vam atəşdə sobaya qoyuruq. Budur, xanımlar, xörəyimiz hazırdır. Nuş olsun!

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

DÜNYADA CƏNNƏT OLARMI?

     İnsanın yaradılışıyla başlayan ailə həyatı, heç şübhəsiz ki, əbədiyyət səfərimizdə gedəcəyimiz nəticəni təyin edəcə

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)