Yod Mənbəyi - Feyxoa


Kəmalə Hüseynova
Bu yazıya 2952 dəfə baxılıb.

Feyxoa — subtropik zonada yetişən ekzotik meyvədir.

Bu bitkini ilk dəfə tədqiq etmiş təbiətşünas Joao da Silva Feyxo olub. Cənab Feyxonun bu bitkinin tərkibinin müəyyən edilməsi və təbliğində əvəzsiz rolu olub. Onun şərəfinə bu bitkinin adı feyxoa adlandırılıb. Bu bitki elmə XIX əsrdən məlumdur. Həmişəyaşıl ağaclar sinfinə məxsusdur. Əsl vətəni Cənubi Amerika hesab olunur. Braziliya, Kolumbiya, Uruqvay və Argentinanın şimal hissəsində yetişdirilir. Azərbaycana ilk dəfə 1928-ci ildə gətirilərək, cənub rayonlarında yayılmağa başlayıb.

 Feyxoanın əhəmiyyətli xüsusiyyəti onda suda həll olunan yod birləşmələrinin olmasıdır. 
1 kq təzə feyxoada 2 mq-dan 10-mq-a qədər yod var. Ona görə də orqanizmdə yod çatışmazlığı nəticəsində yaranan xəstəliklərdə xüsusilə faydalıdır. Meyvənin qabığı qalın, dadı büzüşdürücüdür. Feyxoanın konservleşdirilmiş şirəsi boğaz şişinin qarşısının alınmasında istifadə edilir. Tibbi əhəmiyyətində isə feyxoa insan sağlamlığı üçün son dərəcə əhəmiyyətli bitkidir. Qalxanavari vəzinin xəstəliyi olanlar üçün feyxoanı yemək ve şirəsini içmək çox faydalıdır. Feyxoa həmçinin stenokardiya xəstəliyinin müalicəsinə də kömək edir. C vitamini ilə zəngin olduğu üçün müalicəvi təsiri yüksəkdir. Şəkər, qan təzyiqi, mədə-bağırsaq xəstəliklərinin ən yaxşı əlacıdır. Feyxoa meyvələri və onlardan alınan təzə şirə ateroskleroz, tireotoksokoz və sinqa xəstəliklərinin müalicəsi üçün əhəmiyyətli vasitədir. Ona görə də son illər feyxoanın konservleşdirilmiş şirəsindən daha geniş istifadə edilir. 
Feyxoa özündə 93 mineral maddəni cəmləşdirir, tərkibində zəngin vitaminlərdən ibarət makro və mikro elementlər, alma turşusu da var. Son dövrlərdə də feyxoa yağı müasir kosmetologiyada dəri ilə bağlı problemlərin qarşısını alan ən önəmli vasitə hesab edilir.

Qalxanavari vəzinin xəstəliyi olanlar üçün feyxoanı yemək və şirəsini içmək çox faydalıdır.

Bu zaman 11 kq şəkər və 1 kq feyxoanı ət çəkən maşından keçirmək və şüşə qaba yığıb, feyxoa şirəsini tam buraxana qədər gözləmək lazmdır.

Bundan səhər və axşam 1 xörək qaşığı qəbul etmək, 10 gün qəbul edib 10 gün istirahət etmək məsləhətdir.

Bu meyvə — təbii yodun mənbəyidir. Bu element, qalxanvari vəzin disfunksiyası halında ona çox yaxşı təsir göstərir. Dəmirin, feyxoanın tərkibində su ilə qatışıq halda olması, orqanizm tərəfindən çox yaxşı mənimsənilməsinin təmin edir.

Feyxoanın mineral tərkibi də çox zəngindir. Kaliy, maqniy, dəmir, fosfor, və sink elementləri ilə zəngin olan bu meyvə, orqanizm üçün vacib olan mikroelementlər mənbəyidir.

Vitaminlərə gəldikdə, bu meyvədə insan orqanizmi üçün lazım olan bütün vitaminlər toplanmışdır. Xüsusi ilə C vitamini qeyd edildiyindən, bu meyvə, qrip epidemiyası zamanı yaxşı köməkçi sayılır. Bu məhsulla immun sistemi möhkəmləndirmək mümkündür.

