Sevginin Əlaməti Fədakarlıqdı


Osman Nuri Topbaş
Bu yazıya 921 dəfə baxılıb.

Allaha və Rəsuluna olan məhəbbətimiz; bizə canımız, malımız və hər cür imkanımızı Allah yolunda səfərbər etməkdə, nəqədər fədakarlıq etdirə bilirsə; məhəbbətimizin qüvvəti, keyfiyyəti o dərəcədədir. Necə ki, əshabı kiram, Peyğəmbərimizin hər sözünə, hər əmrinə və hətta hər eyhamına böyük bir eşq və həyəcanla: "Anam, atam, malım və canım Sənə fəda olsun, ya Rəsulullah!.." deyərdilər. Çünki iman, bu məhəbbətlə kamala çatmaqdadır. Bir dəfə Həzrət Ömər (r.a.): "-Ya Rəsulullah! Sən mənə canımdan başqa hər şeydən daha əzizsən!" deyərək Rəsulullaha olan sevgisini ifadə etmişdi. Onun bu sözünün qarşılığında Rəsulullah (s.ə.s.): “-Xeyr, mən sənə canından da əziz olmalıyam!” buyurdu. Həzrət Ömər (r.a.) dərhal böyük bir eşq ilə: "O halda Səni canımdan da çox sevirəm ya Rəsulullah!" dedi. Bu zaman Rəsulullah (s.ə.s.): "Bax, indi oldu", buyurdu (Buxari, Eyman, 3).

k k k

Maldan və candan fədakarlıq etmək mənasını daşıyan qurbanın əsl məqsədi; Allaha yaxınlaşmaqdır. Bu yönü ilə də qurban, Allaha yaxın olmaq və Onun dostluğuna çata bilmək üçün göstəriləcək fədakarlıqların, simvolik bir ifadəsidir… Unutmayaq ki, Cənabı Haqq, yaxınlaşmağımız və Ona dost olmağımız üçün, biz qullarından daim qurbanlar istəyir. Yəni malımızla, canımızla, bütün imkanlarımızla hər vaxt fədakarlıq etməyimizi arzu edir. Tarixə baxdığımız zaman görürük ki, hərblərdə belə həqiqi şəhidlər verilirsə, yəni gerçək qurbanlar verilirsə arxadan zəfər qazanılır. Məsələn, I Murad Xan Kosovada döyüşə girmədən əvvəl bu duanı etmişdi: "…Ya İlahi! Bu mömin əsgərləri küffar əlində məğlub edib həlak etmə! Onlara elə bir zəfər lütf et ki, bütün Müsəlmanlar bayram etsin! Diləsən o bayram gününün qurbanı da bu Murad qulun olsun!.." Cənabı Haqq da onun bu niyazını qəbul etdi. Digər tərəfdən əgər müharibələrdə mənəviyyatdan uzaq, belə desək “ruhsuz daşlar” ölürsə arxadan məğlubiyyətə uğrayarlar.

k k k

Peyğəmbərimiz (s.ə.s.) belə buyurmuşdur: "Ey insanlar! Hər il, hər bir ev əhlinə qurban kəsmək vacibdir" (İbni Macə, Edahi, 2; Tirmizi, Edahi, 18/1518). Qurban,

insanı xəsislik və mal sevgisindən qoruyar. İnsanları məhəbbət və mərhəmətlə bir-birinə bağlayar. İmkanı olan möminlərə, ehtiyac sahiblərindən məsul olduğu şüurunu qazandırar. Beləcə cəmiyyətdəki qardaşlıq, yardımlaşma, paylaşma və füqəranı sevindirmə duyğularını inkişaf etdirər. Allahın nemətlərindən, bütün qullarının istifadə etməsini təmin edər.

k k k

Digər ibadətlərdə olduğu kimi qurbanı da məqbul edən, ürəyin əməli olan niyyətdir. Bu xüsusdakı ilahi fərman çox dəqiqdir. Ayəyi kərimədə buyrulur: "Onların nə ətləri nə də qanları Allaha çatar; Ona yalnız təqvanız çatar…" (əl-Həcc, 37) Ayəyi kərimədən də aydın olduğu kimi qurban kəsmədiyi təqdirdə ətrafın ayıblamasından qorxaraq və ya buna bənzər düşüncələrlə qurban kəsənlərin Cənabı Haqqın razılığını almaları mümkün deyildir.

