Seçimini düzgün et!


Samirə Mahmudova
Bu yazıya 661 dəfə baxılıb.

Seçimini düzgün et! 

Dünya və axirətdə xoşbəxt ol!

Qadınla kişi bir bütünün iki parçasıdır. Hər biri tək başına nöqsanlıdır, yalnızdır, təhlükələrə məruzdur. Evlilik bağıyla yanyana gəlib bir-birlərinə dəstək olduqlarında artıq onlar bir bütündür, yalnızlıqdan və təhlükələrdən qurtulmuş, güvən və əmin-amanlıq içində olurlar.

Bu birliyin və bərabərliyin ömür boyu davam etməsi üçün hərbirinə ayrı ayrı vəzifələr düşür. Gənc qızların zəmanəmizdə ən böyük problemi seçəcəyi insanın xasiyyət və kriteriyalarına uyğun biri olmasıdır. Ancaq nədənsə evlənmək istəyən gənc nümayəndələrimiz istədikləri kriteriyalara uyğun insanın qarşılarına cıxmamasından şikayətlənir. Əslində qarşılarına çıxan insanın bəlkə də gözəl keyfiyyətləri vardır. Sadəcə zəmanənin gətirdiyi tələbləri göz önünə alaraq gənc xanımlar o şəxsdə bu xüsusiyyətlərin yanında eyni zamanda maddi maraqlarına cavab verə biləcək imkanları da şərt qoşurlar. Təbii ki maddi maraqları düşünmək hər insanın həyatında başlıca yer tutur. Ancaq xanımların evlənəcəkləri adamın maddi gəliri qədər xasiyyətini araşdırması çox əhəmiyyətli mövzulardan biri olmalıdır. Ömür boyu yaşayacaq gələcək həyat yoldaşının əxlaqi keyfiyyətlərinin gözəl olmasını önəmli görməyərək ilk sırada maddi gəlirinin hansı vəziyyətdə olması həm qızı həm də ailəsi üçün başlıca prioritet məsələlərdən biridir. Bu şəkildə qurulan ailələr baş verəcək ən kiçik ailə məişəti zəminində davranış və ədəb əksikliyini görərək zamanla hər şeyin imkan və pul olmadığını anlayır ki, bu da artıq iş- işdən keçdiyini dərk etməsi onu peşmançılıqdan qurtarmır.

Peyğəmbər (s.ə.s.) və səhabə dövrünə nəzər saldığımız zaman Aləmlərə rəhmət olaraq göndərilən peyğəmbərimiz (s.ə.s.) səhabələrini iman və inanc yönündə tərbiyə elədiyi kimi ailə həyatlarının mübarək və xeyirli olması üçün onlara nəsihətlər edərdi. Ailə ilə bağlı mövzularda onların belə dua etməsini məsləhət görmüşdür:

“Allahım! Səndən qadının xeyirli və gözəl əxlaqlı olasını mənə nəsib etməyini niyaz edirəm!”

Cünki xeyirli və əxlaqı olmayan qadınların ərlərinə könül həmdəmi, dərd və sevinc ortağı deyil, sadəcə ayaq bağı olmaqdan başqa bir işə yaramadıqlarını, həm dinini, həm də axirətini bərbad edəcəyi haqqında tarixdə kifayət qədər rəvayətlər, məlumatlar vardır.

Məşhur ərəb dil və ədəbiyyat alimi Əsmai, bir gün Kəbəni təvaf edərkən bir kişinin arxasına yaşlı birisini yükləmiş olduğunu görür və kişinin:

-Həm kiçikliyində, həm də böyük ikən məni cürbəcür sıxıntı və məşəqqətlərə saldın- deyib, deyinə-deyinə getdiyini görür. Bu sözləri eşidən Əsmai kişini qınayaraq:

-Ay qardaş, niyə belə hörmətsizlik edirsən. Axı onun sənə nə qədər yaxşılığı dəymişdir- deyə məzəmmət edir. Kişi:

-Sən bunu nəyim zənn edirsən?- Soruşunca Əsmai:

-Ya atan, ya da babandır – deyir. Kişi bunu eşidəndə başını yırğalayaraq:

-Xeyir, xeyir, bu mənim oğlumdur.

Əsmai kişinin bu sözləri qarşısında qulaqlarına inanmayaraq heyrətlə:

-Oğluna nə olub ki, bu hala düşüb?- deyə soruşur. Kişi cavab verir:

-Xanımının yaxşı olmaması onu bu hala gətirib.

Zavallı adam vaxtilə xeyirli birisi ilə ailə qursaydı indi bu vəziyyətə düşməzdi.

Belə hallar həm kişinin həm də qadının başına gələcək hadisələrdir. Qizlar da ailə həyatında onu anlamayan, ailə dəyərlərinə səhlənkar yanaşan, həm yoldaşını həm də övladının haqqını verməyən biri ilə həyatlarını birləşdirərsə, eyni hadisə onları da gözləyə bilər.

Ona görə də ailə qurarkən xanımlar əxlaqi keyfiyyətləri ilə tanınan, fərasət sahibi və ağıllı bir həyat yoldaşı seçmələri, onların həm dünya həyatını, həm də axirətini gözəlləşdirəcək, həyatına gözəllik qatacaqdır.


Samirə Mahmudova
Bu yazıya 661 dəfə baxılıb.