Üç aylarda yolunu seç!

Cənabı-Haqqın lütfü ilə üç ayların feyzini yaşayırıq. Rəcəb, Şaban və Ramazan ayları, Cənabı-Haqqın bərəkət mövsümüdür. Vaxt olaraq, coğrafi məlumat olaraq bu ayların digər zamanlardan bir fərqi yoxdur. Lakin Allah-Təala qullarını nə qədər sevir ki, belə xüsusi mövsümlər xəlq edərək, qullarına rəhmət yağdırır! Bəzi ayları digər aylardan fəzilətli edir və bəzi ayların içinə də mübarək gecələr bəxş edir. Qullarının ibadət həyəcanını səyə gətirəcək, şövq və arzusunun artdığı mənəvi fürsətlər lütf edir. Ta ki, qullar, bu gecələrdə Cənabı-Haqqa sığınsın, Ona yaxınlaşsın, Onun sonsuz razılığını əldə etsin, ilahi əfvə nail olsun və nəticədə, Cəmalullah təcəllilərinə məzhər olsun...

Min bir rəhmət ilə bizləri əhatə edən üç aylar mövsümü, bu baxımdan ən gözəl fürsət dəmləridir. Rəqaib, Merac, Bərat və Qədir kimi mübarək gecə və günlərinin çoxluğu və feyzi səbəbindən bu aylar, hər yönü ilə mənəvi təhsil aylarıdır. Cənnət qazancının ən karlı zamanlarıdır.

Üç ayların ilk iki ayı, yəni Rəcəb və Şaban ayları, Ramazani-şərifə hazırlığı da asanlaşdırır.

Bu hazırlığın əhəmiyyətini belə bir misal ilə təfəkkür edək:

Namaz Cənabı-Haqqın hüzuruna çıxmaqdır. Allah, yenilməz qüvvət sahibi, qulu hüzuruna bəzi hazırlıqlardan sonra qəbul edir. Qüsl və dəstəmaz ilə təmizlənməsini istəyir. Bədən, paltar və namaz məkanının nəcasətdən təmizlənməsini şərt qoşur. Səhih bir niyyətlə ürəyini pak etməsini əmr edir. Ən təmiz və gözəl paltarını geyməsini, ürəyindən masivanı uzaqlaşdıraraq, bədən və könül ilə qibləyə dönməsini arzu edir. Namazda arzu edilən dinclik və xuşu, bu hazırlıqlara göstərilən diqqət nisbətində artır.

Ramazan ayına da belə bir ruhaniyyət içində hazırlanmaq lazımdır.

Peyğəmbərimizin, Rəcəb ayı gəlincə belə dua etdiyi rəvayət olunmuşdur:

"Ey Rəbbim! Bizə Rəcəbi və Şabanı mübarək qıl və bizi Ramazana qovuşdur" (Təbərani, əl-Mucəmul-Əvsat, IV, 189; Əhməd, I, 259).

Fəxri-Kainat Peyğəmbərimiz (səllallahu əleyhi və səlləm): Rəcəb ayının da içində olduğu haram aylarda, zaman-zaman oruc tutmağı tövsiyə etmişdir (Əbu Davud, Savm, 54). Özü də, bəzi illər Rəcəb ayının, demək olar ki, hamısını oruclu keçirərdi (Buxari, Savm, 53; Müslim, Siyam, 179). Şaban ayının da, Peyğəmbərimizin Ramazandan sonra ən çox oruc tutduğu ay olduğu bildirilmişdir (Buxari, Savm, 51).

Demək ki, Peyğəmbərimiz bu aylarda oruclarla, nafilə ibadətlərlə, qəza namazları, infaq və sədəqələrlə Ramazana mənəviyyat və ruhaniyyətlə hazırlanmağı arzu edir.

Böyük mülahizələrə, dərin bir mənəvi hazırlıq ilə girilməsinə nəbilər silsiləsindən də misallar vardır:

Necə ki, Allah-Təala Tur dağında Həzrəti-Musanı qarşılıqlı müzakirəyə qəbul buyurmadan əvvəl ona 30 gün, 10 gün də əlavə edilərək 40 gün visal orucu tutdurdu. Eyni xüsus, Həzrəti-İsa üçün də olmuşdu.

Rəcəb və Şaban ayları ibadətlərlə əhya ediləcək ki, Ramazani-şərifə ruhani bir ölçüdə daxil olaq. Ramazani-şərifdə tam bir təqva həyatı yaşanacaq ki, Cənab-Haqq; «Min aydan daha xeyirli Qədr Gecəsi»ni ehsan edəcək. Beləliklə, mömin bəndələr, bayram səhərinə müjdələrlə, bağışlanma şahadətnaməsi ilə vasil olacaq.

Bu üç aylar, xüsusilə Qurani-Kərim ilə Allah Təalaya yönəlmə ayıdır.

Qurani-Kərim bir möminin qəlbində təcəlli etdiyi zaman, onun fəzilətini artırar və Cənnət yolçusu edər.

