Bizim Qalaktikada Günəşin Yeri


Bizim Ailədən
Bu yazıya 1384 dəfə baxılıb.

Qurani-Kərim, əl-Vaqiə surəsi, ayə 75-76.

“Ulduzların mənzillərinə (yaxud doğub batma yerlərinə) and olsun. Kaş bunun nə qədər böyük bir And olduğunu biləydiniz.”

Günəş sistemindən bizim Qalatikanın mərkəzinə qədər olan məsafə təxminən 28-32 min işıq ili, yaxud 8-10 kiloparsek (kilo-min deməkdir) tərtibindədir. (1 parsek = 3x1018sm = 3,26 işıq ili). Bu o deməkdir ki, bizim Günəş Qalaktikanın nə mərkəzində, nə də kənarında yerləşir. Qeyd etmək lazımdır ki, Qalaktikanın mərkəzindən Günəşə qədər olan məsafə hələlik çox da böyük dəqiqliklə təyin edilməmişdir. Bizim Qalaktika spiral quruluşa malikdir. Ümumiyyətlə, qalaktikalar müxtəlif quruluş və formaya malikdirlər. Qalaktikalar quruluşuna görə elliptik, spiral və heç bir formaya malik olmayan formalara malikdirlər.

Günəş  ona yaxın ulduzlarla birlikdə Qalaktikanın mərkəzi ətrafında 8-10 kiloparseklik məsafədə 200-220 km/san sürətlə təxminən 230 milyon ildə tam bir dövr edir. Bunu bəzən Qalaktik də adlandırılar. Deməli, Yer bütün mövcud olduğu 4,5 milyard il ərzində Qalaktika mərkəzi ətrafında cəmi 30 dəfədən artıq dövr etməmişdir. Bu hesabla belə çıxır ki, bizim Qalaktikanın cəmi 40 qalaktik il qədər yaşı vardır.

Qalaktikada ulduzların və spiral qolların sürətlərinin üst-üstə düşdüyü yeganə yer – korotasiya dairəsi adlanan (korotasiya – sürətlərin bərabərləşdiyi dairə) məkandır. Günəş də həmin dairənin çox yaxınlığında yerləşir!

Planetimiz bizim Qalaktikanın nisbətən  ən təhlükəsiz yerində yerləşmişdir və mövcud olduğu 4.5 milyard il ərzində heç bir kosmik fəlakətlə (kataklizmlə) üzləşmişdir. Bəlkə də bu səbəbdən Yerdə həyat qorunub saxlanıla bilmişdir. Məlum mənada Günəş üstün və seçilmiş mövqeyə malik məkanda yerləşir. Bizim qalaktikanın başqa yerində də həyatın mümkünlüyü barədə fikir yürüdəndə, bu üstün mövqeni nəzərə almaq lazımdır. Əgər Günəşin yerləşdiyi bu üstün mövqeli ərazini nəzərə almasaq, onda yanlış nəticələrə gəlib çıxarıq.

Bəs Günəşimiz Qalaktikanın mərkəzində yerləşsə idi, nə baş verərdi?

Əgər Günəş sistemi Qalaktikanın mərkəzində yerləşsə idi, orada ulduzların sıxlığı çox böyük olduğundan biz göydə bir neçə “günəş” görərdik. Bu baxımdan bu ərazi çox isti olardı. Məlum olduğu kimi, bizim Qalaktikanın mərkəzində dörd güclü “qamma” alışma mənbəyi də yerləşir. Onlarda baş verən alışmalar Yer kürəsi Qalaktikanın mərkəzində yerləşsə idi, oradakı həyatı bir andaca məhv edərdi. Göründüyü kimi Günəş sisteminin bizim Qalaktikadakı yeri Allah tərəfindən məxsusi olaraq elə seçilmişdir ki, burada yaşayış mümkün olsun.

 

Talaq surəsi, ayə 12.

“Yeddi (qat) göyü və bir o qədər də yeri yaradan Allahdır. Allahın hər şeyə qadir olduğunu, Allahın hər şeyi elm (Öz əzəli elmi) ilə ehtiva etdiyini biləsiniz deyə, Allahın əmri onların arasında (mövcud olan bütün məxluqata) nazil olar.”

 

 

 

 

 

 


Bizim Ailədən
Bu yazıya 1384 dəfə baxılıb.