Qanla Yazılmış Qəhrəmanlıq Salnaməsi


Mətanət Kərimova
Bu yazıya 1165 dəfə baxılıb.

Qanla Yazılmış Qəhrəmanlıq salnaməsi

 Tarix boyu qanlı hadisələr, döyüşlər, qırğınlar çox olub. Amma Xocalı dəhşətinə,

müsibətinə bənzəri olmayıb. Heç vaxt qarşıdurmalarda, müharibələrdə körpə uşaqlara atəş

açmayıblar. Hamilə qadının sinəsinə süngü sancmayıblar. Ayağı güclə yer tutan ahıllara zor

tətbiq etməyiblər. Gənclərin əl-ayaqlarını bağlayıb diri-diri yandırmayıblar. Bütün bu vəhşilikləri

ermənilər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə etdilər. Qəddarlıqlarını, amansızlıqlarını

tarixə qanla yazdılar. Bir gecədə baş verən hadisələri qan yaddaşımıza əbədi həkk olan qəddarlıq faktlarını həyəcansız, göynərtisiz, ürək ağrısız xatırlamaq mümkün deyil.

Məşhur tarixçi V.L.Veliçko yazırdı: "Ermənilər haqqında çox-çox qədimlərdən pis bir fikir yaranıb və şübhəsiz, bu, əsassız deyildir. Ona görə ki, əsas olmasaydı, bütöv bir xalq haqqında, həm də müxtəlif dövrlərdə belə bir fikir yarana bilməzdi".  Məhz belə bir mənfur təbiətə malik olan ermənilər həmişə xalqımıza, millətimizə qarşı müxtəlif soyqırımlar, terror aktları, repressiyalar həyata keçiriblər.

Ermənilərin Xocalı şəhərini hədəfə almaqda məqsədi nə idi? Bu bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən, ümumiyyətlə,  Xocalını yer üzündən birdəfəlik silmək məqsədi idi. Çünki Xocalı elə bir yaşayış məskəni idi ki, o, Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi. Bu xüsusi mədəniyyət tarixə Xocalı-Gədəbəy mədəniyyəti kimi düşmüşdür. Xocalının kromlexləri, dolmenləri, siklopları, kurqanları və digər abidələri, həmçinin müxtəlif növ məişət əşyaları insan cəmiyyətinin inkişaf dinamikasını özündə əks etdirən maddi mədəniyyət nümunələridir. Erməni işğalından sonra bütün bu maddi mədəniyyət abidələrinin məhv edilməsi və dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığının texnika vasitəsiylə darmadağın edilməsi erməni vandalizminin bariz nümunəsi olmaqla yanaşı dünya mədəniyyətinə qarşı zorakılıq aktıdır.

1992-ci ilin 25 fevral gecəsi... Qarabağ hadisələri başlanan vaxtlardan üzü bu yana

xalqımızın başına gətirilən müsibətlərin, demək olar, hamısı gecələr törədilib. Xocalı faciəsi də

fevralın 25-dən 26-na keçən gecə baş verdi. Müasir silahlarla silahlanmış erməni və sovet hərbi

birləşməsinin əsgərləri Xocalıya daxil olub yalın əllə torpağını müdafiə etmək istəyən xocalılı

oğul və qızlarımızı qana bələdi. Nə üçün çiçəyi burnunda yeniyetmələrimiz, torpağımızın

bütövlüyünü qorumaq istəyən cavanlarımız, namuslu qız-gəlinlərimiz öldürülürdü? Vətən

torpağını sevdiyi, onu qorumaq istədiyi üçün öldürülürdülər. O qanlı gecədə

Azərbaycan xalqı bir daha min illik qəhrəmanlıq tarixini ortaya qoydu, qəhrəmanlıq ənənələrini

müdrikcəsinə sübut etdi. O sübut etdi ki, bu xalq azadlığı, torpağının müstəqilliyi yolunda ölümə

hazırdır. Ölümə hazır olmayan millət isə azadlığını qazana bilməz. Yalın əllə müasir silahlara

cavab verən cavanlarımız sübut etdilər ki, bu millət üçün azadlıq zəruriyyət səviyyəsinə

yüksəlib. Azadlığını zəruriyyət bilən bir xalq isə artıq yetkin xalqdır.

1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdi. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız 3 minə yaxın insan qalmışdı. Çünki mühasirədə qaldığı 4 aydan artıq zaman ərzində blokadada olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər ödürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi indi də məlum deyil.

            Əsrlər boyu türk dünyasına qənim kəsilən, azərbaycanlılara qarşı daim kin, nifrət və

intiqam hissi bəsləyən erməni anaları öz dığalarını da həmin ruhda tərbiyə edirlər. Azərbaycan

anası isə qəlbi saf, humanist, mərhəmətli olduğundan övladlarını insansevər böyüdür. Əslində,

bu, bəşəri alicənablıqdır. Lakin analarımız heç vaxt unutmamalıdır ki, övladlarının kürəyinə

tuşlanmış gavur xəncəri var. Övladını o yağı xəyanətindən ehtiyatlandırmaq üçün ona dostu

düşməndən seçməyi öyrətməlidir. Analarımız övladını düşmən tərəfindən əzilən, döyülən,

öldürülən, müdafiə olunan, məzlum, fağır yox, düşmən üzərinə gedən, intiqamını almağı bacaran

mərd, cəsarətli, mətin ruhda tərbiyə etməlidirlər.

Bəşər boyu haqq namərdliyə, ədalət nadanlığa qalib gəlib. Sağlıq olsun, nahaq qan yerdə

qalmaz. Hələlik isə xalq şairi Zəlimxan Yaqubun misraları az da olsa çoxlarına təskinlik verir:

 

Kədər düşdü payına,

Səndən çətin yayına.

Hay vermədik hayına,

Layla, Xocalım, layla...

 

Bu torpağın canısan,

Selə dönmüş qanısan.

Sən kimin qurbanısan?

Layla, Xocalım, layla...


Mətanət Kərimova
Bu yazıya 1165 dəfə baxılıb.