Sandıq Salatı


Bizim Ailədən
Bu yazıya 1240 dəfə baxılıb.

Lazım olan ərzaqlar:

1 ədəd ağ çörək

300 qr. yağlı pendir

1 diş sarımsaq

 Mayonez və ya xama

Diş çöpü

Salat üçün:

Zövqünüzcə olan hər hansı bir ərzağı götürə bilərsiz.

Bəzək üçün:

Rəngli tərəvəzlər

2-3 x/q qırmızı kürü

2-3 x/q qara kürü

Nar

Göyərti

Hazırlanması:

Çörək ehtiyatla şəkildə gördüyünüz kimi kəsilib içi çıxarılır. İçindən çıxarılmış çörəyi xırda doğrayaraq suxari edib salata qatmaq olar. Sarımsaq əzilərək pendirə qatılıb çörəyə hərtərəfli çəkilir. Zövqünüzə uyğun ərzaqları xırda kub şəklində doğrayıb xama, duz, istiot vurub qarışdırın. Hazır salat çörəyin içinə doldurulur və zövqə uyğun bəzədilir. Nuş olsun!

 


Bizim Ailədən
Bu yazıya 1240 dəfə baxılıb.