Astanadan Bişkekə yay kursu həyəcanı


Xədicə Şahin
Bu yazıya 868 dəfə baxılıb.

Orta Asiyanın ən müasir şəhərlərindən biri Qazaxıstanın yeni paytaxtı Astana şəhəridir. Türk dövlətlərinin Sovetlər zamanında tikilmiş standart beş mərtəbəli binalarına gözümüz alışmışkən bu şəhər müasir binalarıyla diqqətimizi çəkir. Şəhərin gözəlliyiylə nə qədər ovsunlansaq da insanların istehsalı olan süni binalar bir müddətdən sonra ruhumuzu sıxmağa başlayır. Şəhərin mərkəzinə gəldiyimizdə gözümüzü və könlümüzü böyüklüyü və gözəlliyiylə qamaşdıran Həzrəti Sultan məscidi heybətli bir şəkildə qarşımıza çıxır. 10000 nəfərin namaz qıla biləcəyi böyüklükdə olub, təmizliyiylə, nizamıyla Müsəlmanlara yaraşan gözəl bir məsciddir. İnsan içərisinə daxil olduğu zaman hüzur tapır. İçərisi yaşlılardan çox gənclərlə doludur. Yay tətili olunca alt mərtəbə oğlanların, üst mərtəbə isə qız uşaqların səsləriylə, qaçışlarıyla bəzənir. Bu hal bizə məscidin xarici gözəlliyindən daha çox təsir edir.

Gəzintimizin ikinci günü yenə Astanada olan Nur Astana məscidindəyik. İçəridə qarşılaşdığımız mənzərə daha da gözəl idi. Dərhal məscidin yanındakı Quran kursunda oxuyan tələbələr ətrafına 15-20 nəfərlik uşaqlar toplaşmış, kiçik könülləri əlif ba, dua təlimləriylə coşdururdular. Məscidin içinin və bağçasının qaçıb oynayan uşaqlarla dolu olduğunu görüncə Astanadan xoş hisslərlə ayrılırıq.

Məkanımız olan Bişkək şəhərinə gəldiyimiz zaman yaşıl yollarının və qarlı dağlarının gözəlliyi üçün darıxdığımızı fərq edirik. Bişkək Qız quran kursunda da ilk yay kursu təşkilinin həyəcanını yaşayırıq. Hər yaşdan və millətdən olan şagirdlər Qurani-Kərimi, unutduqları islamı öyrənmək məqsədilə kursda toplanmışdı.

Hərbidə çalışan bir zabit qadın kursun binasının qarşısından keçərkən, maraqlanıb içəri girdiyi zaman buranın kurs olduğunu öyrənmiş və yay kursuna yazılmağa gəlmişdi. "Nə olar məni də kursa yatılı olaraq alın, dinimi öyrənmək üçün bir neçə aylığına işimi, hər şeyi buraxaram" deyirdi. Gələnlərin gözəl niyyətləri həyəcanımızı və çiyinlərimizdəki yükü artırırdı. Rus, Qırğız, Türk dilləri ilə siniflər hazırlanmışdı. Müəllim və şagirdlər, hər kəs maraqla ilk zəngi gözləyirdi.

Başqa bir qadın iş anlaşması edib, bir gün sonra işə başlayacaqkən kursun qarşısından keçərkən yaz kursu olduğunu öyrənmişdi. Anasına zəng vurub "İşə gedim, yoxsa kursda təhsil alım?" deyə soruşduqda, anası "qızım mən çox gec yaşda namaza başladım, sən gənc yaşda başla. İşi hər vaxt taparsan, kursa yazıl" demişdi. Dünya və axirətlə qarşı-qarşıya gəlindiyi zaman axirəti seçmək necə böyük şərəfdir.