Meyvənin ətinin tərkibində pektin var, o,isə yüngül qarın işlətmə effektinə malikdir. Bu meyvənin həzm sisteminə də xoş təsir etməsindən xəbər verir. Qabığında isə aşılayıcı maddələr vardır. Onu qurudub, əzilmiş halda qarın işləməsi zamanı yeməkdən əvvəl yarım stəkan içmək lazımdır: 1 x/q qurudulmuş və əzilmiş feyxua qabığına, 1 st. qaynar su əlavə etmək.

Meyvənin qabığı, katexin və leykoantosian antioksidantları ilə zəngindir. Onlar orqanizmin cavanlaşmasına səbəb olmaqla bərabər, yeni əmələ gəlmiş şişlərin profilaktikası üçün yaxşı vasitə sayılır. Belə ki, feyxoanın qabığını təmizləmədən yeməyin xeyiri var.

Tərkibində efir yağları, dəmir və vitaminlərin olması, depressiya, əzginlik və güc azlığı kimi hallar üçün, onu əvəzedilməz vasitə edir.

Feyxoa həmçinin, qastrit, ateroskleroz, anemiya və vitamin çatışmazlığı hallarında kömək edə bilir.

 

Feyxoa mürəbbəsi

Tərkibi:

1kq feyxoa

1 kq şəkər tozu

Hazırlanması:

Feyxoalar yuyulur. Başları kəsilir. Ət maşınından keçirilir. Şəkər tozu qatıb qaynayana kimi bişirilir. Nuş olsun!

Xeyirli və ziyanlı xüsusiyyətləri onun tərkib hissəsindən asılıdır. Onun azkalorili meyvə olduğuna baxmayaraq( təxmini olaraq 100 qr — 50 kkal),bu meyvəni çox yedikdə yodun normasının həddən artıq çoxalmasına gətirə bilər.

 

Feyxoa kompotu

Feyxoanın tam yetişmiş iri meyvələri ucu itilənmiş kibrit çöpləri ilə bir neçə yerdən deşilir, soyuq suya tokülür və şəkər tozu əlavə edilib 10 dəqiqə qaynadılır. Bir qədər soyuduqdan sonra bankalara tökülür və işərisində soyuq su olan qazana qoyulur. 85 dərəcə temperaturda qızdırılır. 1 Llitrlik bankalar 15-20 dəqiqə, 3 litrlik balonlar 25-30 dəqiqə strelizə olunur. Sonra bankalar qapaqla kip bağlanır və başıaşağı çevirlib sərin yerdə saxlanılır.

 

Kimlər üçün ziyan ola bilər:

Təkibində yod çox olduğundan, hiperteriozu olan insanlar üçün (qalxanvari vəz funksiyası yüksək olan) təhlükəli ola bilər. Qalxanvari vəzin hiperfunksiyasının ağırlaşmaması üçün feyxoadan, ümumiyyətlə, imtina etmək məsləhətdir.

Yod normadan çox olduqda: yüksək sinir gərginliyi, yorğunluq, ürəkdöyünmə və dəyişən hərarət kimi hallara gətirə bilir.

Bu məhsul, həmçinin şəkər xəstələri üçün əks göstərişlidir. Buna səbəb meyvənin tərkibində saxarozanın çox olmasıdır. Tərkibində pektinin yüksək miqdarda olması bu xüsusiyyəti tarazlaya bilməsi kimi fikirlərin olmasına baxmayaraq, həkimlə məsləhətləşmək yaxşı olardı.

Sonda isə unutmayın ki, bir çox sitrus meyvələrinin allergik reaksiya verə bildiyi kimi, feyxoa da allergiyaya səbəb ola bilər. Bu səbəbdən meyvəni ilk olaraq az yeyin ki, orqanizmin onu necə qəbul etdiyini yoxlaya biləsiniz.

 


Kəmalə Hüseynova
Bu yazıya 2952 dəfə baxılıb.