Libasımız İslama Uyğundurmu?


Xədicə Şahin
Bu yazıya 645 dəfə baxılıb.

Bişkek Quran kursuna elm almaq üçün gələn bir qadın, xristian olan qapı qonşusu üçün bu şikayəti etdi: "Məncə, sizin dininiz İslam çox pis bir dindir, döyüş dinidir, amma bizim dinimiz Xristianlıq sülh dini, sevgi dinidir" – deyir. “Bu sözə nə cavab verməliyəm, dinimin gözəl olduğunu necə izah edə bilərəm?” - deyərək heyfsilənir, uzun illərdən bu yana qonşuluq etdiyi bu xristiana əsəbləşirdi.

Bu problemin cavabını yaşanmış bir hadisə ilə verə bilərik. Musa Topbaş Xocanın  xatirələrində keçən bir hadisədir: Qeyri-müsəlman bir qonşuları var idi. Sonradan müsəlman olmuşdur. Bir gün ondan hidayətə gəlməyinin səbəbi soruşulduğunda bunları söyləyir:

«Tarla qonşum Rəbi Mollanın ticarətdəki gözəl əxlaqı vəsiləsiylə müsəlman oldum. Molla Rəbi, süd sataraq dolanışığını təmin edən bir şəxs idi. Bir axşam vaxtı bizə gəldi və;

"-Buyurun, bu süd sizindir!" - dedi. Çaşdım;

"-Necə olur? Mən sizdən süd istəmədim ki!" - dedim.

O həssas və zərif insan;

"-Mən fərqində olmadan heyvanlarımdan birinin sizin tarlanıza girib otladığını gördüm. Onun üçün bu süd sizindir. Ayrıca o heyvanın tahavvülat dövrəsi (yediyi otların bədənindən tamamilə çıxışı) bitənə qədər südünü sizə gətirəcəyəm ... " - dedi.

Mən:

"-O nə sözdür, qonşu? Yediyi ot deyilmi? Halal olsun!” Amma nə qədər desəm də Molla Rəbi;

"-Yox, elə olmaz! Onun südü sizin haqqınızdır!" - deyib heyvanın tahavvülât dövrəsi bitənə qədər südünü bizə gətirdi.

Bax o mübarək insanın bu davranışı mənə həddindən artıq təsir etdi. Nəticədə gözümdəki qəflət pərdəsi qalxdı və hidayət günəşi içimə doğdu. Öz özümə;

"-Belə uca əxlaqlı bir insanın dini, şübhəsiz ki, ən uca dindir.!" - dedim və şəhadət gətirib  müsəlman oldum".

Bir də bu günümüzdən nümunə verməli olsaq, Bişkek Quran kursunun elə yanındaca kiçik evdə əlli doqquz yaşında Rus bir qadın, səksən iki yaşında anasıyla birlikdə yaşayırdı. Əlli doqquz yaşında olan qadın işləmək üçün kursa gəldi və bir neçə aydan sonra islamla şərəfləndi. Ona nəyin təsir etdiyini soruşduğumuzda: "Mənə müsəlman olmağım üçün təzyiq göstərmədiniz. Buradakı ailə münasibəti, müəllimlərin hər zaman gülərüzlü olması və yumşaq xasiyyətləri, müəllimlərin və tələbələrin hörməti mənə bu dini sevdirdi" - cavabını verdi.

Tikdirdiyimiz paltar əynimizə istədiyimiz kimi olmayanda dəfələrlə dərzinin yanına gedirik. Yaxşı, bəs İslam libasını üzərimizdə nə qədər yaxşı gəzdirə bilirik? Ya da gəzdirə bilmədiyimiz  üçünmü ən yaxın qonşumuz, qohumumuz, iş yoldaşlarımız İslamdan şikayətlənir? İnsan tanımadıqlarının düşmənidir. Biz ən yaxınımızda olan insanlara İslamı hal və hərəkətlərimizlə tanıda bilmədiyimiz üçün, media vasitəsilə minlərlə kilometr uzaqlardan yalan və səhv formada bu dini öyrənən insanlara baxdıqda bizdə heç günah yoxdurmu?

Allah Təala ayədə Məhəmməd ümmətinin ən xeyirli olduğunu bildirir:

 "Siz insanlar arasında üzə çıxarılmış ən xeyirli ümmətsiniz. Siz yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha iman gətirirsiniz. Kitab əhli də iman gətirsəydi, əlbəttə, onlar üçün yaxşı olardı. Onların arasında iman gətirənlər də vardır. Əksəriyyəti isə (haqq yolunu) azmış fasiqlərdir” (Ali İmran, 110).

Allah Təala qullarının içində xeyirli ümmət məsuliyyətini bizim çiyinlərimizə qoymuşdur.

Yaxşı, xeyirli ümmət necə olmalıdır?

Xeyirli ümmət insanlığı qaranlıqdan çıxarıb nura çatdıracaq istedada malik olmalıdır.

Heyranedici bir əxlaqa sahib olmalı,

Ana kimi mərhəmətli,

Günəş kimi comərd,

Torpaq kimi fədakar,

Gecə kimi örtən olmalıdır.

Yer üzündə xəlifəsi olduğu Rəbbinin qanunlarını qonşusundan, iş yoldaşına qədər cəmiyyətdə hər kəsə əks etdirməyi bacarmalıdır.

Ümmət olduğu Peyğəmbərinin (s.ə.s.) izi ilə getməli,

Qulluğu yalnız məscidlərdə deyil, eyni zamanda evində, dükanında və iş yerin də görünməlidir.

Onun yalnız namazı, orucu deyil, yemək yeməyi, alış-verişi, telefondan istifadəsi də Rəbbinin razılığına uyğun olmalıdır.

Onun yalnız həcci, ümrəsi deyil digər səfərləri, tətili, toyu inancını, əxlaqını göstərməlidir.

Allahın kəlamı yalnız son nəfəsində və ya cənazəsində deyil, ömrünün hər anında rəhbəri, yol göstərəni olmalıdır.

Xeyirli ümmət, ümmətin dərdini öz övladının dərdi kimi görməlidir.

Özü üçün istəmədiyini başqası üçün də istəməməlidir.

İnsan üçün ən əhəmiyyətli iş nədirsə sevdiyi də odur.

Quraqlıqdan çatlayan torpaqlar kimi daralan könüllərə yaz yağışı kimi fərahlıq verən ümməti Məhəmməd olmaq duası ilə ...


Xədicə Şahin
Bu yazıya 645 dəfə baxılıb.