Uşaqlar, gənc qızlar, orta yaşda qadınlar sinifləri dolduraraq ilk zənglə uzun illər davam edəcək olan yay kursumuz başlayır. İlk dərsdə hər sinifdən kəliməyi şəhadət və salavat səsləri

yüksəlirdi. İlk gün kursdakı müəllimlər kimi kursun divarlarından bağçasındakı ağaca, gülə qədər hər əşya başqa bir havaya bürünmüşdü. Artıq ilk həftə yemək duası əzbərlənmiş, yeməkxanada siniflər qruplar şəklində yemək duasını oxuyurdular. Susuz insanın suyu doya-doya içməsi kimi elmi almağa çalışırdılar.

On bir ayın sultanı Ramazan yay kursundaykən bizi ziyarət etdi. Kiçiklər oruc tuta bilməz deyərkən uzun və isti günlərə baxmayaraq hər kəs oruc tutdu. Çoxunun ilk orucu idi. İlk axşam bağçaya həsirlər sərilib, kiçik, böyük hər kəs təravih üçün saf bağladı. Bu mənzərə camaatla ibadətin insana ayrı bir həyəcan və dad verdiyinin göstəricisi idi.

Otuz gün boyunca Qırğız, Axıska türkü və Türkiyədən gələn bacılarımız kursumuzda iftar süfrəsi açdılar. İftar verən qonaqlarımız kursumuzu ziyarət etdikləri zaman "bizdə burada oxusaq yer olarmı?" deyərək məmnuniyyətlərini göstərdilər. Toplu oxunan yemək duaları və oxunan aşrı şəriflər qonaqlarımıza fərqli anlar yaşatdı. Bəlkə çoxu belə bir mühiti ilk dəfə görmüşdü. Üzlərindəki təbəssüm yaşadıqları gözəlliyi xaricə əks etdirirdi.

Kursa yaxın küçələrdən keçərkən oynayan uşaqları gördüyümüzdə "bunlardan da məsuluq" deyərək Hüdayi kursunda, uşaq akademiyasında təhsil almış müəllim xanımları kursa dəvət edərək uşaqlara yönəlmiş fəaliyyət başlatdıq. Uşaqlar ilk gündən dərsləri o qədər çox sevdilər ki, ikinci gün dərs saatından xeyli əvvəl kursa gəlmişdilər. Hər gün yanlarında yeni bir uşaqla gəlirdilər. Analar çox məmnun idi. "Uşağım daim buradan bəhs edir. Nə öyrənsə bizə də danışır" deyirdilər. Kursumuz yalnız böyük yaşdakı şagirdləriylə qalmayıb, dörd yaş və daha böyük şagirdlərinə də qovuşmuşdu.

Yay kursunun sonunda şagirdlərə "yaz kursu sizin həyatınızda nə kimi dəyişikliklər etdi?" sualını yönəltdiyimizdə verdikləri cavablar bizi xoşbəxt etdi. Kimisi "burada mərhəməti öyrəndim", dedi. Kimisi "müəllimlərimin səbri və mülayimliyi mənə çox yaxşı təsir etdi", dedi. Kimisi "dinə olan marağım artdı, artıq dinimi çox gözəl araşdıracağam", dedi. Kimisi "axirətə inancım yarandı" dedi. Bu cavab bizi də təsirləndirdi. Orta Asiyada qarşılaşdığımız çox adam "Kudayım (Allahım)" deyir. Lakin Allah inancı kimi axirət inancını çoxunda görə bilməzsiniz. "Sənin tanrının bu çürümüş sümüklərimi təkrar dirildəcəyinə inanırsan?" deyən Übey ibn Xələf kimi "İnsan öldükdən sonra necə dirildilir?" deyirlər.

İlk çalınan zəng hər kəsdə həyəcan yaratmışdı. Bir aylıq kimi qısa zamanda şagirdlər o qədər kursa bağlanmışdılar ki, son zənglə gözyaşlarına mane ola bilmədilər.

Rəbbimdən duamız odur ki, ilk yay kursumuz illərcə davam edəcək yay kurslarının təməli olsun. Minlərlə insanın yolu bu gözəl təhsil yuvasından keçsin.


Xədicə Şahin
Bu yazıya 868 dəfə baxılıb.