Borcu Olan Hüzur Tapmaz


Xədicə Şahin
Bu yazıya 899 dəfə baxılıb.

Kazaklarda keçmişdə borc almaq və ya kiməsə borclu olmaq ata da olsa çox ağır bir davranış sayılardı. Hətta deyilir ki, "bir Kazak ölsə belə kimsədən borc almazdı". “Almazdı” deyərək keçmiş zaman şəkilçisindən istifadə etdik. İndi isə vəziyyət bir az dəyişib. Dəyişən şərtlər, sərgilənən lüks həyat, xüsusilə dəbdəbəli toylar, cazibədar kredit reklamları Kazakların əsrlərdir dəyər olaraq gördükləri borclu olmamaq ənənəsini belə yıxmışdır. "Borc igidin qamçısıdır" sözü bu dəyəri yumazkən, reklamlar, bankların cazibədar təklifləri insanlarda igidlik qoymayıb.

Peyğəmbər (s.ə.s.) “Borc, din və şərəfi azaldar”, buyurmuşdur. Borcunu şərəfi kimi bilən axsıkalı bir əminin həyat hekayəsi çox ibrətlidir. 1944-cü il axsıka sürgünündə Qazaxıstana yerləşdirilən axıskalı əmi özünün və ailəsinin ac qalmaması üçün oturduqları yerdən çox uzaqda yaşayan bir Rusdan borc olaraq əkib becərmək üçün kartof alır. Kartofları əkər, böyüdüb məhsulu yığdıqdan sonra qış erkən gələr. Borcuna sadiq əmi qazancına, qışa baxmadan borcunu ödəmək üçün yollara düşər. Borcunu vaxtında yiyəsinə çatdırar. Könül rahatlığı ilə evə dönmək üçün yola çıxar. Mikroavtobusun içində yer qalmadığı üçün üstündə yola çıxmağa məcbur olar və bədəni kəskin soyuğa məğlub olaraq mikroavtobusun üzərində donaraq ölər. İnşallah bu əmimiz həm vətəndən uzaqda, həm də Rusa qarşı müsəlmanın şərəfini qorumaq uğruna qış günündə borcunu ödəmək üçün yollarda canını verdiyi üçün şəhidlik məqamına çatmışdır.

 Borc qul haqqıdır. Peyğəmbər (s.ə.s.) qul haqqına səhabələrin və səhabələrdən sonra gələn bütün möminlərin diqqətini çəkmək üçün borclu halda ölən kimsənin cənazə namazını qılmazdı. Bir səhabə vəfat etdiyi zaman, cənazə namazını qılmaq üçün peyğəmbərimizin hüzuruna gətirdiklərində Rəsulullah (s.ə.s.): "Onun üzərində borc var, yoldaşınızın namazını siz qılın!" buyurdu. Bir səhabə də "(Borc) mənim üzərimə olsun, ey Allahın Rəsulu" dedi. "Sədaqətləmi?" buyurdu. Səhabə "Sədaqətlə!" dedi. Bunun üzərinə cənazənin namazını qıldı" (Tirmizi, Cenaiz 69, hədis nömrə: 1069; Nəsai, Cenaiz 67). Peyğəmbər (s.ə.s.) cənazənin namaz borcu, oruc borcu varmı deyə soruşmur. O ibadətlər qulun özünə aid olan məsuliyyətidir. Borc isə cəmiyyəti maraqlandıran qul haqqı olan bir məsuliyyətdir.

Əvvəllər insanlar “başıma bir iş gəlsə borca düşməyim” deyə öküz, inək, qoyun baxıb böyüdərdilər. Dara düşdükləri zaman qonum-qonşuya əl açmayıb saxladığı davarlarını sataraq çətinlikdən xilas olardılar. İndi isə hər kəsin əlində kredit kartı, dara düşmək bir yana ən kiçik ehtiyac zamanı belə karta güvənib ondan mədət ümid edirlər. O kartlar da insanı ayrı bir borc bataqlığına aparır. Kredit kartı olmayan kəslərin sayı bəlkə də bir əlin barmaqlarının sayını keçməz. Kredit kartı ilə alver edən sanki havayı alırmış kimi əl-qolunu dolduraraq mağazalardan çıxır. Paltarı, ayaqqabısı köhnəlir yenə də borcunun fazi bitmək bilmir. Əvvəlki insanlar üçün kreditlə mal almaq borca düşmək sayıldığı üçün qəbul edilə bilməz bir hadisə idi. Təxminən 75 yaşlarında dünya görmüş bir tanışım uşağına paltar almağa getdiyi mağazada, güvən qazandığı üçün mağazanın sahibi "əmi sənə altı aylıq kredit hazırlayaram, rahat ol" dəyərkən, əmi "al bu nəğd pulu, ondan sonra mən rahatlayaram. Yoxsa 6 ay ərzində rahat ola bilmərəm" cavabını verir.

 Həm də media faiz və borc sözlərini kredit sözüylə əvəz edərək insanları  buna daha da təşviq edir. Borc alan  kimsə həm özünü həm də ətrafını narahat edir. Peyğəmbərimiz hər bir möminə aid olan bu əmri vermişdir: "Güvən içində yaşayarkən borca düşməklə nəfslərinizi narahat etməyin" (Mecmeu'z-Zevaid, K. Büyu' B. Fi'd-Deyn, IV/126).

Peyğəmbərimiz (s.ə.s.) dualarında borcdan və borca düşməyə məcbur edəcək vəziyyətlərdən  daim Allaha sığınmışdır. Bir dəfə “Allahım! Kafirlikdən və borcdan Sənə sığınıram” şəklində dua edərkən bu duanı eşidən səhabə: “Kafirliyi borca bərabərmi edirsiniz ya Rəsulullah?” deyərək soruşmuşdur. Peyğəmbərimiz də: "Bəli (bərabər edirəm)" (Nəsai, 8/264; Mişkətul-Məsabih, hədis nömrə: 2481) buyurmuştur.

 

Qul haqqının əhəmiyyətini bilən insanlar borca düşməkdən qorxmuş, borc aldığı zaman onu ödəməyənə qədər rahat ola bilməmişlər. Hz. Loğman Hakim, (Borc yükü altında əzilməkdənsə, daş daşımağı seçərəm) demişdir.

"Borcdan qaçının; çünki o, gecə kədər, gündüz də zillət vəsiləsidir." (Kutubu Sittə Tərc. və Şərhi, c. 7, s. 179).

Rəbbim, "dünyada qullarının hüzurunda, axirətdə sənin hüzurunda zillətə düşməkdən sənə sığınırıq".

 


Xədicə Şahin
Bu yazıya 899 dəfə baxılıb.