k k k

Haqq dostu Həzrət Mövlana, qurbanın əsas şərtlərindən xəbərsiz şəkildə sırf zahirinə ilişib qalanlara belə xəbərdarlıq edir: "Əsla, keçinin kölgəsini qurban etmə!.." Çünki qurban edilən heyvanın əti, sümüyü onun kölgəsidir; əsli isə onun ifadə etdiyi mənadır, yəni könüldəkı Allah üçün fədakarlıq hissiyyatıdır. Unutmayaq ki, maldan və candan fədakarlığın zirvəsinə çatan Həzrəti İbrahim onun Cənabı Haqqla dostluğu nəticəsində bizə qurban neməti lütf edildi. Çünki O, malından imtina etdi. Onu Haqqa fəda etdi. Müqabilində malı, özü üçün Xəlil İbrahim bərəkəti oldu. Canından imtina etdi. Onu sahibinə qurban etdi. Övladından imtina etdi. Onu Haqqa qurban etdi. Allah da övladını kəsməsinə imkan vermədi, onun yerinə göydən bir qoç endirdi. Sonra o uşağa peyğəmbərlik verdi və Ən Böyük Peyğəmbəri onun nəslindən lütf etdi. Bunlar da bizə, Haqqa yaxınlaşmaq üçün, həyatın hər mərhələsində bütün eqoist istəkləri aradan qaldırmağın zəruri olduğunu göstərir.

k k k

Qurban vəsiləsiylə təfəkkürümüzü xüsusilə; "Allah möminlərdən, canlarını və mallarını, özlərinə (veriləcək) Cənnət qarşılığında satın almışdır..." (ət-Tövbə, 111) ayəyi kəriməyə yönləndirməliyik. Canımızla, malımızla, bütün imkan- larımızla nə qədər Haqqa ram ola bildiyimiz xüsusunda özümüzü hesaba

çəkməliyik. Düşünməliyik ki, Cənabı Haqq bizə bu canı, malı, səhhəti və bu iman nemətini nə üçün verib? Bizlər Allahın lütf etdiyi bu nemətlərin şükrünü nə dərəcədə ifa edirik? Əlimizdəki imkan və nemətləri, Haqqa yaxınlığımızı artırmağa vəsilə edə bilirikmi? Yoxsa bu nemətlər, Cənabı Haqqla aramızda bir pərdəmi olur?!. Məsələn, əshabı kiram bu nemətlərin əvəzini ödəyə bilmək üçün, «çatdığımız son nöqtə qəbrimiz olsun» düşüncəsiylə dünyanın dörd bir tərəfinə səfər etdilər. Canlarını və mallarını Haqq yoluna comərdcə sərf etdilər.

 

Yenə düşünmək lazımdır ki, əshabı kiram bu dövürdə yaşasaydı, qurban ibadətini necə bir fədakarlıqla ifa edərdilər…

k k k

Unutmayaq ki, Yaradandan ötrü yaradılana mərhəmət, şəfqət, fədakarlıq və xidməti ən gözəl şəkildə edə bilən fərdlərdən ibarət olan bir cəmiyyətdə ruhi böhranlar, maddi çətinliklər, sıxıntılar, qarşıdurmalar, yerini hüzura və sakitliyə verər.

k k k

Dəyərli Musa Topbaş (q.s.)belə buyurmuşdur:

"Çoxları, namazlarını yerinə yetirmək və oruclarını tutmaqla dini vəzifələrini əda etdiklərini düşünərək yanılırlar. Ancaq bu kafi deyil. Cənabı Haqqın əmrlərinə riayət və təzimlə birlikdə, məxluqatına da şəfqətli olmaq lazımdır. Bu da ancaq fədakarlıq və səmimi bir xidmətlə mümkündür. Hər ağıllı müsəlmanın, fərzləri əda edib haramlardan çəkindikdən sonra diqqət yetirəcəyi xüsus, müsəlmanlığa, cəmiyyətə və bütün məxluqata xidmət edib faydalı olmasıdır… Çünki bu sayılanlar, fərzlərin tamamlayıcısı və Rəsulu Əkrəmin (s.ə.s.) sünnəsindəndir …"

k k k

Şeyx Sədi Həzrətləri buyurur:

