Söyən uşaqlara 6 təklif


Bizim Ailədən
Bu yazıya 747 dəfə baxılıb.

6 yaşındakı uşaqlığınıza qayıdın. Öldürücü bir baxışla baxırsınız və yenidən soruşursunuz, “Nə dedin sən?” Kəlməni gününüz xeyirli olsun deyirmiş kimi təbii və sakit halda təkrarlayır. 6 yaşındakı uşağınız belə küfr edir! Bu həssas vəziyyətdə nə edəcəksiniz? Uşağınızı pis sözlər söyləməkdən daşındırmağın bir neçə yolu var. Budur sizə başlanğıc üçün bir neçə təklif:

1. Qaynağı təsbit edin.

Uşağınızın istifadə etdiyi pis kəlmələri kimdən öyrəndiyini (ailənin yaşlı bir üzvü, bir dost, bir televizor kanalı və s. ola bilər) təsbit edin. Kiçik uşaqlar çox gözəl təqlid etməyi bacarırılar. Daima təmas halında olduqları insanlardan uyğunsuz sözlər eşidirlərsə, bu insanların o sözləri söyləməmələri üçün davamlı mücadilə aparmalıyıq. Uşağınızın pis sözləri çevrəsindən öyrəndiyini təsbit etmizinizsə, onlarla əlaqəsini məhdudlaşdırmağa çalışın və bu insanlarla əlaqəsindən narahat olduğunuzu dilə gətirin.

2. Açıqlayın

Uşağınıza söylədiyi sözlərin gözəl sözlər olmadığını, Müsəlman olduğumuzu və Müsəlmanların nəzakətli sözlər işlətməsi lazım olduğunu açıqlayın. Ona Peyğəmbərimizin (s.ə.s.) bu hədisini öyrədin: “Allaha və axirət gününə inanan insan ya xeyirli danışsın, ya da sussun”. Uşağınıza bu hədisi sadəcə pis sözlər söyləyəndə deyil, hər zaman söyləyin. Dostlarına və bacı-qardaşına pis ləqəblər qoşduğu zaman da bu hədisi dilə gətirin. Bundan başqa bu ayə cəmiyyətimiz üçün inanılmaz bir xatırlatmadır: “Ey iman gətirənlər! Bir qövm digərini lağa qoymasın. Ola bilsin ki, onlar (lağa qoyulanlar) o birilərindən (lağa qoyanlardan Allah yanında) daha yaxşı olsunlar. Qadınlar da bir-birinə (rişxənd eləməsinlər). Bəlkə, onlar (rişxənd olunanlar) o birilərindən (rişxənd edənlərdən) daha yaxşıdırlar. Bir-birinizə tənə etməyin (ayıb tutmayın) və bir-birinizi pis ləqəblərlə (ey kafir, ey fasiq, ey münafiq və i. a.) çağırmayın. İman gətirdikdən sonra fasiq adını qazanmaq necə də pisdir. Məhz tövbə etməyənlər zalımlardır! (Özlərinə zülm edənlərdir!) (Hucurat, 11)

3.Variantlar təqdim edin

Uşağınız uyğunsuz sözlər dedikdə ona başqa variantlar təqdim edin. “Cəmildən nifrət edirəm” demək yerinə “Cəmil məni əsəbləşdirir” deməyini təklif edin. Uşaqlar yeni kəlmələr öyrənməkdən zövq alırlar.

4. Təqdir edin

Uşağınızdan nəzakətli kəlmələr eşitdiyinizdə bu davranışını tərifləyin. Uşaqlarınızın xoş sözlər söylədiyi üçün məmnun olduğunuzu göstərməyin bir yolu da təşviq cədvəli düzəltməkdir. Çirkin sözlər yerinə gözəl sözlər söylədiyində cədvələ bir ulduz qoyduğunuz sadə bir sistem hazırlaya bilərsiniz. 10 ulduz olduğunda ona xüsusi bir

hədiyyə verin. Təşviq cədvəli inanılmaz bir şəkildə işə yarayır. Uşağınızın gözəl nitqini ona bildirmək, gələcəkdə istifadə edəcəyi uyğun sözlər üçün ona cəsarət verəcəkdir, inşallah. “Məgər Allahın necə bir məsəl çəkdiyini görmürsənmi? Xoş bir söz (la ilahə illallah, Muhəmmədun rəsulullah) kökü yerdə möhkəm olub budaqları göyə ucalan gözəl bir ağac (xurma ağacı) kimidir” (İbrahim, 24)

5. Görməzdən gəlin

Əgər sözləri şişirdiləcək dərəcədə ayıb deyilsə, istifadə etdiyi uyğunsuz sözləri görməzdən gəlməyə çalışın. Axmaq, dəli kimi sözlər gözəl sözlər olmamasına baxmayaraq küfr də sayılmaz. İstifadə etdiyi hər sözə reaksiya vermək mənfi davranışının artmasına səbəb ola biləcəyi üçün təklif edilmir.

6. Örnək olun

İnsanlarla ünsiyyət edərkən xoş və sevimli sözlər işlədin. Ağzınızdan çıxan nəzakətli sözləri uşağınızın da eşitməsini təmin edin. Uşağınızın dilini tərbiyə edəcək ən işə yarayan yol budur. (Ya Rəsulum!) Bəndələrimə de: “(Danışdıqları zaman “la ilahə illallah; yərhəmukəllah; yəğfiru ləkəllah” kimi) gözəl sözlər söyləsinlər (və ya müşrikləri imana dəvət edərkən onlarla xoş danışsınlar!)” Şeytan onların arasına fitnə-fəsad sala bilər. Həqiqətən, Şeytan insanın açıq-aşkar düşmənidir! (İsra, 53) Müsəlman insanların əlindən və dilindən əmin olduqları kimsədir. (Tirmizi, İman, 12; Nəsai, İman, 8). Qiyamət günü (onlar dünyada qazandıqları günahlarını dandıqda) dilləri, əlləri və ayaqları etdikləri əməllər barəsində onların əleyhinə şəhadət verəcəkdir (Nur, 24) Allah bizi dünyada və axirətdə utandırmasın.


Bizim Ailədən
Bu yazıya 747 dəfə baxılıb.