Analı-Atalı Yetimlər


Xədicə Şahin
Bu yazıya 999 dəfə baxılıb.

Kiçik qızımın valideyn yığıncağında müəllimi, uşaqların ailələriylə olan əlaqələrindən bəhs edərkən "bəzi uşaqlarda güvən əskikliyi var, mən problemin səbəbini öyrənməyə çalışdım. Uşaqlara ailələriylə əlaqədar suallar verdiyim zaman bəzi şagirdlər ailələrinin özləriylə maraqlanmadığından bəhs etdilər. Bir şagirdim isə "anam məni sevmir" dedi. Mən "ananın səni sevmədiyini haradan anladın?" sualını verdiyim zaman, şagirdim", çünki anam söhbətlərini məndən daha çox sevir, məndən çox söhbətlərini düşünür, mənimlə maraqlanmır" cavabını verdi", deyərək ailələrin uşaqları üzərində ən çox etdiyi səhvlərdən birinə diqqət çəkmiş oldu.

Yaqub (ə.s.), daha uşaq yaşda olan Yusif (ə.s.)ın gördüyü yuxunu çox diqqətlə dinləmiş və "yuxunu qardaşlarına söyləmə" deyə, nəsihət etmişdir. Bir peyğəmbər uşağı ilə maraqlanır və çox diqqətli bir şəkildə yaşamış olduğu hadisəni dinləyir. Uşaqlarının güvən əskikliyi və bunun kimi problemlərindən şikayətçi olan analardan soruşmaq lazımdır: bir peyğəmbər olan və yalnız bir söhbət qrupunu deyil bir qövmü tərbiyə ilə vəzifəli olan Yaqub (ə.s.) qədər uşağımızı dinləməyə vaxtımız yoxdurmu?

Yenə bir qövmə deyil, aləmlərə peyğəmbər olaraq göndərilən Peyğəmbər (s.ə.s.)in mübarək nəvələri ondan bir dəvə istədiklərində "gedin burdan, sizinlə məşğul olmağa vaxtım yoxdur" demədi. Mübarək bədənlərini əyərək nəvələrini kürəyinə mindirib "Baxın, bundan daha yaxşı dəvəm olarmı?" deyərək nəvələriylə gözəl vaxt keçirmişdir. Nəvələri üçün bu maraq ən bahalı dəvədən daha qiymətli idi. Bu hadisənin, Peyğəmbər (s.ə.s.)in mübarək nəvələrinin könüllərində iz buraxdığını, özlərindən sonrakı nəsillərə şirin bir xatirə olaraq rəvayət etmələrindən anlayırıq.

Peyğəmbər (s.ə.s.) yalnız öz nəvələriylə deyil bütün uşaqlara da eyni dəyəri göstərərək onlarla maraqlanardı. Bir gün Peyğəmbərimiz (s.ə.s.) Mədinə küçələrindən birindən keçərkən birdən küçədə oynayan uşaqlar zarafatca Peyğəmbərimiz (s.ə.s)in ətrafına yığışıb:

"Səni əsir aldıq, artıq bizim əsirimizsən" deyirlər.

Rəhmət Peyğəmbəri (s.ə.s.) bu balaların oyununu pozmayaraq, o da onlara qatılır;

"Ay aman. Mən əsirəm? İndi mən nə edəcəm?!"

Uşaqlar; "Əsirlikdən bir şərtlə xilas ola bilərsən" dəyincə, o, məna abidəsi Peyğəmbər (s.ə.s.):

"Xilas olmaq üçün nə etməliyəm söyləyin edim" cavabını verir.

Uşaqlar:

"Ya Rəsulullah, ancaq fidyə versən xilas olarsan" deyə şərtlərini söyləyirlər.

O da "Amma üzərimdə verəcək çox şey yoxdur" deyə qarşılıq verər.

Uşaqlar:

"Nə varsa üzərində ver, razıyıq" deyirlər.

Hz. Peyğəmbər üstünü başını yoxlayıb uşaqlara çatacaq qədər xurma çıxarır və onlara verir.

Onlar da "Artıq azadsan" deyib Rəsulullah (s.ə.s.)i sərbəst buraxırlar.

Peyğəmbərimiz bu vəziyyət qarşısında təbəssüm edərək:

"Qardaşım Yusif kimi çox ucuza getdim" deyir. "Onu yanlarında saxlamaq istəmədikləri üçün ucuz bir qiymətə, bir neçə dirhəmə satdılar". (Yusuf, 12/20) ayəsini oxuyaraq uşaqların həyatında şirin bir iz buraxıb onlara verdiyi dəyəri göstərmişdir.

Edilən araşdırmalar, xüsusilə uşağın inkişafındakı ilk beş ildə ana və ataların uşaqlarına vaxt ayırmasının onların romantik inkişafı baxımından çox əhəmiyyətli olduğunu göstərir. Uşağınızla birlikdə keçirdiyiniz vaxt onun özünə inam inkişafı baxımından çox əhəmiyyətlidir, çünki ona vaxt ayırmağınız ona dəyər verdiyinizi göstərir: "Mən sənə vaxt ayırıram, çünki sən mənim üçün qiymətlisən" deməkdir.

Ancaq bu maraq, ana və atanın gündəlik işlərinin çoxluğunu bir tərəfə qoyub yalnız uşaqlarına ayırdıqları bir vaxt olmalıdır. Yoxsa bir əlində pult, gözləri və ağlı televizorda, qulağı uşaqda olması uşaqla vaxt keçirmək deyil, yalnız uşağı əyləndirməkdir. Müəllim 3-cü sinifdə olan şagirdlərin ana və atalarına bir məktub yazmalarını istəmişdi. Bir qız uşağı məktubunda "Anam televizorun pultunu tutduğu qədər məni qucağında tutmamışdır. Anamdan şəfqət görmürəm" deyərək, diqqətsizliyin uşaq ürəyində qoyduğu izləri göstərmişdir.

Son zamanlarda belə bir təbir çıxmışdır, "Analı, atalı yetimlər". Pedaqoq, yazar Sait Şamlıca bu təbir haqqında bunları söyləyir: “Analı atalı yetimlər” təbiri, yaşadığımız çağın uşaqlarını ifadə edir. Bu bir iddia deyil, təəssüf ki, gerçəkdir. Ana-atası küçəyə atdığı üçün yetimxanalarda böyüyən uşaqlar vardır. Bu uşaqların çox fərqli bir ruh halı olur. Hər zaman doya bilmədikləri sevgini axtararlar. Sevgi və qayğıya ac olduqları davranışlarından görünür. Analı, atalı yetimlər isə, ana-atasıyla eyni evdə yaşadıqları halda diqqətsiz, ana-atadan sevgi görməyən uşaqlardır. “Mən uşaqlarımla kifayət qədər maraqlanıram!” deyən ailələrə serial qarşısında keçirdikləri vaxt ilə uşaqlarıyla keçirdikləri vaxtı müqayisə etmələrini təklif edərəm".

Uşaqlarımız böyüyüb onların vaxtları azaldığında, bizim yaşlanıb vaxtımız çoxaldığında, uşağımızla birlikdə bir stəkan çaya həsrət qala bilərik. Uşağımızın bir stəkan çayını bizimlə paylaşmasını istəyiriksə kiçik yaşlarında onları analı-atalı yetimlər etməyək!


Xədicə Şahin
Bu yazıya 999 dəfə baxılıb.