Səmavi Kitablar


Samirə Mahmudova
Bu yazıya 1140 dəfə baxılıb.

Allah Təalanın insanları irşad etmələri üçün göndərdiyi peyğəmbərlərə, insanlığa təbliğ etmək üçün endirdiyi kitablar səmavi kitablardır. Səmavi kitablara eyni zamanda "ilahi kitablar" və ya "Kütubi Münəzzələ"də deyilir. Bu kitablar söz və məna etibarilə Allahın kəlamıdır. Allah tərəfindən peyğəmbərlərinə təbliğ edib, açıqlasınlar deyə göndərilən kitablar; ya suhuf (səhifələr) və ya elvah (lövhələr) içində yazılı olaraq və yaxud da vəhy növlərinin hər cürü ilə söz və mənaları ilə birlikdə müdəvvən (bir araya toplanmış) və ya müdəvvən olmayaraq göndərilib. Müdəvvən olmayanlar, göndərilən peyğəmbərlərin bildirdiyi şəkildə yazdırılaraq birləşdirilir.

Səmavi kitablar; həcm etibarilə istər böyük, istər kiçik olsun, tərtib edilmiş ya da tərtib edilmədən endirilsin, göndərildiyi peyğəmbərin içində olduğu millətin dilində olur. Çünki Allah hər millətə müxtəlif əsrlərdə bir peyğəmbər göndərmişdir. Heç bir millət yoxdur ki, onların içində Allahın əzabı ilə qorxudan bir peyğəmbər gəlib keçməsin" (əl-Fatır, 35/24); "Və li-külli ümmətin rəsul..." (Yunus, 10/47); "Biz hər peyğəmbəri, özlərinə yaxşıca açıqlasın deyə tək öz qövmünün diliylə göndərdik..." (İbrahim, 14/4). İlahi kitabların bəzilərində icaz (az sözlə çox şey anlatma) xüsusiyyətləri vardır. Qurani-Kərim isə bir çox icaz xüsusiyyətlərini ehtiva edir.

Səmavi Kitab, Hz. İbrahimə səhifələrdə, Hz. Musaya elvah (lövhələr) üzərində yazılı olaraq endirilmişdir. Həzrət Məhəmməd Mustafaya (s.ə.s.) Qurani-Kərim tədricən müxtəlif vəhy şəkilləri ilə sözlər, cümlələr şəklidə endirilmiş, Hz. Peyğəmbər (s.ə.s.) də bunları sırasına uyğun olaraq vəhy katiblərinə yazdırmışdı.

Səmavi kitablar Qurani-Kərimdə Zəburun çoxluğu olan "Zubur" şəklində də zikr edilmişdir. Zəbur; yazı və ya kitab deməkdir: "Yoxsa sizin üçün zəburlarda (kitablarda) bir bəraətmi var" (əl-Qəmər, 54/43).

Səmavi Kitabların hamısı bu nöqtələri zikr etmədə ittifaq etmişlər:

1- İman və Tövhidin əsaslarını bildirmədə birləşərlər.

2- Allah Təala, şəxs və sifətlərində təkdir. O, yeganə Xaliq (Yaradıcı) və təsirlidir. Allahdan başqasına ibadət edilməz.

3- Namaz, Zəkat, Oruc kimi ibadət əslləri. Bunların şəkilləri dəyişik ola bilər (əl-Ənbiya, 21/73; əl-Bəqərə, 2/183).

4- Zina, adam öldürmə, oğurluq kimi ismət, namus, can və mal haqqlarına təcavüz haram və böyük günahdır.

5- Bütün xeyrlər və gözəl əxlaq əsasları əmr edilər.

6- Hz. Məhəmmədin (s.ə.s) Allahın Rəsulu olaraq gələcəyini və sifətlərini xəbər verərlər.

7- Allah yolunda can və mal ilə cihada təşviq etməkdədirlər.