Qurani-Kərim Cənabı-Haqqın böyük bir lütfü, möcüzəvi bir kitab, Cənab-Haqqın kitabıdır.

“Əgər bəndəmizə (Muhammədə) nazil etdiyimizə (Qurana) şəkkiniz varsa, siz də (fəsahətdə və bəlağətdə) ona bənzər bir surə gətirin və əgər ('bu, bəşər kəlamıdır' sözünü) doğru deyirsinizsə, onda Allahdan savayı (bütün) şahidlərinizi (bütlərinizi, şair və alimlərinizi bu işdə köməyə) çağırın!” - deyir, Qurani-Kərim (əl-Bəqərə, 23). Cavab yoxdur, qiyamətə qədər də cavab olmayacaq..

Qurani-Kərimi Peyğəmbərimizə Cəbrayıl (ə.s.) ayə-ayə gətirdi. Qurani-Kərimi gətirməsinə görə Cəbrayıl (ə.s.), mələklərin ən fəzilətlisi oldu.

Qurani-Kərim könüllər sultanı, peyğəmbərlər sultanı Peyğəmbərimizə endi. O, əvvəlkilərin, bütün peyğəmbərlərin seyyidi və Aləmlərə Rəhmət oldu.

Qurani-Kərim Ümməti-Muhammədə gəldi. Bu ümmət, yəni bizlər, layiq ola bilsək, ümmətlərin ən xeyirlisi oldu, ümməti mərhumə oldu, rəhmət ümməti oldu.

Qurani-Kərim, Ramazan-Şərifdə enməyə başladı. O ay, ayların ən xeyirlisi oldu. Əfv və bağışlama ayı oldu Ramazani-Şərif…

Qurani-Kərim Qədr gecəsi endi. O gecə bütün gecələrin ən xeyirlisi, ən fəzilətlisi oldu. Fəzilət baxımından min aydan üstün oldu.

Onun üçün Peyğəmbərimiz buyurur:

"Sizin ən xeyirliniz Quranı öyrənən və öyrədəndir" (Buxari, Fədailul-Quran, 21).

Yəni Quranı yaşayan və Quranı yaşadan.

Peyğəmbərimiz minbərə çıxdı. Üç səfər, "Amin, amin, amin",- buyurdu.

Səhabələr dedilər ki:

"-Bir həmsöhbətiniz yoxdur dedilər, nəyə amin dediniz, ya Rəsulallah?"

Peyğəmbərimiz buyurdu ki:

"-Mələk Cəbrayıl (ə.s.) gəldi. Ümmətimə üç xüsusda xəbərdarlıq etdi".

Birincisi:

"Anası-atası və ya ikisindən biri yanında yaşlanar və onları razı edərək Cənnəti qazanmayan  kəs rəhmətdən uzaq olsun".

Yəni ana-atası yaşlanıb onlara möhtac olanda, onlara xidmətdən uzaqda qalan kimsə, rəhmətdən uzaq olsun, dedi. Necə bir mərhəmət dini! O səni kiçik ikən böyütdü, sənin üçün yemədi, içmədi, yuxusuz qaldı. Xüsusilə yeni evlənən gənclərə bu mövzuda çox xəbərdarlıq etmək lazımdır.

İkincisi:

"Ya Rəsulallah! Sənin adın yanında zikr ediləndə salavatı-şərifə gətirməyən kimsə də rəhmətdən uzaq olsun".

Peyğəmbərimiz ən böyük nemətdir. Cənabı-Haqq:

“Həqiqətən, Allah və Onun mələkləri Peyğəmbərə salavat göndərirlər (xeyir-dua verirlər). Ey iman gətirənlər! Siz də ona salavat göndərib (onun üçün salavat deyib) layiqincə salamlayın!” (əl-Əhzab, 56)

Üçüncüsü:

"Kim Ramazani-Şərifə çatar və günahları bağışlanılmadan çıxarsa, o da rəhmətdən uzaq olsun" (Baxın. Hakim, IV, 170/7256; Tirmizi, Dəavat, 100/3545).

Rəhmətin tüğyan etdiyi aylardayıq. Cənabı-Haqq, inşallah, elə bir Ramazanı-Şərif lütf edər ki, Onun rəhmətinin təcəllisinə məzhər olarıq.

Bu dəmlərdə, mənlikdən sıyrılıb yeddi qat göylərə yüksəlməyi ifadə edən möcüzəvi hadisələrdəki hikmətə ram olub bütün ibadətlərini Merac ruhuyla edə bilənlər necə də xoşbəxtdir!

Bu mübarək aylarda Rəbbimizin; «Nə gözəl bəndə!» - deyə xatırladığı qullarının xüsusiyyətlərindən hissə ala bilənlər necə də xoşbəxtdir!

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

DÜNYADA CƏNNƏT OLARMI?

     İnsanın yaradılışıyla başlayan ailə həyatı, heç şübhəsiz ki, əbədiyyət səfərimizdə gedəcəyimiz nəticəni təyin edəcə

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)