Maqnit burulğanı Yerdə hansı səbəbdən yaranır


Bizim AİLƏ
Bu yazıya 1468 dəfə baxılıb.

Günəşdə alışmalar baş verdikdə Yer istiqamətində (eləcə də digər istiqamətlərdə) gələn elektromaqnit dalğalarının miqdarı artır. Xəşbəxtlikdən yer planeti atmosferə malikdir və gələn elektromaqnit dalğalarının qarşısını alır. Bu dalğalar yer səthinə daxil ola bilmir. Bu məsələdə əhəmiyyətli rolu İonesfera atmosfer təbəqəsi oynayır. Ancaq qütblərdən daxil olan elektromaqnit dalğaları Yerin maqnit sahəsini həyəcanlandıra bilir. Bu həyəcanlanma nəticəsində Yer səthində maqnit burulğanı yaranır.

 Bir qayda olaraq, kiçik Günəş burulğanları elektromaqnit qurğularının müvəqqəti sıradan çıxmasına səbəb olur. Bundan başqa maqnit burulğanları insanların sağlamlıqlarına da təsir göstərir: Məsələn, ürək tutması yarana bilər. Kosmik təsirlərə həssas adamlarda halsızlıq, həyəcanlanma və əsəbilik baş verir. Bəzi insanlarda təcavüzkarlıq artır: belə günlərdə yol-nəqliyyat hadisələri və özünəqəsd hallarının sayı da artır. Maqnitobioloji laboratoriyalarında belə hallarda həssas insanları xüsusi otaqlarda yerləşdirirlər. Həmin otaqlar maqnit sahəsinin dəyişməsindən izolə edilir.

Təxminən hər 11 ildən bir günəşdə yeni fəallıq dövrü başlayır. Bu o deməkdir ki, maqnit burulğanları Yerdə tez-tez baş verir və daha güclü olur. Alimlər ümid edirlər ki, bundan sonra maqnit burulğanlarının vaxtını bir neçə gün yaxud da bir neçə saat qabaqcadan xəbər verə biləcəklər. Bu telekumminikasiya və energetika işçilərinə qabaqlayıcı müdafiə tədbirləri görməyə imkan verərdi.

Günəş fotosferindəki (görünən səthində) nisbətən aşağı hərarətə malik hissələri ləkə adlandırırlar. Ləkələrdə hərarət 4300-4700 Kelvin tərtibində olur. Fotosferin hərarəti isə məlum olduğu kimi 60000 Kelvindir. Bu baxımdan ləkələr tutqun görünürlər. Günəş ləkələrinin maqnit sahəsi çox güclü olur və 2000 Erstedə çatır. Bu yerin qütblərinin maqnit sahəsindən  bir neçə on min dəfə böyükdür.

Günəşin dərin qatlarından gələn konvektiv şüalanma seli maqnit sahəsi tərəfindən tormozlanır və nəticədə ləkənin hərarəti aşağı düşür. Bəzən Günəş səthindəki ləkələrin ölçüsü Yerdən böyük olur. Baş verən istilik nüvə partlayışlarının əsas səbəbi maqnit sahəsidir. Həmin partlayışlardan yaranan yüklü (ionlaşmış) zərrəciklər atılır. Günəş səthindən atılan zərrəciklərin sürəti 1000 km/san-dən artıq olur. Bu zərrəciklər bir neçə saatdan sonra Yerin Maqnitosfera qatına çatır və burulğanı yaradırlar. Günəş səthində olan ləkələr Günəş aktivliyi  illərindən daha çox olur. Günəş səthində görünən ləkələrin nisbi sayına görə onun fəal və ya sakit olmasını görmək mümkündür. Ümumiyyətlə, Günəş fəallığı 11 illik bir perioda malikdir.

Ləkələr harada baş verəcəyindən xəbər verir. Ləkələrin sayına və ölçüsünə görə müəyyən edib əvvəlcədən məlumat vermək olur ki, nə vaxt Yerdə maqnit burulğanı olacaq.


Bizim AİLƏ
Bu yazıya 1468 dəfə baxılıb.