Qüsurları Örtmək


Osman Nuri Topbaş
Bu yazıya 920 dəfə baxılıb.

Rəvayət edildiyinə görə Həzrət İsa (ə.s.), bir gün havarilərindən soruşdu:

"Siz yuxuda olan bir qardaşınızın görünməməli olan yerlərini küləyin açdığını görsəniz nə edərsiniz?"

Havarilər, bu suala heç tərəddüd etmədən: "Dərhal üstünü örtər, bağlayarıq" deyərək cavab

vedilər.

Həzrət İsa (ə.s.) isə, bir nöqtəyə diqqət çəkmək məqsədi ilə, bu sözlərə belə etiraz etdi:

"Xeyr! Bəlkə siz, daha da açar və ayıblarını göz önünə sərərdiniz!"

Havarilər eşitdikləri bu ifadələr qarşısında çox təəccüb edərək: "Heç elə şey olarmı? Heç kim bu

əxlaqsızlığı etməz!" dedilər. Həzrət İsanın (ə.s.) tənbeh mahiyyətindəki bu cavabı isə, çox mənalı və düşündürücü oldu: "Sizdən biriniz, din qardaşı haqqında bir söz eşitdiyi zaman və ya onun bir qüsurunu görərkən, bu gördüklərinə və eşitdiklərinə bir az daha qüsur əlavə edib söyləmirsinizmi?

Baxın bu, yatan bir adamın açılmış olan övrət yerini bir az daha açmaqdan fərqsizdir. Və siz, bunu həmişə edirsiniz!"

 

k k k

 

İnsanların ayıblarını araşdırmamaq, hətta təsadüfən görülən ayıb və qəbahətləri örtmək, hər möminin, bəşəri münasibətlərində diqqət etməli olduğu mühüm bir xüsusdur.

Cənab Haqq, bir kimsənin qüsurunu və gizli hallarını araşdırmağı: "…Təcəssüs etməyin (Bir-birinizin eyibini, sirrini) arayıb axtarmayın, bir-birinizin qeybətini qırmayın!…" (əl-Hücurat, 12) buyurmaq surəti ilə qadağan etmişdir. Peyğəmbərimiz də (s.ə.s.), qüsurları örtməyin fəziləti haqqında belə buyurur:

"Kim bir müsəlmanın ayıb və qüsurunu örtərsə, Allah Təala da o kimsənin ayıb və qüsurunu örtər" (Buxari, Məzalim, 3; Müslim, Birr, 58).

"Kim yoldaşının ayıbını örtərsə, Allah da qiyamət günü onun ayıbını örtər. Kim ki, müsəlman qardaşının ayıbını açarsa, Allah da onun ayıbını açar. Hətta evinin içində belə olsa, onu ayıbı ilə rüsvay edər" (İbn Macə, Hudud, 5). Ayrıca insanların həm şəxsi və ailəvi, həm də digər gizli hallarını araşdıraraq ayıblarını ortaya çıxarmaq, onların ruhən və əxlaq yönündən daha da pozulmasına, hətta mənən həlakına səbəb ola bilər. Çünki qüsurları araşdırılıb ortaya çıxarılan kəslər, artıq ayıblarının hər kəs tərəfindən bilindiyini düşündükcə yavaş-yavaş utanma duyğusunu

da itirərlər. Həyasını itirən bir insan isə, artıq hər şeyi edə bilər. Burada diqqət yetiriləcək xüsus, işlənən qüsurun yalnız həmin adamı, yoxsa bütün cəmiyyəti maraqlandırmasıdır. Çünki

cəmiyyətə zərər vermə ehtimalı olan bir qüsurun açıqlanıb elan edilməsində bir problem yoxdur. Hətta bu, cəmiyyəti qorumaq üçün bir zərurətdir. Lakin cəmiyyətə zərəri olmayan şəxsi qüsurların, yalnız özünə və münasib bir dillə izah edilməsi daha doğrudur. Din qardaşlığı da bunu tələb edir.