Uca Allah, əvvəlki kitablarda endirdiyi əsas və məlumatların bir çoxunu Qurani- Kərimdə endirmişdir. əl-Maidə surəsinin 48-ci ayəsi bu xüsusa işarə edir: (Ya Məhəmməd), sənə də özündən əvvəlki kitabları təsdiqedici və onlar üzərinə bir idarəçi (müşahidəedici) olmaq üzrə bu kitabı endirdik. O halda onlar arasında Allahın endirdiyi ilə hökm et". O halda Qurani-Kərim özündən əvvəl endirilən kitabların dəyişdirilmədən gələn qisimləri ilə təhrif edilərək batil qarışdırılmış qisim və ayələri üzərində bir şahid və bir idarəçi və mihənk (təcrübə) daşıdır.

Qurani-Kərim özündə bildirilən həqiqətlərin əvvəlki ilahi kitablarda da endirildiyini söyləmişdir: “Şübhəsiz ki, bu (Quran) aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir! Onu Cəbrail (Ruhuləmin) endirdi: (Günahkarları Allahın əzabı ilə) qorxudan (xəbərdar edən) peyğəmbərlərdən olasan deyə, sənin qəlbinə (nazil etdi); Özü də açıq-aydın ərəb dilinə. Həqiqətən, o (Quranın nazil olacağı xəbəri, mənası və hökmləri; Peyğəmbərin vəsfi), əvvəlkilərin (keçmiş peyğəmbərlərin) kitablarından mövcuddur. (Əş-Şüəra, 192-196)

Endirilən Səmavi Kitabların ədədlərini qəti olaraq bilmirik.

Əbu İdris el-Havlaninin Əbu Zərdən rəvayət etdiyi bir hədisində Peyğəmbərimiz, Uca Allahın Hz. Adəmə 10 səhifə, Hz. Şitə 50 səhifə, Hz. İdrisə 30 səhifə, Hz. İbrahimə 10 səhifə; ayrıca Tövrat, Zəbur, İncil və Quranı endirdiyini bəyan etmişdir. Hz.

İbrahimə və Tövrat endirilmədən əvvəl Hz. Musaya suhufun (səhifələrin) endirildiyi, Quranda bildirilir (ən-Nəcm, 53/37-54; əl-Alə, 87/19). Yenə Qurani-Kərimdə Hz. Musaya Tövratın endirildiyi (əl-İsra, 17/2; əl-Maidə, 5/44); Hz. Davuda Zəburun (ən -Nisa, 4/163) və Hz. İsaya da İncilin endirildiyi (əl-Maidə, 5/46, 110) ifadə edilmişdir.

Xatəmul-Ənbiya Hz. Məhəmmədə (s.ə.s) Qurani-Kərim endirilmişdir.

a) Quran endirilən səmavi kitabların sonuncusudur.

b) Qurani-Kərimin Allahın Kəlamı olduğu gerçəyi, ağlı və nəqli dəlillərlə sabitdir. Çünki Quran ləfzi və mənəvi müxtəlif icaz istiqamətləri ilə böyük bir möcüzədir. Qiyamətə qədər insanlar tərəfindən bir bənzəri gətirilə bilməz. Şəxsən Quranın ayələri ilə də Allah qatından gəldiyi sabitdir. Rəsulullahdan etibarən zəmanəmizə qədər gəlmişdir:

c) Quranda heç bir gerçəyə və elmi həqiqətə tərs olan bir söz yoxdur.

Nə öncə, nə də sonra batil ona yol tapa bilməz (Şeytan onun bir sözünü, bir hərfini belə dəyişə bilməz). O, hikmət sahibi, şükrə (tərifə) layiq olan (bütün işləri bəyənilən Allah) tərəfindən nazil edilmişdir (Fussilət, 41/42).

d) Quran, Allah Təalanın mühafizə etməsi ilə hər cür təhrifdən, qısaldılıb azaldılmaqdan qorunmuşdur:

"Şübhəsiz Quranı biz endirdik və əlbəttə, onu biz qoruyacağıq" (əl-Hicr, 13/9).

