İlk mesaj: "Oxu!"


Gülnarə Seyidova
Bu yazıya 756 dəfə baxılıb.

Bütün dövrlərin və bütün millətlərin kitabı olan Qurani Kərimin yer üzünə enən ilk ayəsi “Oxu! Allahın adı ilə oxu!” (Ələq, 1-2) olmuşdur. Allah Təalanın insanlara bu surə ilə verdiyi mesaj çox sadə və aydındır. Yəni, Qurani Kərimdən başlayaraq bütün faydalı elmləri oxumalıdır insan. Özünü, insanları, bütün kainatı dərk etmək üçün oxumalıdır insan.

Oxumağın insana və cəmiyyətə qazandırdığı uğurlarla yanaşı psixoloji faydaları da çox əhəmiyyətlidir. Bunlardan ən önəmlisi isə kitab oxuyaraq zəkamızı qoruya bilərik.

Beyin toxumasının ana hüceyrələri olan "neyronlar"ın, istifadə edilmədiyində yəni kitab oxumayaraq, məlumaq almadığımız zaman məhv olma təhlükəsi var. Ən vacib orqanımız olan beynimizin, xüsusilə şüurlu idarəsini təmin edən və bütün zehin və duyğu fəaliyyətlərimizin mərkəzi olan baş-beyni meydana gətirən hüceyrələr, məlumat və təfəkkürlə daim bəslənməyə möhtacdır.

"Demans"ı yəni “ağlını itirmə” xəstəliyini gecikdirən ya da heç olmamasını təmin edən bir nömrəli dərman oxumaqdır. Yəni "oxumaq, anlamaq və düşünmək". Mütəxəssislər qeyd edirlər ki, beyni, onun hüceyrələrini, oxumaq və düşünməkdən daha çox işlədən və bununla qoruyan başqa bir yol mövcud deyil. 20 yaşdan etibarən, hər gün təxminən 50 - 100 min qədərində sinir hüceyrəsini itirməmək üçün tək tədbir oxumaqdır!

Əgər insan, beyin hüceyrələrinin bu cür məhvinin qarşısını almaq üçün oxumağa və təfəkkürə vaxt ayırmazsa, ölən sinir hüceyrələri nisbətində zehni qabiliyyətindən hər keçən gün bir az daha itirəcək deməkdir. Və nəticədə gedərək yaddaş zəifliyi, diqqət dağınıqlığı, unutqanlıq, zəka geriliyi görünəcəkdir.

Oxuyan insan beynini təbii yolla bu böyük təhlükədən qoruma imkanını əldə edir.

İslam Peyğəmbərinin (s.ə.s.) bu sözü 14 əsr əvvəl deməsi boş yerə deyildi:

"Allah Təala (verdiyi) elmi, qullarının yaddaşlarından silməklə almaz.." (Hədis-i Şərif (122) Riyazü's-Salihin).

Elm sahibinin yaddaşı silinməyəcək demək, təhsilli insan ağlını itirməyəcək deməkdir. Müasir elmdə də bu ifadə öz təsdiqini tapşımdır. Mövcud olan xəstəlik və səbəb: siqaret, spirt, narkotik istifadəsi, bəzi beyin xəstəlikləri istisna olmaqla, beynini elmlə bəsləyən kimsə, sırf yaşlılıqdan ötəri ağlını itirməyəcək, demans dediyimiz xəstəlikdən qorunmuş olacaq. Heç bir dərmanın təmin edə bilməyəcəyi bir nəticədir bu! Bunu Allah Elçisi əsrlər əvvəl bilmiş və insanları xəbərdar etmişdir!

Daim oxuyan, məlumat əldə edən, düşünən kimsənin yaddaşı silinməyəcəksə, zehni funksiyaları diri olacaq; məlumat, insandan silinib alınmayacaqsa yaddaşı, ağlı, şüuru yerində qalacaq deməkdir. Bu eyni zamanda bir müjdə sayılmalıdır.

Mövcud olan zəkamızı qorumazsaq idrak, yaddaş, diqqət, mühakimə, duyğulanma və iradə kimi ağıl bacarıqları yəni tək söz ilə ağlımız, lazımlı məlumatlar olmadan kafi dərəcədə iş görə bilməz. Sahibini qoruya bilməz. Özümüzün və ətrafımızın fərqində olma ya da bir məkanda və zamanda yaşadığımızı bilmə mənasında "şüur" halı üçün də məlumat çox vacibdir. "Şüur" ya da "idrak", insanın istər şəxsindən, istərsə də ətrafından xəbərdar olması və bu iki mühit arasında əlaqə qurma bacarığıdır ki, məlumatsız iş görməsi çətindir.

Şüurlu ola bilmək üçün; ağıl və ruh sağlamlığı ilə birlikdə doğru məlumata ehtiyac vardır.

Ruhun sağlamlığı, “insanın öz özü və ətrafıyla uyğunlaşma halıdır” deyə təsvir edilir. Əsasən bu tərifi; “İnsanın özü, ətrafı və Rəbbi ilə uyğunlaşma halı” olaraq ifadə etmək daha doğru olar. Özü, ətrafı və Rəbbi ilə uyğunluğu olmayan insanın hüzuru, bu səbəbdən də ruhi tarazlığı yerində ola bilməz! Tarazlığın qurulması üçün iki əhəmiyyətli şərtdən biri ağıl digəri də doğru məlumatdır.

