Ölüm Haqdır


Aygün Məmmədzadə
Bu yazıya 1452 dəfə baxılıb.

Dünyaya gələn hər kəs ölməyə məhkumdur, aradakı fərq yalnız qonaq olduğumuz dünyada qalma müddətinin azlığı və ya çoxluğudur. Əslində, ürəyimizin hər döyüntüsü yaxınlaşmaqda olan əcəlimizin ayaq səsləridir. Müsəlman ölümdən qorxmamalı, onun hər kəsin başına gələcək olan bir gerçək olduğunu qəbul etməlidir. Əslində, biz ölərkən Yaradana qovuşuruq. Bir müsəlmanın bu şüurla yaşaması və ölümdən sonraya hazırlıq görməsi ölümü gözəlləşdirən amillərdəndir. Eyni zamanda yaxınlarını itirən bir adam da buna etiraz etməməli, Allahın əmrinə təslim olaraq üsyan sayılacaq əməllərdən uzaq durmalıdır.

Həzrət Peyğəmbər (s.ə.s.) ölüm və buna bənzər hadisə ilə qarşılaşan kimsələrə səbir etmələrini, dua ilə Allaha sığınmalarını buyurmuşdur:

“Müsibət və fəlakətlə qarşılaşan və “Biz Allaha aidik, şübhəsiz ona dönəcəyik. Allahım müsibət içində mənə əcr ver, itirdiyimdən daha xeyirlisini ehsan et.” deyən heç bir qul yoxdur ki, Allah ona müsibəti müqabilində əcr verməsin və itirdiyinin yerinə daha xeyirlisini lütf etməsin”. (Müslim, Əhməd b. Hənbəl) Allah-Təala Qurani-Kərimdə fəlakətə düçar olduqda səbir edərək və “innə lilləhi” deyərək Allaha sığınanları məth etmiş, onları rəhmət və hidayətlə müjdələmişdir. (əl-Bəqərə, 156)

Ölüyə ağlamaq

Yaxınlarını, sevdiklərini itirən insanların acı çəkmələri, bu acının gözə hücum edən yaşlar, ruhlara hakim olan hüzün və kədərlər ilə təzahür etməməsi mümkün deyil. İslam bu kimi hallarda kədərlənməyi və ağlamağı qadağan etməmişdir.

Üsamə b. Zeyd nəql edir: Hz. Peyğəmbərin (s.ə.s.) qızı ona “oğlum ölmək üzrədir, tez bizə gəl”, -deyə xəbər göndərdi. Hz. Peyğəmbər (s.ə.s.):

“Aldığı da, verdiyi də şübhəsiz ki, Allahındır. Hər kəsin Allaha məlum bir əcəli vardır. Səbir etsin və əcrini Allahdan gözləsin!”, -buyurdu. Qızı ardınca bir nəfər də göndərib israrla gəlməsini istədi. Hz. Peyğəmbər (s.ə.s.) yanında Sad b. Übadə, Muaz b. Cəbəl, Übey b. Kəb, Zeyd b. Sabit və başqa səhabələrlə qızının evinə yollandı. Uşağı qucağına verdilər, uşaq xır-xır edərək can verirdi. Hz. Peyğəmbər (s.ə.s.)-in gözlərindən yaş axırdı, bunu görən Sad soruşdu:

“- Bu nədir, ya Rəsulallah? Həzrət Peyğəmbər buyurdu:

“Bu elə bir rəhmət və mərhəmətdir ki, Allah onu qullarının qəlblərinə yerləşdirmiş və Allah qulları arasında ancaq mərhəmət sahibi olanlara rəhmət eyləyər”.

Təziyə

Yaxınlarını itirən bir ailənin fərdlərinə başsağlığı vermək müstəhəbdir. Hz. Peyğəmbər (s.ə.s.) təziyə vermiş və səhabələri də buna təşviq etmişdir. Təziyə ölkəmizdə “Allah rəhmət etsin, geridə qalanlara uzun ömür versin!” kimi sözlərlə ifadə edilir. Təziyənin lüğət mənası “səbir etmək, səbrə təşviq etmək”dir. Acı çəkənə səbir etməsini, Allahın səbrinə qarşı əcir verəcəyini, hamımızın Allaha aid olduğumuzu və təkrar Ona dönəcəyimizi deməklə bu vəzifə yerinə yetirilmiş olur. Eyni ərazidə yaşayanlar üçün təziyə üç gündür. Üç gündən artıq təziyə vermək doğru deyil, çünki bu, kədərin yenilənməsinə səbəb olur.