"Əgər sən, tək quru bir surətdən ibarət olsan, öldüyün zaman cismin kimi adınla da ölərsən. Əgər kərəm sahibi və əhli xidmət olsan, ömrün, cəsədindən sonra da fədakarlığın və könüllərə girdiyin qədəriylə davam edər."

k k k

Yer üzünün sıxıntılı bölgələrindəki din qardaşlarımıza, Türkiyədə onları düşünən qardaşları olduğunu hiss etdirməliyik. Bütün dünya coğrafiyasındakı müsəlmanlar bizim qardaşımızdır. Lakin yaşanan səfalət və çəkilən çətinliklərə diqqət yetirildikdə, xüsusilə ölkəmizə sığınan Suriyalı mühacirlər başda olmaqla, Qəzza, Afrika, Orta Asiya və digər coğrafiyalardakı köməyə möhtac din qardaşlarımız üçün "qurban" vəsiləsiylə açılmış olan könül səfərbərliyinə, imkan nisbətində bütün qardaşlarımızın iştirakını arzu edirik. Unutmayaq ki onlar, bizlər üçün "duyufu'r-Rahman / Rəhmanın qonaqları" dır.

 

Ayrıca hər nə qədər onların bizim köməklərimizə ehtiyacı olsa da, əslində bizim də onların könüllərindən qopan bir "Allah razı olsun!" duasına ehtiyacımız vardır. Çünki onların üzlərində parlayacaq bir təbəssüm, bizlər üçün həqiqi bayram hədiyyəsi olacaq.

Belə ki, Həzrət Əbul-Leys Səmərqəndi buyurur:

"Verən, alana bir təşəkkür ədası içində olmalıdır. Çünkü alanın nəsibi dünyəvi ehtiyacın aradan qaldırılması, verənin nəsibi isə ührəvi və sonsuz lütflər ilə ilahi razılıqdır. Belə olunca verən, daha qazanclı vəziyyətdədir. Onun üçün də təşəkkür etməlidir".

Nəhayət, İslam qardaşlığının haqqını verə bilmək, bu gün olduğu kimi çətin zamanlarda ediləcək fədakarlıqlara bağlıdır. Məzlum və döyüşən qardaşlarımız üçün edəcəyimiz dualar, yardım və fədakarlıqlar, -inşaallah- Rəbbimizə həmd və şükrümüzün bir ifadəsi olacaq.

k k k

Həzrət Mövlana belə buyurur:

"Allahın hikmətinə, lütf və kərəminə bax ki; biz, ümmətlərin sonunda, axır zamanda gəldik. Allahın mərhəməti Nuh qövmünün, Hud qövmünün həlakıyla bizi xəbərdarlıq etdi.

Cənabı Haqq, onların başlarına gələnləri eşidib ibrət götürməməkdən qorxaq və Onun varlığı ilə birliyinə inanaq deyə, onları qəhr etdi. Bu iş tərsinə olsaydı, yəni biz əvvəlcə gəlib onlar bizdən ibrət götürəcək olsaydılar, vay halımıza!.."

k k k

Fudayl ibn İyaz nəfsini belə hesaba çəkərdi:

"Firdevs Cənnətində Peyğəmbərlər və sadiqlərlə bir yerdə olmağı istəyirsən amma, buna qarşılıq hansı əməli işlədin?

Hansı şəhvani arzunu qırdın?

Hansı hiddətini məğlub etdin?

Səni ziyarət etməyən hansı qohumunu ziyarət etdin?

Qardaşının hansı qüsurunu bağışladın?

Allah üçün hansı yaxınından uzaqlaşdın və ya hansı uzağına yaxınlaşdın?.." (Əhya, c. II, s. 402)

İndi soruşaq özümüzə:

Biz nə vəziyyətdəyik?!.


Osman Nuri Topbaş
Bu yazıya 921 dəfə baxılıb.