Hamiləlikdə, doğuşdan və ya erkən uşaqlıq dövrlərindəki bəzi faktorlar, zəka geriliyinə səbəb ola bilər. İnsan, normal səviyyədə bir zəkaya sahib olmasına baxmayaraq, ağlın kifayət qədər istifadə edilməməsi bir mənada zəka geriliyinə səbəb olar.

Doğuşdan bir üzvü, məsələn, qolu olmayanın üzrlülüyü ilə, qolu olub da onu heç istifa edə bilməyənin vəziyyəti arasında görünüş xaricində bir fərq yoxdur.

İkisi də eyni dərəcədə üzrlüdür. Doğuşdan əqli çatışmazlığı olan biri kimi, ağlını heç istifadə etməyən kimsə də eyni haldadır.

Qurani Kərimə əsasən, bir tərəfdə istifadə edilməyən ağıl yox sayılmalı, ağlını istifadə etməyən insan da “ağıllı” sayılmamalıdır. Quranda onlar "anlamazlar", "bilməzlər", "ağılsızlar" və "beyinsizlər" olaraq adlandırılırlar.

İlk insan Hz.Adəmə, yaradılarkən dərhal Allah Təala tərəfindən, lazımlı məlumatların öyrədilməsi də bu baxımdan mənalıdır.

Öyrənmənin və bunun üçün "oxuma"nın ən fundamental psixoloji qazancı, görüldüyü kimi, əqli çatışmazlıqdan, yaddaş pozğunluğuna məruz qalmaqdan xilas olmaqdır.

Həmçinin insan kitab oxumaqla beyninin hər iki hissəsini işlətmiş olur. "Müvəffəqiyyətli insan beyninin hər iki yarısını da istifadə edə bilən insandır. İki beyin hissəsinin birlikdə istifadə edildiyi, bir-biriləriylə uyğunlaşaraq çalışdığı zaman fərdi qabiliyyət və fəaliyyətdə fövqəladə artım müşahidə edilir. Təhsildə beynin iki hissəsinin istifadə edilməsi beynin tutumunu iki qat deyil qat-qat artmasına gətirib çıxarır.

Kitab oxuyarkən ümumiyyətlə beynin hər iki hissəsi birlikdə koordinasiyalı bir şəkildə çalışmaq məcburiyyətində qalır. Bu baxımdan kitab oxumaq beyin hissələrinin balanslı inkişafında ən faydalı fəaliyyətlərdəndir. Sol hissə tərəfindən izlənilən və qavranan şifahi anlayışlar sağ hissəyə təsvir edilir. Şəkil obraz və yeni düşüncələrə çevrilir, canlandırılır. Beynin hər iki hissəsini işlədərək tutumu qat-qat artırmağın yolu olaraq görünən oxuyaraq öyrənmə, tutumu artırdığı nisbətdə adamın müvəffəqiyyətlərini də artıracağı üçün son dərəcə əhəmiyyətlidir.

Kitab oxumağın faydalarını saymaqla bitirə bilmərik. Çox oxuyaraq həqiqi elmə sahib olanlarda yersiz qorxular yox olar və insan gerçək azadlığa nail olar.

Teymurdan gələn bu məsəl, olduqca mənalıdır. Teymurləng Şamı təslim edəcəyi bir zamanda Şam üləması, Moğol əsgərlərinin, şəhəri talan etməsinin qarşısını almaq üçün ona salamlama mərasimi tərtib edirlər.

Teymura, üləmanın özünü şəhərin qapısında qarşılayacağı xəbəri çatır. Teymur da, üləmanın olduğu qapıya 200-300 metr qalmış atından enərək, böyük bir ədəb içərisində onlara doğru gedir.

O böyük ər Teymur, üləmaya hörmətindən, börkünü başından çıxararaq onlara çatdığı zaman qarşısında qorxaq insanlar dəstəsini görüb, çox hiddətlənir. Çünki, bütün üləma, başından sarığını çıxarmış, Teymuru gözləyirdi.

Rəvayətlərə görə Teymur, bu məşhur sözünü söyləyir; "Alim cəsur olmalıdır; qorxaq adamdan alim olmaz. Alim qorxaq olsa, gördüyü həqiqətləri açıqca söyləyə bilməz”.

Daha sonra da, əsgərlərinə əmr verərək, o qorxaq alimlərin bütün kitablarını yandırmalarını əmr edir.

Təhsilin ölçüləri də bu üç əsas elementdən meydana gəlir. Məlumat - duyğu - əməl. Bu elementlər nə qədər güclü və balanslı isə, inanc və ya qulluq da o qədər güclü, nə qədər zəif və balanssız isə o qədər də zəifdir. Qurani Kərim hədəfini müəyyən edərkən əvvəlcə “məlumatı” istifadə edir. Yaradıcı Qüdrət, həyatı doğru oxumaq üçün lazım olan ağıl və zehni qabiliyyətləri, hər insana öz şərtlərində çatacaq qədər vermiş. Qəbul etməsində bir problem olmayan kimsə, ağlını istifadə etdiyi və doğru məlumatlara çatdığı müddətcə böyük səhvlərə yol verməz.

Bu gün cəmiyyətdə olan problemlərdən hər birimiz şikayət edirik. Bunların ən başlıca səbəbi oxuyub, mütaliə etməməkdən irəli gəlir. Madam ki bu bizim faydamızadır, həkimin yazdığı bir dərman kimi hər gün oxuyaq və yaxınlarımıza oxutduraq. Əminəm ki, hər birimiz qısa zamanda bunun faydasını görəcəyik.

Gözəl dünya, aydın gələcək üçün hamı kitab oxusun!


Gülnarə Seyidova
Bu yazıya 756 dəfə baxılıb.