Yas olan ailəyə süfrə açmaq

Rəsulullahın əmisi oğlu Hz. Cəfər (r.a.) Mutə döyüşündə şəhid olmuşdu. Rəsulallah (s.ə.s.) yaxınlarına: “Cəfərin ailəsinə yemək bişirin, çünki onlara fəlakət üz verib, yemək-içməyə vaxtları yoxdur”, -demişdir. (Əbu Davud, Məa-Avnil-Məbud, c. III, s. 164.)

Qohumların və qonşuların ölüm fəlakətinə düçar olmuş ailəyə birgünlük yemək hazırlayıb aparması müstəhəbdir. Amma ölünün öz ailəsinin yemək hazırlayıb başqalarına ikram etməsi həm cahiliyyə dövrü adətlərindən olduğu, həm də yersiz əziyyət sayıldığı üçün İslam alimləri tərəfindən məkruh sayılmış, hətta bəzi alimlər bunun haram olduğunu söyləmişlər. (İbn Qudamə, əl-Muğni, c. II, s. 410; İbn Abidin, (Məcmuatur-Rəsail), c. I, s. 182; Rəddul-Muxtar, c. I, s. 663, Şeyx Əli Məhfuz, s. 218.)

Qəbir ziyarəti

Hz. Peyğəmbər (s.ə.s.) İslamın ilk illərində qəbir ziyarətini qadağan etmişdi. Buna səbəb cahiliyyə dövründən yeni çıxan müsəlmanların qəbir ziyarəti səbəbilə bəzi batil inanc və adətlərə meyil etmələrinin qarşısını almaqdır.

İslam ürəklərdə kök atdıqdan sonra isə qəbir ziyarətinə icazə verdi və bunu “axirəti xatırlama” hikmətinə bağladı. “Sizə qəbirləri ziyarət etməyi qadağan etmişdim, artıq onları ziyarət edin. Çünki bu sizə axirəti xatırladır”. (Müslim, Əbu Davud, Nəsai)

Hz. Peyğəmbərin anasının qəbrini ziyarət etdiyi, həmçinin Hz. Fatimənin və Hz. Aişənin qəbir ziyarətləri haqqında rəvayətlər vardır. (Buxari, Kitabul-Cənaiz, bab: 151; Şevqani, Neyl, c. IV, s. 117-120; Əbu Davud, Maal-ayn, c. III, s. 212.)

Qəbir ziyarətinin aşağıdakı faydaları var:

1. Ziyarət edən kəs ölümü və axirəti xatırlayar.

2. Əməlisaleh bəndələrin qəbirlərini ziyarət ruhlara rahatlıq, ülvi duyğulara bərəkət verər.