Səmavi kitabların hamısına iman etmək, imanın şərtlərindəndir. Müsəlmanlar, Uca Allahın peyğəmbərlərinə vəhy etdiyi səmavi kitabların hamısına iman etməklə mükəlləfdirlər: "Və de ki, Allahın endirdiyi hər bir kitaba iman etdim" (əş-Şura, 42/15); "Ey iman edənlər! Allaha və Rəsuluna və ona endirdiyi kitaba və əvvəldən endirdiyi kitablara iman edin. Kim, Allahı və mələklərini və kitablarını və peyğəmbərlərini və Axirət gününü inkar etsə Haqqdan uzaq bir pozğunluqla sapmış və ayrılmış olar" (ən-Nisa, 4/136). Endirilən kitabların hamısına iman, peyğəmbərlərə imanın bir gərəyidir. Quranın Allah tərəfindən vəhy edildiyini təsdiq etmək necə fərz isə, keçmiş peyğəmbərlərə vəhy edilib inzal edilən -istər suhuf, istər

kitab halında olsun- kitabların hamısına iman etmək də fərzdir. İlahi Kitabların hamısı əslində Allah qatındandır. Qurana iman etmək məfhumu səmavi kitabların hamısına iman etmək deməkdir. Qurani Kərimin xəbər verdiyi kitablardan birini inkar etmək küfrdür.

İman edilməsi fərz olan səmavi kitablarda iki şərt vardır:

a) Allah tərəfindən göndərilən peyğəmbərə endirildiyi kimi söz və mənalarının mühafizə edilməli. Bu da ilahi kitabın sözlərinin heç dəyişdirilmədən eynilə endirildiyi kimi mühafizə edilməli və toplanmalı olduğunu göstərir.

b) Səmavi kitabın eynilə yazılan və ya toplanan mətnlərinin zamanımıza qədər eynilə gəlməsi şərtdir.

Əslində Allah tərəfindən endirilən bu iki şərti olmayan kitablar, ilahilik və səmavilik xüsusiyyətini itirər. Əslində ilahi vəhyə söykənən və bu gün əldə olan Əhdi Cəld və Əhdi Cədid adları ilə xatırlanan kitablara bu iki xüsusiyyət baxımından bir nəzər salacaq olsaq bu nəticələrə çatarıq: Əhli Kitabdan və başqalarından olan elmi araşdırıcılar, bu kitabların heç birinin muttasıl (əskiksiz) və səhih sənədlə peyğəmbərə və ya peyğəmbərin səhabələrinə söykənən bir sənəd və sübutun olmadığını isbat edirlər. Kitabi Müqəddəs deyilən Əhdi Cəhd və Əhdi Cədidin zamanımıza qədər gəlməsi bir yana, bunların nisbət edildiyi peyğəmbərlərə çatan zəif bir sənədi belə yoxdur. Bu kitablarda bir-birləri ilə açıqca ziddiyyət təşkil edən və şərh edilməsi mümkün olmayan bir çox sözlərə rast gəlinir. Bu kitablarda Tövhid əqidəsi və ilahi vəhy əsəri ilə uyğun gəlməyən bir sıra səhvlərlə yanaşı, qətiliklə sabit olan elmi gerçəklərə tərs düşən batillər mövcuddur. Dinən və əqlən bilməliyik ki, Peyğəmbərlərin Allahdan təbliğ etdiyi sözlərdə və kitablarda heç bir şəkildə Allahın vəhdaniyyətinə və elmi gerçəklərə tərs olan bir xüsus olmaz və əsla heç bir batil və səhv görülməz.

Tarixən bilinən bir gerçəkdir ki, müqəddəsi kitabı yəhudi və xristian keşişləri təhrif etmişlər. Qurani-Kərimdə bunların təhrif edildiyi bildirilir (əl-Bəqərə, 2/79; əl-Maidə, 5/13-15).

Həmçinin müqəddəs kitabda təhrif edilmədən Allahın endirdiklərindən qalanlar, əslində səmavi olan kitabların məzmunlarına uyğundur və doğru da olur. Həzrət Peyğəmbərin sifətlərinin bir çoxu kimi.

