Axır zamanda fəzilətli olmaq


Fidan Seyfullazədə
Bu yazıya 980 dəfə baxılıb.

Ənəs ibn Malik (r.a) Peyğəmbər (s.ə.s.)in  belə buyurduğunu demişdir: “İnsanlar elə bir zamanda yaşayacaqlar ki, onlardan dininə (riayət etməyə) görə səbir edən qızmar kömürü əlində tutana bənzəyəcək”.

 Peyğəmbər (s.ə.s.) xəbər vermişdir ki, axır zamanda xeyir və onun səbəbləri azalacaq, şər və onun səbəbləri isə çoxalacaqdır. Həmin vaxt insanlardan dinə sarılan çox az olacaqdır. Həmin az qrup insan çətin vəziyyətdə və böyük məşəqqət içində olacaqlar. Bu, kömürü əlində tutana bənzəyəcəkdir. Səbəb isə, qarşı tərəfin qüvvətli təsiri, azdırıcı fitnələr, şəkk-şübhələr, haqdan meyl etmələr, şəhvətlərə uymalar, insanların dünyaya üz tutmaları, ona zahirən və batinən aludə olmaları, imanın zəifləməsi və kömək edənlərin azlığından dolayı tənhalığa qapanmaq olacaqdır.

Lakin dininə sarılan şəxs, bu çətinliklərə müqavimət göstərmək bacarığında olacaqdır. Buna isə, yalnız elm və yəqinlik sahibləri, möhkəm iman əhli, insanların ən fəzilətliləri, Allah qatında ən yüksək dərəcədə olanlar və ən əzəmətli dəyər verilənlər malik olurlar.

Yaşadığımız zaman Peyğəmbərin xəbər verdiyi dövrə necə də oxşayır. İslamdan yalnız onun adı qalmışdır. Qurandan yalnız onun adı qalmışdır. İman zəifləmiş, qəlblər ayrılmış, ölkələr bölünmüş, müsəlmanlar arasında düşmənçiliklər və kin-küdurət baş almışdır. Daxili və xarici düşmənlər zahirdə və gizlidə dinə son qoymaq üçün səylə çalışırlar. Dinsizliyin və materializmin bulanıq axınları və təlatümlü dalğaları özləri ilə qocaları və cavanları aparırlar. İnsanları əxlaqın ən aşağı səviyyəsinə sürütləmək üçün onu korlayan təbliğatlar gedir.

İnsanlar dünyanın bərbəzəyinə elə bir şəkildə yönəlmişlər ki, onu elmlərinin hədəfi və ən ümdə məqsədləri hesab edirlər. Ona görə bir-birindən razı qalır və bir-birinə nifrət edirlər. İnsanları axirət həyatından, ümumiyyətlə, imtina etməyə, bütün diqqəti bu dünyada qərarlaşmağa yönəltməyə, dini dağıtmağa, ona riayət edənləri alçaltmağa, onlara və dinlə bağlı məsələlərə istehza etməyə, şərinə və zərərinə insanların şahid olduğu dinsizlik üzərində qurulmuş mədəniyyətlə fəxr etməyə və öyünməyə dəvət edirlər.

Hal-hazırda olan bütün bu şərlər, təlatümlü dalğalar, insanları bürüyən həyəcanlar, zülmət fitnələr və hələ gələcəkdə baş verəcək daha dəhşətliləri Peyğəmbərin hədisinin doğruluğunu bir daha təsdiqləyir.

Lakin bunlara baxmayaraq, mömin Allahın mərhəmətindən ümidini üzməməlidir. O, yalnız aşkarda olan səbəblərə baxmalı deyil. Əksinə qəlbini bütün bu səbəbləri var edən kəramətli və bəxş edən Allaha yönəltməlidir. Bununla Allah ona sakitlik verər. O, vədinə xilaf olmur. Allah ona çətinlikdən sonra asanlıq və kədərdən sonra sevinc verər. Bu sıxıntıların nə qədər şiddətli olmasına baxmayaraq, ona yüngüllük verilər və narahat edən qorxu çəkilər.

Mömin, belə hallarda aşağıdakı sözləri deyəndir: “Lə həvlə və lə qüvvətə illə billəh”, “Həsbunəllah və niməlvəkil. Aləllahi təvəkkəlnə. Allahummə ləkəl-həmd və ileykəl-muştəki, və əntəl-mustəən, və bikəə-mustəğas. Lə həvlə və lə qüvvətə illə billəhil-aliyyil-azim”.

Mömin bacardığı qədər imana riayət edir, nəsihət verir, dəvət edir və çox olmadıqda azla kifayətlənir. O, şərin yox olmasına və ya heç olmasa azalmasına çalışır. Uca Allah buyurur: “...Kim Allahdan qorxsa, Allah ona (hər çətinlikdən) bir çıxış yolu əta edər... Kim Allaha təvəkkül etsə, (Allah) ona kifayət edər. Allah Öz əmrini yerinə yetirəndir. Allah hər şey üçün bir ölçü (hədd, müddət) təyin etmişdir... Kim Allahdan qorxsa, Allah onun işini (dünya və axirətdə) asan efər.(Talaq, 2-4)

Hər kəs gözəl düşünşün.Gün gələcək o qaranlığ evdə tək qalacağıq. Bizimlə qalacaq ancaq yaxşı əməllərimiz olacaq.

Torpaq İnsanlara Belә Sәslәnir;

EY ADӘMOĞLU!

Üzәrimdә; gәzib dolaşırsan!

İçimdә; hәrәkәt edә bilmәyәcәksәn!

 

Üzәrimdә; günah işlәyirsәn!

İçimdә; hesab verәcәksәn!

 

Üzәrimdә; gülürsәn!

İçimdә; ağlayacaqsan!

 

Üzәrimdә; sevinclisәn!

İçimdә; kәdәrli olacaqsan!

 

Üzәrimdә; mal,mülk toplayırsan!

İçimdә; peşman olacaqsan!

 

Üzәrimdә; haram yeyirsәn!

İçimdә; qurdlar sәni yeyәcәk!

 

Üzәrimdә; hilә edirsәn!

İçimdә; zәlil olacaqsan!

 

Üzәrimdә; işıqda gәzirsәn!

İçimdә; qaranlığa düşәcәksәn!

 

Üzәrimdә; hәrkәslә bәrabәrsәn!

İçimdә; tәk qalacaqsan...


Fidan Seyfullazədə
Bu yazıya 980 dəfə baxılıb.