Aygün Məmmədzadə
Bu yazıya 1452 dəfə baxılıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI
  • Xocalı yurdum, yuvam, anam, Vətənimdir.
  • Günəş ulduz kimi
  • Yaşıl mərcili əriştə supu
  • Asan türk ev paxlavası
  • Gəncliyə yardım fondunda sertifikat mərasimi
  • Bakıda mövlana işığına toplaşdılar
  • Bananlı karamelli kek
  • Kartoflu muffin
  • MÜBARƏK ÜÇ AYDA HƏYATI YENİLƏNMƏK FÜRSƏTİ
  • İspanaq Yeməyi
  • HƏR YERDƏ İLAHİ KAMERALAR
  • Toyuq sosiskası,Xarço Şorbası
  • Möminlərin anası və sədaqət nümunəsi Hz.Xədicətul-Kübra. (r.a.)
  • Mərhum Musa Topbaş Əfəndidən XANIMLARA TÖVSİYƏLƏR
  • Şeytana Qalib Gəlməyin Yolu
  • Mərhum Musa Topbaş Əfəndinin uşaq tərbiyəsinə verdiyi önəm
  • Qurban Allaha yaxınlaşmaq üçün bir vasitədir
  • Hz. Zeynəbin Emalatxanası
  • İki Qanadlı Təhsil
  • Onu Anarkən
  • Quranda bir ata örnəyi HƏZRƏT LOĞMAN
  • Göbələkli salat
  • Toyuqlu boxça
  • Manna yarmalı tort
  • Yardımlaşmanın fəziləti
  • Ölüm Haqdır
  • Ananaslı keks
  • Yaşıl mərcili makaron salatı
  • Çolpalı Şorbalı Xəngəl
  • Sadə Rulet
  • İçlikli Kartof Topları
  • Pomidor Qəlyanaltısı
  • Aşura
  • Tərəvəzli Gül Kələmi Şorbası
  • Ləzzətli Yuvalar
  • Brovni Keksi
  • Məhərrəm Ayı
  • Təqvimin Tarixi
  • Gavalı Salatı
  • Qurudulmuş Ətli Sürhüllü
  • Buxarda Toyuq Ruleti
  • Donut
  • Ən Gözəl Adlar "O"nundur
  • Əncirli Qozlu Qurabiyə
  • Ev Şəraitində Lülə Kabab
  • Olivye Salatı
  • Toyuq Xəngəli
  • Ər-Rahman, Ər Rəhim
  • İspanaqlı, Qaymaqlı Börək
  • Dadlı Qurabiyə
  • Tezbazar Kök Salatı
  • Arzuman Küftəsi
  • Əl-Məlik, Əl-Quddüs
  • Kumpir
  • Albalılı Parfe
  • Quru Çörək Şirniyyatı
  • Halva
  • Əs-Salam, Əl-Mümin
  • Çaylı keks
  • Sevimli üzlər (uşaq yeməyi)
  • Üzüm Salatı
  • Sobada badımcan börəyi
  • Əl-Muhəymin, Əl-Əziz
  • Midya Şirniyyatı
  • Mərcimək küftəsi
  • Üç rəngli börək
  • Sulu küftə
  • Əl-Cabbar, Əl-Mütəkkəbir
  • Qatıqlı buğda şorbası
  • Kartof pizzası
  • Toyuq ətindən göbələk salatı
  • Ərik cemli piroq
  • Əl-Xaliq, Əl-Bari
  • Ətli Ərzurum şorbası
  • Ətli qat-qat
  • Xanım kaprizi salatı
  • Qozlu piroq
  • Əl-Musavvir, Əl-Ğaffar
  • Omlet kekslər
  • Balqabaqlı, isbanaqlı tort
  • Mərciməkli, küftəli şorba
  • Ətli keks
  • Əl - Qahhar
  • Mövlana və Məsnəvisi
  • Göbələkli kartof damlası ilə şorba
  • Ağlayan kek
  • Tərəvəzli kartof salatı
  • Əl-Fəttah
  • Təbriz Küftəsi
  • Kartoflu Kroket
  • Rulet salatı
  • Kartoflu-pendirli zapekanka
  • Kəsmikli pendirli xaçapuri
  • Portağallı Lokum
  • Əl-Qabid
  • Ətli salat
  • Soğan dolması
  • Göbələkli, kartoflu piroq
  • Qozlu qurabiyə
  • Əl-Basit
  • Xallı toyuq salatı
  • Toyuq ruleti
  • Urfa kababı
  • Qat-qat bükmə
  • Kartof ruleti salatı
  • Beşamel souslu sobada vermişel
  • Plovlu toyuq dolması
  • Qurabiyə
  • Ər-Rafi
  • Əl-Muzil
  • Almalı qurabiyə
  • Toyuq supu
  • Tərs Dolma
  • Saxsıda küftə
  • Qələm qabı
  • Əs-Səmi
  • Lobya salatı
  • Kartoflu blinçik
  • Toyuqlu tərəvəz dolması
  • Yerkökülü cəzəryə
  • ƏL-HAKƏM