“Bizim Ailə” jurnalı öz oxucuları arasında kişi və qadın ayrımı etmir. Ailə məsələlərini əhatə edən hər mövzuda olduğu kimi, jurnalımızda dərc olunan yazıların daha çox qadınlar tərəfindən oxunduğunu müşahidə edirik. Belə olan halda: “Yuvanı quran dişi quşdur” həqiqəti öz aktuallığını yenə də saxlamışdır. Buna görə də, bu sayımızın əsas mövzusu müasir dövrümüzdə qadın haqları və sosial həyatda qadının mövqeyi məsələləridir.
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Millət vəkili Mehriban Əliyeva qadınlar haqqında belə deyir: “Qadın olan yerdə səmimiyyət və sevgi var, düşmənçilik və nifrətə yer yoxdur”.
İslam dini də qadına böyük dəyər vermişdir. İslamda qadın şəfqət, mərhəmət və hörmət göstərilməsi lazım olan bir şəxsdir. Peyğəmbərimiz (s.a.s.) qadınların narın, zərif və nəzakətli olduqlarını vurğulayaraq, onların heç incidilməməsini tövsiyə etmişdir.
Bu sayımızda möhtərəm Osman Nuri Topbaşın “Duadakı sirr”, Şəfika Kaya Meriçin “Hz.Xədicə (r.a.)nın timsalında örnək xanım”, Vüsalə Quliyevanın “Dinimizdıə momin qadın və kişi”, Haticə Şahinin silsilə yazılarından olan “Azərbaycan çinarları”, AME Əlyazmalar İnstitu İlahiyyat elmləri namizədi Nailə Süleymanovanın “Xınalıq-bizim tariximizdir” yazıları oxucularımızın hüzuruna təqdim olunacaq. Bundan başqa həmişə olduğu kimi jurnalın bu sayında da dərc etdiyimiz xanımlara faydalı məsləhətlər, mətbəx sirləri, balaca dostlarımıza gülməcələr və başqa maraqlı məlumatlar inanırıq ki, ürəyinizcə olacaqdır.
May ayında görüşmək üzərə sizdən ayrılırıq.
Biz sizə möhkəm və sağlam ailə qurmağın sirlərini öyrənməkdə kömək edirik, doğru olanı deyirik, qalanı isə sizin üzərinizə düşür. Sağlıqla qalın.