Əş-Şəkur

Əş-Şəkur öz rizası üçün edilən işləri artıqlaması ilə mükafatlandıran, kiçik bir ibadətin qarşılığında böyük mükafatlar verən, qullarının əcrini qat-qat artıran, deməkdir.

 “Əgər Allaha (Allah yolunda) gözəl (könül xoşluğu ilə) bir borc versəniz, (Allah) sizin üçün onun əvəzini qat-qat artırar və sizi bağışlayar. Allah qədirbiləndir, həlimdir!” (ət-Təğabun, 17)

Qulunun daim gözəlliklər içində yaşamasını istəyən Allah, verdiyi nemətləri görməyimizi və şükür etməyimizi istəyir. Qulluq təşəkkürə şirk qoşmamağın adıdır.

“Belə olduqda siz (itaətlə) Məni xatırlayın ki, Mən də sizi yada salım! Mənə şükür edin, Məni danmayın!” (əl-Bəqərə, 152)

Uca Allahın qullarından gözlədiyi sadəcə şükürdür. O, möhtəşəm kəlamında qullarının çox az şükür etdiyini bildirir.

“Sizi yer üzündə yerləşdirdik və orada sizin üçün dolanacaq vasitələri yaratdıq. Siz isə olduqca az şükür edənlərsiniz!” (əl-Əraf, 10)

Şükürün ölçüsü qənaət etmək, verilən ruziyə riza göstərməkdir. Ən böyük şükür namaz ilə tamamlanır və möminin meracı olur!

Mömin ruzisinə şükür edər, əldə etdiyi ruzini onu yaradan, hər şeyin sahibi olan Allahın rəhmət xəzinələrindən gəldiyini və Rəbbinin hədiyyəsi olduğunu bilər. Haqq-Təala insanı ilahi isimlərinə güzgü olacaq, rəhmət xəzinələrini biləcək qabiliyyətdə yaratmışdır. Buna görə də insana sonsuz ehtiyaclar verib, onu maddi-mənəvi ruzilərə möhtac etmişdir ki, insan ehtiyac duyduğu ruzini tapsın və “Əhsəni-təqvim”ə (yaradılanların ən gözəli) çatsın. İnsanın qulluğunu bilməsinin və “Əhsəni-təqvim”ə çatmağın yolu şükürdür. Şükür insanı mələklərdən də üstün edər. Hər əzanın şükrü öz cinsi ilədir. Gözün şükrü halala baxıb, gözəllikləri görməklə, ağızın-dilin şükrü xeyir danışıb, gözəl söz söyləməklə, əlin şükrü daim verməklə, möhtacların əlindən tutmaqla, ayaqların şükrü xeyrə, halala can atmaqla ifa edilir.

Həyat uzun bir yoldur. Bu yol boyu qarşımıza bir çox nemətlər sərilir. Qarşılaşdığımız nemətlər haqqında sorğuya çəkiləcəyik: “Bu nemət ilə nə qazandın? Bu nemətin şükrünü əda edə bildinmi?” Bu suallar hər birimizə veriləcək.

Ey Rəbbim! Sənə Həbibin Hz. Muhamməd (s.ə.s) kimi dua edirik: “Ey Rəbbim Səni zikr etmək, Sənə şükür etmək və ibadətini ən gözəl şəkildə edə bilməkdə mənə yardım et” (Əbu Davud, Salat, 361, Tirmizi)

 

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

DÜNYADA CƏNNƏT OLARMI?

     İnsanın yaradılışıyla başlayan ailə həyatı, heç şübhəsiz ki, əbədiyyət səfərimizdə gedəcəyimiz nəticəni təyin edəcə

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)