O halda, bu gün əldə olan Əhdi Atik və Əhdi Cədidi -insanların onlar üzərində etdikləri təhriflərə qatılmamaq üçün- nə hamısını təsdiq, nə də təkzib edirik. Bunlar haqqında təvakkuf (dayanma) edər və susarıq və "Allahın endirdiyi Tövrat, Zəbur, İncil və digər bütün kitablara iman etdik" deyərik. Əbu Hüreyrənin (r.a.) belə dediyi rəvayət olunur: "Əhli Kitab olan yəhudilər, Tövratı ibranicə mətni ilə oxuyarlar, ərəbcə də müsəlmanlara açıqlayardılar. Bu mövzuda Rəsulullah (s.ə.s.) səhabələrinə, "Siz Əhli kitabın sözlərini nə təsdiq edin, nə də təkzib edin və belə dəyin: Biz Allaha, bizə və sizə endirilənə iman etdik" (Buxari, İTiysəm, 25) demiş və daha sonra əl-Bəqərə surəsinin 136-cı ayəsini oxumuşdur: "Deyin ki, biz Allaha, bizə endirilənə, İbrahim, İsmayıl, İshak, Yaqub və nəvələrinə endirilənlərə, Musa və İsaya və digər bütün peyğəmbərlərə Rəbbləri tərəfindən verilənlərə iman etdik. Bunlardan heç biri arasında ayrım etmərik. Biz Allaha təslim olanlarıq" (əl-Bəqərə, 2/136).

İnsanlar, özlərinə Allahın ehkamını təbliğ edən peyğəmbərlərə möhtac olduqları kimi, onlara endirilən səmavi kitablara da bu baxımdan möhtacdırlar:

1. Peyğəmbərlərə endirilən səmavi kitablar, aradan nə qədər zaman keçsə də, ümmətlərin dinin əqaidini, qanun, məqsəd və ehkamını tanıma və təsvir etmədə müraciət etdikləri qaynaqdır. Ümmətlər, Allahın şəriətinin hökmlərini tanımada, Allahın əmr etdiyi fərzləri və nəhy etdiyi haramları şərhdə, fəzilət və gözəl əxlaqı, ədəb və tərbiyə qaydalarını, Allahın xəbərdarlıqlarını, vədini bəyan edib insanları doğru yola çağırmaqda və öyüd alıb, öyüd verməkdə Allahın kitabına üz tutacaqlar.

2. Peyğəmbərin vəfatından sonra ona vəhy edilmiş olan ilahi kitab, insanların ixtilaf etdikləri hər bir məsələdə müraciət edəcəkləri ədalətli bir hakimdir. Çünki bu, ən ədalətli və ən yaxşı hakim olan Allahın kəlamıdır. Uca Allah bu xüsusu belə ifadə edir: İnsanlar (Hz. Adəm zamanında) tək bir ümmət idi. Bunun ardınca Allah

onlara müjdələyən və qorxudan peyğəmbərlər göndərdi. Onlarla birlikdə insanlar arasında ixtilaf etdikləri şeylərdə hökm etmək üçün haqq və gerçək olan kitablar endirdi... (əl-Bəqərə, 2/213).

Bir ümmət arasında endirilən və yazılmış olan kitab, tövhid əsaslarını və dinin əqaid, ədəb və ehkamını qoruyar. Ümmət içində bir səmavi kitabın dəyişdirilmədən qalması, aralarında yaşayan peyğəmbərin olması deməkdir. Digər insanlar kimi peyğəmbərlər də ölərlər. Peyğəmbərlərin ölümündən sonra səmavi kitabın hökmü olmasaydı, insanlar doğru yoldan uzaqlaşardılar. İnsanların təbiəti, nəfs və həvəslərinin arxasınca sürünmələrinin azaldılması, dini anlayış və ictihadlarda (elmi görüş, inanc) ixtilafların dayandırılması üçün yazılı bir ilahi kitab olması vacibdir.

İlahi Kitab, nazil olduğu yerdən və zamandan nə qədər uzaqlaşılsa da, dinin yayılması və insanların irşad edilməsində peyğəmbərin dəvətinin təsir və qabiliyyətini daşıyar. Son Peyğəmbər Hz. Məhəmmədin (s.ə.s) təbliğ etdiyi universal İslamın yayılması və qəbul etdirilməsində Qurani-Kərimin çox böyük təsir və xidmətləri olmuşdur.

Allah Təala, bu və digər səbəblərlə peyğəmbərlərinə kitablar endirmişdir. Onlar da bunları təbliğ edib açıqlamışlar. Hz. Peyğəmbər (s.ə.s), arxasında insanlıq üçün bir nur və hidayət rəhbəri olan Qurani-Kərimi qoymuşdur.

 

 

Yazıda Muhiddin Bağçecinin əsərindən istifadə olunmuşdur.


Samirə Mahmudova
Bu yazıya 1140 dəfə baxılıb.