Qoz


Kəmalə Hüseynova
Bu yazıya 4689 dəfə baxılıb.

Qoz dünyanın bir çox regionlarında həmçinin Azərbaycanda da yetişdirilir. Qoz daha çox Naxçıvan, Şəki - Zaqatala, Quba - Qusar və Azərbaycanın cənub rayonlarında yayılmışdır. Azərbaycanda keyfiyyətinə görə Ordubad qozu xüsusi olaraq qiymətləndirilir. Qoz Azərbaycan mətbəxinin ənənəvi bir məhsuludur və qoz bir çox yeməklərdə və şirniyyatlarda istifadə olunur.

Qoz ən faydalı qida məhsullarından biridir. Qozun həm ləpəsindən, həm ağacından, həm qabığından, həm də yarpağından istifadə etmək mümkündür. İnsan beyninin kiçik formasını xatırladan qoz vitamin, mineral, proteinlə zəngindir. Kalori dəyəri yüksək olan qozda sağlamlığımız üçün doymamış yağ var. Gündə 3-5 ədəd qoz yemək məsləhət görülür. Qoz qandakı xolesterolun səviyyəsini azaldır, ürək döyüntüsünü tənzimləyir. Onun tərkibindəki maddələr qalın bağırsaq, süd vəzi və prostat xərçəngi kimi xəstəliklərdən müdafiə edir, immuniteti gücləndirir, qan-damar sistemini rahatlaşdırır, ürək xəstəlikləri riskini azaldır. Tərkibindəki melatonin gecə çalışan və yuxu pozğunluğundan əziyyət çəkənlər üçün faydalıdır. Tərkibindəki "Omega 3" və "Omega 6" yağ asitləri sayəsində beyinin inkişafına müsbət təsir edir, bədənə enerji verir, zərərli maddələri orqanizmdən kənarlaşdırmağa kömək edir. Həzm etməyə faydalıdır. Mədə və bağırsaq ağrılarının azalmasında, təzə meyvəsindən hazırlanmış mürəbbədən diş əti xəstəliklərinin müalicəsində və vitamin çatışmazlığında istifadə edilir. Qozun ləpəsindən əlavə onun xüsusi yağı da olur ki, bu da bir çox xəstəliklərdə xeyirlidir. Bu yağ bağırsaqdakı qurdları tökür. Dəridə olan ləkələri aparır. Bunun üçün dərini yağla ovxalamaq kifayətdir.

Qozdan necə istifadə edilə bilər?

            Qozun ləpəsini adi halda yemək mümkündür. Bundan əlavə onun qabığı və yarpaqlarından da istifadə edilir. Yaşıl üst qabığı əzilərək saç boyası kimi istifadə edilə bilər. Yarpağının qaynamasından əldə edilən suyu içmək mədəni qüvvətləndirir, boğaz iltihabının sağalmasına kömək edir. Bu su ilə duş qəbul etmək dəri problemləri üçün faydalır.

            Qoz saçların tökülməsinin də qarşısını ala bilər. Bunun üçün 10 ədəd qoz qabığını 1 litr suda 15 dəqiqə qaynadın və bu su ilə saçları 3 həftə müddətində yuyun. Saçlarınızın gücləndiyini və rənginin dəyişdiyini gözlərinizlə görəcəksiniz. Qozdan hətta sənayedə də istifadə edilir. Belə ki, bu ağacdan yüksək keyfiyyətli mebel və avadanlıqlar hazırlanır.

 

            Qoz ləpəsi nə üçün insan beyninə bənzəyir?

 

Yaşıl bir qoz...Yaşıl qabıq-qərzək bizim baş dərimizə, qozun sərt qabığı kəllə sümüklərinə, iki ləpə isə üstündəki qırışlarıyla bizim beyin yarımkürələrinə bənzəyir. Bu bənzəyiş təsadüfi ola bilərmi, Əsla! Qoz ləpəsinin tərkibi gümüş ionları ilə zəngindir. Beynimiz isə yerinə yetirdiyi elektronik proseslərdən görə gümüş ionlarına ehtiyac duyan tək orqandır. Çox hikmətlidir, deyilmi? Allahın sonsuz şəfqəti burda da təcəlli etməkdə, sanki insanlara bunu bilmədən də qozun faydaları bildirilir.

 

 

 

 

 

 

“Qozlu Şahzadə” salatı



Lazım olan ərzaqlar :

Mal əti – 500 qr
Bişmiş yumurta – 4 ədəd
Duza qoyulmuş xiyar – 6 ədəd
Sarımsağ dilimi – 3 ədəd
Qoz ləpəsi – 200 qr
Mayonez - 200 qr

Salatın hazırlanması :

Əti bişirib lifləri boyunca bir birindən ayırın.Sonra xiyarı və bişmiş yumurtanı iri gözlü sürtgəcdən keçirin .Sarımsağı əzib xırdalayın və xiyar ilə qarışdırın.Qoz ləpəsini xırdalayıb tavada bir – iki dəqiqə qızardın.
Bundan sonra salatı aşağıdakı ardıcıllıqla üst – üstə olmaqla qat – qat hazırların
1)Ət + mayonez
2)Sarımsaq ilə qarışdırılmış xiyar + mayonez
3)Bişirilib sürtgəcdən keçirilmiş yumurta + mayonez
4)Xirdalanmış qoz ləpəsi
Bundan sonra salatı soyuducuda bir müddət saxlayıb süfrəyə verin.


Qoz pecenyesi

 

Tərkibi:

3 stəkan un
2 ədəd yumurta
200 qr. yağ
Yarım stəkan səkər tozu
¼ ç.q. soda
Vanil

İçlik :

1 qutu qatılaşdırılmış süd 
100 qr. qoz
 

Hazırlanması:

Sadaladığımız ərzaqlarından xəmir yoğruruq. Xəmirdən xırda kündələr düzəldib xüsusi formaya yerləşdirib qazda bişiririk . Qatılaşdırılmış südə qoz əlavə edib qarışdırırıq. Yarım qozların içinə içlik qoyub birləşdiririk. 1 saat soyuducuda saxlayırıq.

Qoz pecenyesi üçün forma 

 

 


Kəmalə Hüseynova
Bu yazıya 4689 dəfə baxılıb.