Belə ki, Peyğəmbərimiz (s.ə.s.), bir toplumda olan günahkar şəxsi bilsə belə, təhqir olunmaması üçün, onu gizli şəkildə o qüsurdan bütün toplumu qoruyardı. Bəzən də qarşındakının xətasını

onlara yaraşdırmadığını hiss etdirmək məqsədi ilə: "Mənə nə olur ki sizi belə görürəm?" - buyuraraq

qalatı ruyəti (yanlış görməyi) özündən qaynaqlandığını bildirərdi.

Yenə Peyğəmbərimiz birindən xoşagəlməz söz eşitdiyi zaman: "Filankəs niyə belə deyib?" deməzdi. Lakin: "İnsanlara nə olur ki, belə sözlər danışırlar?" buyurardı (Əbu Davud, Ədəb, 5/4788).

Digər tərəfdən insan olaraq hər kəsin xəta və qüsuru vardır. Başqalarının xətaları yerinə öz qüsurları ilə məşğul olan adam, daha faydalı bir iş etmiş olar. Beləcə həm günahlardan xilas olar, həm də xətalarını düzəldərək daha da kamilləşər. Belə ki, Peyğəmbərimiz (s.ə.s.):

"Başqalarının ayıbları ilə məşğul olmayıb öz ayıbları ilə məşğul olan kimsəyə müjdələr olsun!" buyurmuşdur (Əli əl-Müttəki, XV, 865/43444).

Hər kəs öz xətalarının bağışlanılmasını və unudulmasını istər. Səhvin verdiyi utanc iztirabından

xilas olaraq adının təmizə çıxmasının yollarını axtarar. Özü belə düşündüyü halda bir adamın, başqalarını bağışlamayıb qüsurlarını araşdırması çox insafsızca bir davranışdır!

Həzrət Ömər (r.a.), belə kəsləri bu ifadələrlə tənbeh edər: "Mərhəmət etməyənə mərhəmət olunmaz. Qüsurları bağışlamayan kimsənin özü də bağışlanmaz. Bağışlamayan adam bağışlanmaz. Günahlardan qorunmağa çalışmayan kimsə də qorunub təqvaya çatdırılmaz".

Bu hadisə, mömin bir kimsənin, insanlara münasibətinin necə olmalı olduğunu göstərən gözəl bir misaldır: Həzrət İbrahim Ədhəm ilə uzun illər yoldaşlıq etmiş olan bir kimsə vardı. Bir dəfə:

"İllərdir birlikdəyik. Xahiş etsəm, məndə gördüyün və xoşuna gəlməyən şeyləri söyləyərsənmi?" deyərək Həzrət İbrahim Ədhəmdən soruşdu. O isə bu suala, bu mənalı cavabı verdi:

"Mən sənə heç o gözlə baxmamışam ki!"

Şeyx Sədi nə gözəl buyurur: "Bunu bil ki, bu dünyada başqalarının yaxşı yönlərini görənlərin, sabah məhşər günü qüsurlarına görməməzlik olunar. Ey ağıl sahibi! Gül, tikanla birlikdə olar. Sənin

tikanla nə işin var? Gülü dəstələ... Əgər təbiətində daim və yalnız qüsurları görmək varsa, tovuz quşunda çirkin səs və ayaqdan başqa bir şey görməzsən". Belə ki, "Səttarul-uyub" olan Allah Təalanın, biz qullarının saysız qüsur və xətalarını örtüb bağışladığı kimi, bizlər də bağışlayıcı və qüsurları örtən olmalıyıq. Çünki qəlblərində Allah Təalanın söhbətini daşıyanlar, bağışlamağı və qüsurları örtməyi də sevərlər. Biz, Allahın qullarını bağışlayaq ki, O da ən çox möhtac olduğumuz

bir gündə bizi bağışlasın. Çünki Cənabı Haqq, ayəyi-kərimədə qullarından belə soruşur:

"…Allahın sizi bağışlamasını istəməzsinizmi?.."

(Ən-Nur, 22)

Cənab Haqq bizə, qiyamət günü ilahi əfvə məzhər olan saleh qulları zümrəsinə daxil olmağı nəsib etsin …

Amin!..

Qeydlər: 1) Buxari, Mənaqib, 25; Müslüm, Salat, 119.


Osman Nuri Topbaş
Bu yazıya 920 dəfə baxılıb.