Məhərrəm ayı və fəziləti

 Bizləri yoxdan var edən, sonsuz lütf və ehsanları bol olan Rəbbimizə sonsuz həmdü-sənalar olsun. İki cahan sərvəri Haqqın Həbibi Hz. Məhəmmədə (s.ə.s.) sonsuz salatu salam olsun.

            Allah-Təala dünyanı yaratdığı gündən bəri dəyişilməyən və dəyişilməsi mümkün olmayan qanun qaydaları vardır. Bunlardan biri də Qəməri aylardır. Bu ayların içərisində Allah-Təalanın xüsusi dəyər verdiyi, Rəhmətinin bol-bol endiyi ay, gün və gecələr vardır. Bunlardan biri Məhərrəm ayıdır.

            “Məhərrəm” kəlməsi çox hörmətli, xüsusi qiymət verilməsi lazım olan mənalarına gəlir. Bu aya “Şəhrullah” və “Haram” ayı deyilmişdir. Bu həqiqəti Allah-Təala Qurani-Kərimdə belə anladır:

             Həqiqətən, Allah yanında ayların sayı göyləri və yeri yaratdığı gündən bəri Allahın Kitabında on ikidir. Onların dördü (rəcəb, zülqədə, zülhiccə və məhərrəm) haram aylardır. Bu, doğru dindir (İbrahim və İsmailin gətirdikləri dinin doğru hesabı və hökmüdür)...” (Tövbə surəsi, 36)

            Haram aylar bunlardır: zülqədə, zülhiccə, məhərrəm və rəcəb. Cənabı-Haqq bu aylara xüsisi hörmət göstərmişdir. Bu aylarda müharibə etmək, qan tökmək qəti qadağandır. Cahiliyyə dövründə belə bu qaydalara diqqət edilərdi. İslamdan sonra da bu ayın mübarəkliyi davam edir. Cənabı-Haqq qulun özünə yaxınlaşmasını, Cənnətə girməyini istəyir. Bu cahan imtahan üçün yaradılmışsa, Cənnət də mömünlər üçün yaradılmışdır. Ona görə bu aya hörmət göstərmək, ibadətləri çoxaltmaq və İlahi rəhməti cəlb etmək məcburiyyətindəyik.

            Məhərrəm ayını xüsusiləşdirən, mübarəkləşdirən bir çox səbəblər vardır. Bunlardan biri Hicri yeni il təqvimimizin olmasıdır. Peyğəmbərimizin (s.ə.s.) 622-ci ildə Məkkədən Mədinəyə  hicrəti Rəbiül-əvvəl ayında baş tutmuşdur. Lakin tarixi iki ay səkkiz gün geri alaraq bu təqvimi  məhərrəm Hicrət təqviminin başlanğıcı qəbul etmişlər. Cənabı-Haqq kainata iki təqvim, günəş və ay ehsan etmişdir. Yunus surəsi, 5-ci ayətdə Uca Mövlamız belə buyurur:

            Günəşi işıqlı (parlaq), ayı nurlu edən, illərin sayını və hesabı biləsiniz deyə, ay üçün mənzillər müəyyən edən məhz Odur. Allah bunları ancaq haqq olaraq yaratdı. O, ayələrini anlayıb bilən bir tayfa üçün belə müfəssəl izah edər!  

            Qəməri təqviminə görə bir il, 354 gün 8 saat 48 dəqiqədə tamamlanır. Ay 12 dəfə dünya ətrafında dönür. Günəş təqviminə görə 365 gün 5 saat 48 dəqiqədir. Dünya günəşin ətrafında dönür. Bütün bunlar İlahi əzəmət  təcəllisidir. Saniyəsi belə dəyişməz. Kəhf surəsi daxil bir neçə surələrdə bu həqiqəti Cənabı-Haqq bizə bildirir.

            Məhərrəm ayının digər bir xüsusiyyəti “Aşurə” gününün olmasıdır. Dünya tarixində bir çox hadisələr Aşurə günündə baş vermişdir. Əshab (Allah onlardan razı olsun):

“Ya Rəsulallah! Allah-Təala Aşurə gününü digər günlərdən fəzilətli etmişdir?”- deyə soruşdular.

 “Bəli, Allah-Təala Aşura gününü digər günlərdən üstün tutmuşdur.

Allah göyləri Aşurə günü yaratdı.

Dağları, dənizləri, qələmi, lövhü və Adəmi (ə.s.) Aşurə günü yaratdı.

Adəmi (ə.s.) Aşurə günü cənnətə qoydu.

İbrahimi (ə.s.) oddan qurtardı.

Allah-Təala  Fironu Aşurə günü dənizdə boğdu.

            Əyyubdan (ə.s.) bəlanı Aşurə günü dəf etdi.

Adəmin (ə.s.) tövbəsini Aşurə günü qəbul etdi.

Davudun (ə.s.) xətasını Aşurə günü bağışladı.

İsa (ə.s.) Aşurə günü dünyaya gəldi və qiyamətə yaxın yer üzünə enməsi də Aşurə gününə təsadüf edəcək”,- buyurdu (Günyə 2/53, Təbərani, Mücəmül-Kəbir 5538, Heysəmi,  Məcməuz-Zəvaid 5132).

            Cənabı-Haqq Peyğəmbərlərə İlahi lütf və ikram ehsan etmişdir. Hər zaman sevinclə bərabər qəm və kədər yan-yana gələr. Ən ağır imtahanlar peyğəmbərlərdən sonra onlara ən yaxın olanlara gəlmişdir. Aşurə günü Hz.Hüseynin şəhadəti də buna bir örnəkdir. İslam tarixində məhərrəm ayının Aşurə günü İslamın ən böyük cinayəti işlənmişdir.

             Hicrətin 61-ci ili, Aşurə günü Hz. Hüseyn (r.a.) 55 yaşında şəhid edilmişdir. Aşurə günü, ümmətin yaddaşında sevincli hadisələrlə yanaşı, Hz.Hüseynin şəhadəti səbəbilə kədərli bir gün olaraq qalmışdır.

   Məhərrəm ayında oruc tutmağın ayrı bir yeri və fəziləti vardır. Əbu Hüreyrə (r.a.) Peyğəmbərimizin (s.ə.s.) belə söylədini anladır:

            “Ramazan ayından sonra ən fəzilətli oruc Şəhrullah olan məhərrəm ayıdır. Fərz namazlardan sonra ən üstün namaz da gecə namazıdır (Müslüm, Əbu Davud).

            Cənabı-Haqq İlahi rəhmətin daşdığı gün və gecələrdən biz aciz qullarına istifadələr nəsib etsin. Peyğəmbərimizin (s.ə.s.), Əhli-beytinin, səhabəyi-kiramın, peyğəmbərlərinin ruhaniyyətindən istifadə etməyi nəsib etsin. İslamı həyatımızın son nöqtəsi etsin. Amin!

 

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

DÜNYADA CƏNNƏT OLARMI?

     İnsanın yaradılışıyla başlayan ailə həyatı, heç şübhəsiz ki, əbədiyyət səfərimizdə gedəcəyimiz nəticəni təyin edəcə

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)