Könül Süfrəsinin Qurulduğu Ay

Vaxtiylə ilan ovlayıb, insanlara sərgiləyərək pul qazanmağa çalışan bir ilan ovçusu vardı. Yenə bir soyuq havada ilan ovlamaq üçün dağda gəzirdi. Birdən nəhəng bir ilana rast gəldi. Hərəkətsiz yatan bu ilanın ölü olduğunu düşündü. Sevinə-sevinə ilanı tutdu, sürüyərək Bağdad şəhərinə gətirdi.

Xəbəri eşidən hər kəs, ilanı görmək üçün adamın başına toplandılar. İlan o günə qədər görülməmiş böyüklükdə idi. Macəra axtaran ovçu ilana doladığı xalçanı açmır, hər kəsi marağa sövq edirdi.

Ovçunun ölü zənn etdiyi ilan əslində, soyuqdan donmuş, hərəkətsiz qalmış bir vəziyyətdə idi. Bağdaddakı havanın  istisindən vücuduna can gəlməyə başladı. İlan bağlı iplərini qopardı və seyr edən insanların qışqırıqları qarşısında nə edəcəyini bilməyən ovçunu oradaca uddu.

Həzrət Mövlana, hekayənin şərhini də özü etmişdir:

"Ey insanoğlu! Sənin nəfsin də bir əjdəhadır. Onu necə olar ki ölü zənn edərsən? Ölmüş görünsə belə o ölməmişdir. Günah işləmək üçün əlinə fürsət keçmədiyindən ötəri, kədərdən yuxlamış bir şəkildə, donmuş kimi gözləməkdədir. Nəfs güclənsə, fürsət tapsa, Fironun əlinə keçənlər onun da əlinə keçsə nələr etməz!?

Nəfs əjdahası yoxluğa, kasıblığa düşərsə, əlində kiçik bir qurdcuğaza çevrilər. Ancaq mövqe və mal ucbatından nəfs böcəyi böyüyər, çaylaq quşuna çevrilər!

Nəfs əjdahasını məhrumiyyət soyuğu, ayrılıq qarlarında tut. Ağlını başına al onu Bağdad istisinə gətirmə.

Diqqət et! Nəfs əjdahası mücahidə və riyazat ilə donmuş halda ikən salamatdasan, ancaq baş qaldırdısa ona loğma olarsan. Ona yazığın gəlməsin, yaxşılığa layiq deyildir. Üstünə şəhvət, arzu günəşinin hərarəti vurarsa, o dəqiqə yarasa kimi qanadlarını çırpmağa və uçmağa başlayar. Onunla igid kimi savaş ki, buna qarşılıq Allah da sənə Özü ilə görüşməyi ehsan etsin.

Sən nəfsinə əziyyət vermədən, riyazat və mücahidə etmədən onu sakit, rahat və vəfakar halda tutmağı zənn etmə bu əsla mümkün deyildir."

Hz.Mövlana Divanı Kəbirində belə buyurur;

"Ramazan gəldi, artıq maddi yeyəcəklərdən əl çək ki, göydən mənəvi ruzilər gəlsin.

Bu ay, könül süfrəsinin qurulduğu aydır. Könlün, bədənin xətalarından qurtulduğu aydır. Könüllərin eşq və iman ilə dolduğu aydır."

 

 

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Haqqa ilk üsyan

Allah-Təala buyurur: “Məgər insan onu nütfədən yaratdığımızı görmədimi ki, birdən-birə (Rəbbinə) açıq bir

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)