Bitib tükənməyən Sevgi

Bizi bu fani varlıq aləminə çıxaran, məxluqatın ən şərəflisi edən və saymaq istəsək də saya bilməyəcəyimiz qədər çox nemətlərə bizi qərq edən Yaradana qarşı əsas vəzifəmiz, Onun varlığını qəbul edərək iman gətirməkdir. Lə iləhə illəllah - sayılan tövhidin açarını qəbul edərək imanımızı yeniləmək (elan etmək), kainatda tək hökm sahibinin, varlıq aləmində zərrədən kürəyə bütün məxluqatın yaradıcısının yalnızca O olduğuna iman etmək, bizə bağışlanan ağıl nemətinə qarşılıq  şükrümüzü bəyan etmək ümdə vəzifələrimizdən sayılır.

Allah-Təalaya şükrümüzü əda edərkən də Onun bəndələri üçün təyin və təqdir etmiş olduğu proqramla hərəkət etmək, yanlış etiqadlara dalmadan, bizim üçün bəyənib seçdiyi İslam Dinində bildirilən hökmlərə Allah-Təalanın bəyan etdiyi şəkildə inanmaq  və itaət etmək Yaradanın bəndələri üzərinə yazdığı ilahi yazıya təslim olmaq deməkdir. Çünki Onun əmrlərinin xaricindəki iman, iman deyildir. İman - bir olan Allahı təsdiq etmək, görən, eşidən hər şeyə qadir olan kimsəyə ehtiyacı olmayan Zatı bütün halı ilə qəbul etməkdir. O - Aləmlər Ona möhtac, bütün nöqsan sifətlərdən uzaq, əbədi və əzəli bir olan Allahdır.

Yaradana qarşı sevginin ölçüsü Onun əmrlərini şəksiz-şübhəsiz yerinə yetirmək olduğu kimi, onun qəzəbinə düçar olacaq qadağalarından da uzaq durmaqdır. Allah-Təalanın sevmədiyi və əsla əvf etməyəcəyini bildirdiyi ən böyük günah – şirkdir. Belə ki, Qurani-Kərimdə:

“Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əfv etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlar. Allaha şərik qoşan şəxs, əlbəttə, böyük günah etmiş olur”, (Nisa, 4/48) buyrulur.

İbadət və digər bütün işlərimizin sadəcə Onun əmrinə uyğun və razılığını qazanacaq əməl olmasına diqqət etməliyik. Bir ayədə də Allah Təala:

 “...Kim Rəbbi ilə qarşılaşacağına (qiyamət günü dirilib haqq-hesab üçün Allahın hüzurunda duracağına) ümid bəsləyirsə (yaxud qiyamətdən qorxursa), yaxşı iş görsün və Rəbbinə etdiyi ibadətə heç kəsi şərik qoşmasın!” - buyurur (Kəhf, 18/110).

Allah rizasından başqa bir niyyətlə edilən işlərin acı aqibəti hədisdə belə təsvir edilmişdir:

“Qiyamət günündə möhürlənmiş səhifələr gətirilir. Allah-Təalanın hüzuruna qoyulur. Bunun üzərinə Allah mələklərə “Bunu alın, bunu isə atın” deyir. Mələklər:

  • Ey Rəbbimiz! İzzətinin haqqı üçün, biz xeyirdən başqa bir şey görmədik – deyirlər. Allah-Təala o zaman belə buyurur:
  • “Bəli, amma onlar (sizin xeyir əməl olaraq gördükləriniz) məndən  başqası üçündü. Bu gün Mən, rizamdan başqa işlənən ibadətləri qəbul etməyəcəyəm” (Kənzul-Ummal, III, 471).

Bunun üçündur ki, bütün sevgi və əməllərimiz sırf Onun rızası üçün olmalıdır. Bu mövzuda Ənəs ibn Malik (r.a.) Peyğəmbərin (s.ə.s.) belə buyurduğunu rəvayət edir:

  • “Heç kim sevdiyini ancaq Allah üçün sevmədikcə imanın dadını ala bilməz. Belə ki, hidayətə gəldikdən sonra bir insanın atəşə atılması, onun yenidən küfrə dönməsindən daha yaxşıdır. Nəhayət, Allah və Rəsulu, bunların xaricində qalan hər şeydən o kimsə üçün daha sevimli olar” ( Buxari, Ədəb, VIII, 17).

Digər bir hədisində isə Allah Rəsulu (s.ə.s.) Allah rizası üçün edilən əməllərin onun qatında məqbul olmasını, Allaha yaxınlaşdırıcı vasitə kimi sayılaraq Yaradanın sevgisini qazanılmasına səbəb olacağını belə bildirir:

  • “Allah bir bəndəsini sevdiyi zaman Cəbrayıla (ə.s.) belə nida edər: “Ey Cəbrail! Allah filan qulunu sevir, sən de onu sev! Bunun üzərinə Cəbrail (ə.s.) da mələklərə: “Allah filan qulunu sevir, mən də sevdim. Siz də onu sevin! - deyə nida edər və bütün göy əhli onu sevər. Sonra yer üzündəkilər tərəfindən də sevilər”.

Bir gün Peyğəmbərimizin (s.ə.s.) yanına bir adam gələrək:

  • Ya Rəsulallah! Qiyamət nə zaman qopacaq?- deyə sorusur.

Peyğəmbərimiz (s.ə.s.) suala sualla qarşılıq verir:

  • Sən qiyamətin nə zaman qopacağını neyləyirsən? Qiyamət üçün nə hazırladın?

Adam:

  • Mənim çox namazım, orucum yoxdur. Amma qəlbim Allah və Rəsulunun sevgisi ilə doludur, –deyir.

Bunun üzərinə Peyğəmbərimiz (s.ə.s):

  • “İnsan sevdiyi ilə bərabərdir” ,- buyurur (Buxari, Ədəb,96; Tirmizi, Zühd, 50).

Demək ki, Allahı sevmək və Onun əmrlərinə bağlanmaq dünyada hər kəsin sevgisini qazandırdığı kimi, axirətdə də əbədi səadətə qovuşdurur. 

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

DÜNYADA CƏNNƏT OLARMI?

     İnsanın yaradılışıyla başlayan ailə həyatı, heç şübhəsiz ki, əbədiyyət səfərimizdə gedəcəyimiz nəticəni təyin edəcə

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)